XƏBƏRLƏR
MƏLUMAT
“Qəhrəmanları tanıyaq və tanıdaq” rubrikasında Tofiq Hüseynov
ÜMÜMİ XƏBƏRLƏR
26/02/2021 01:24

Tofiq Mirsiyab oğlu Hüseynov 19 aprel 1954-cü ildə Xocalı şəhərində doğulub. 1971-ci ildə orta məktəbi bitirib. Ağdam şəhərindəki Kənd Təsərrüfatı Texnikumunun mexanizasiya fakültəsini bitirdikdən sonra, 1974-1976-cı illərdə Qazaxıstanda hərbi xidmətdə olub.

Tofiq Hüseynov Xocalı şəhər orta məktəbində hərbi hazırlıq müəllimi kimi çalışıb.

1991 ildə yaradılan Xocalı ərazi özünümüdafiə batalyonunun təşkilatçılarından biri və komandiri olub. Meşəli uğrunda gedən döyüşlərdə onun batalyonu onlarla erməni yaraqlısını məhv edib.

Ermənilərin Xocalını top atəşinə tutduqları Naraguğ kəndindəki top-batareya nöqtəsini susdurub, Mehdikənddəki erməni artilleriyasını və "Alazan" qurğusunu sıradan çıxarıb, on erməni yaraqlısını əsir götürüb. Bu əməliyyata görə T.Hüseynova mayor rütbəsi verilib. Ermənilərin və 366-cı alayın Xocalıya kütləvi hücumu zamanı batalyon əhalinin təhlükəsiz yerə köçürülməsinə çalışıb, düşmənlə qeyri-bərabər döyüşdə rəşadətlə vuruşub. T.Hüseynov son gülləsinə kimi döyüşdükdən sonra, qumbaranı sinəsinə sıxıb, həlak olsa da ona yaxın ermənini də məhv edib.

Ailəli olub. Üç övladı yadigar qalıb.

Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 7 iyul tarixli 833 saylı Fərmanı ilə Hüseynov Tofiq Mirsiyab oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilib.

Bakı şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.

Baxış sayı: 127