
Azərbaycan Silahlı Qüvvələrinin zabiti, mayor Aqşin İsmayıl oğlu Abdullayev 1 oktyabr 1982-ci ildə Şəki rayonunun Kiş kəndində anadan olub. 1988-ci ildə Şəki rayonu, 4 saylı Kiş kənd orta məktəbində 1-ci sinfə daxil olub. Məktəb illərindən onun arzusu hərbçi olmaq idi. 1999-cu ildə orta məktəbi əla qiymətlərlə bitirən Aqşin həmin il Bakı Ali Hərbi Məktəbinə qəbul olub. 2003-cü ildə Ali Məktəbi qurtarıb və növbəti bir ildə TTM-də (Tədris Təlim Mərkəzi) təhsil alıb.
Aqşin Abdullayev 2003-cü ildə leytenant, 2005-ci ildə baş leytenant, 2009-cu ildə kapitan və 2013-cü ildə mayor hərbi rütbələrini alıb. 2004-2017 ci illər ərzində respublikanın müxtəlif yerlərində yerləşən hərbi hissələrdə əhəmiyyətli vəzifələrdə xidmət göstərib. Son vəzifəsi xidmət göstərdiyi hərbi hissənin kəşfiyyat rəisi olub.
Qüsursuz xidmət göstərən mayor Abdullayev "Qüsursuz Xidmətə Görə" 3-cü dərəcəli (10 illik qüsursuz xidmət) və "Qüsursuz Xidmətə Görə" 2-ci dərəcəli (15 illik qüsursuz xidmət) medalları ilə təltif olunub. O, həmçinin "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)" və "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)" Yubiley medallarına layiq görülüb. 2016-ci ilin aprel döyüşləri zamanı - şəxsi heyətin qarşısına qoyulmuş döyüş tapşırıqlarının yerinə yetirilməsində fərqləndiyinə görə Fəxri Fərmanla təltif olunub. "Şücaətə görə" medalına layiq görülmüş ilk hərbçidir.
Mayor Aqşin Abdullayev 2017-ci il 25 fevralda, Fevral döyüşləri zamanı şəhid olub. Nəşinin neytral zonadan götürülməsi üçün erməni təcavüzkarlarının ağır şərtlər irəli sürməsinə baxmayaraq fevralın 27-də onun və özündən başqa şəhid olan daha dörd nəfərin nəşi neytral ərazindən götürülüb. Fevralın 28-i isə igid zabit doğulduğu Şəki rayonunun Kiş kəndində son mənzilə yola salınıb.
Dəfn mərasiminə on mindən yuxarı rayon sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndələri, respublikanın müxtəlif bölgələrindən gəlmiş vətəndaşlarımız və şəhidin tabeliyində xidmət göstərmiş əsgərləri qatılıb. Müdafiə Nazirliyinin Hərbi Orkestrinin müşaiyəti ilə keçən dəfn mərasiminin sonunda yaylım atəşi açılıb və mayor Abdullayev uğrunda şəhid olduğu torpağa tapşırılıb.
Aqşin 2004-cü ildə ailə həyatı qurub. Onun Amin, Nərmin və Ömər adlı üç övladı var.
- 09:29 2 Avqust -Azərbaycan Kinosu Günüdür
- 11:23 Bakıda Mərakeşin milli bayramı qeyd olunub
- 10:14 Bu gün Xalq artisti Vaqif Əliyevin doğum günüdür
- 17:21 39-cu Caraş Beynəlxalq Mədəniyyət və İncəsənət Festivalında Azərbaycan da təmsil olunur
- 15:32 Azərbaycan Kinematoqrafçılar İttifaqı ənənəvi mükafatın builki qaliblərini elan edib
- 14:42 Bakı bulvarında növbəti “Kino axşamı” yaxınlaşır
- 11:07 Quba Soyqırımı Memorial Kompleksinə ekskursiya təşkil olunub
- 10:59 Milli Kitabxanada Ümumdünya İnsan Alverinə qarşı Mübarizə Günü ilə əlaqədar virtual kitab sərgisi hazırlanıb
- 10:34 “Tariximizin Qərbi Azərbaycan izləri” adlı konsert və sərgi keçirilib
- 10:24 XIV Qəbələ Beynəlxalq Musiqi Festivalı başa çatıb
- 10:20 Qeyri-hökumət təşkilatları üçün infosessiya keçiriləcək
- 09:59 Litvanın “Ciurlionis” kvartetinin konserti Qəbələ festivalının izləyicilərinə növbəti hədiyyə olub
- 09:39 Qaradağ rayon Heydər Əliyev Mərkəzinə ekskursiyalar davam edir
- 09:32 “Açıq məktub” filminin 2026-cı ildə böyük ekranlara çıxarılması planlaşdırılır
- 09:29 “Rakurs” rüblük bülleteninin növbəti nömrəsi çapdan çıxıb
- 16:22 Azərbaycan Estoniyada keçirilən Beynəlxalq Folklor Festivalında təmsil olunub
- 15:58 Mədəniyyət naziri Adil Kərimli Şəmkirdə vətəndaşları qəbul edəcək
- 11:31 Gənclər Kitabxanasında “Zəngəzur dəhlizi: müasirlik tarixi kontekstdə” mövzusunda dəyirmi masa təşkil edilib
- 11:05 “Arzumun ən uca zirvəsində” adlı tədbir keçirilib
- 09:14 XIV Qəbələ Beynəlxalq Musiqi Festivalında kamera musiqisi axşamı
- 17:20 Mədəniyyət Nazirliyinin “Beyin fırtınası” layihəsi başlanır
- 15:36 “Azərbaycan – Özbəkistan ədəbi-mədəni əlaqələri” mövzusunda dəyirmi masa keçirilib
- 14:30 Gənclər Kitabxanasının layihəsi - “Oxu, öyrən, qazan”
- 14:13 ICESCO-nun Bakı ofisində ilk regional seminar keçirilir
- 11:47 “Qərbi Azərbaycan folkloru”nun növbəti cildində nələr var?
- 11:09 Ankarada “Şuşa” kitabının təqdimatı olacaq
- 10:48 Bu gün Xalq artisti Vasif Adıgözəlovun anadan olmasının 90-cı ili tamam olur
- 10:43 Milli Kitabxanada “Xalq artisti Vasif Adıgözəlov – 90” adlı kitab sərgisi açılıb
- 09:45 Qəbələ festivalında Üzeyir Hacıbəylinin 140 illiyinə həsr edilmiş konsert təqdim olunub
- 09:28 Qız qalası meydanında “Vyetnam günləri” çərçivəsində xüsusi mədəni-əyləncəli proqram təşkil olunub
- 09:23 Qəbələ festivalında “Tbilisi Big Band” musiqi qrupu enerji dolu çıxışı ilə musiqisevərləri sevindirib
- 10:40 “Buta” rəqs qrupu konsert təqdim edib
- 15:50 “İçərişəhər” Muzey Mərkəzinin Elmi Şurasının ilk iclası keçirilib
- 12:12 Azərbaycanlı rejissorun filmi Venesiya film festivalında nümayiş olunacaq
- 12:11 Cakarta Beynəlxalq Film Festivalı filmlərin qəbulunu elan edir
- 10:43 Milli Kitabxanada “Şair, publisist Məstan Günər – 90” adlı kitab sərgisi açılıb
- 09:23 XIV Qəbələ Beynəlxalq Musiqi Festivalının təntənəli açılış mərasimi olub
- 09:17 "Bir səfərin izi ilə - Fransa" sənədli filminin təqdimatı olub
- 16:37 Qız qalasında “Vyetnam günləri” - Şərqin incə zərifliyi İçərişəhərdə
- 16:23 Gənc kinematoqrafçılar beynəlxalq festivalda iştirak ediblər
- 16:16 “Heydər Əliyev və azərbaycançılıq məfkurəsi” mövzusunda dəyirmi masa keçirilib
- 15:55 “Gənclik – dövlətin gələcəyidir!” adlı dəyirmi masa təşkil olunub
- 11:31 Kino səfərləri “Kinosəyyah” proqramı ilə dəstəklənəcək
- 10:45 Bu gün XIV Qəbələ Beynəlxalq Musiqi Festivalı başlayır
- 09:33 Vaqif Poeziya Günləri Şuşada "Sözün hökmdarı" ədəbi-bədii kompozisiya ilə başa çatıb
- 09:28 “Səriştələrin ölçülməsi: Peşəkar müəllim inkişafı” mövzusunda təqdimat tədbiri keçirilib
- 17:09 Poeziya bayramında "Üzeyir bəy deyərdi ki..." adlı tamaşa nümayiş olunub
- 16:01 Şuşada Xalq yazıçısı Anarın kitabının təqdimatı olub, poeziya saatı keçirilib
- 15:19 UNESCO-nun “İpək yolu gənclərin gözü ilə” 7-ci fotomüsabiqəsinə müraciətin vaxtı uzadılıb
- 14:37 Qaradağ rayon Heydər Əliyev Mərkəzinə ekskursiyalar davam edir
- 14:18 “Qərbi Azərbaycan aşıqların dastan repertuarı” adlı kitab hazırlanır
- 12:33 Bu gün Xalq rəssamı Maral Rəhmanzadənin anadan olmasının 109-cu ili tamam olur
- 09:48 Şuşada Vaqif Poeziya Günləri çərçivəsində konsert keçirilib
- 09:44 Vaqif Sultanlının “Səhra savaşı” romanı Serbiyada nəşr olunub
- 09:31 Vaqif Poeziya Günləri Şuşa şəhərində davam edir
- 09:25 “MətbuArt” beynəlxalq incəsənət simpoziumu yekunlaşıb
- 17:01 Kitabxanada Milli Mətbuatın 150 illik yubileyinə həsr olunmuş sərgi açılıb
- 16:01 İstanbulda Türk Dünyası Kino Rəhbərlərinin II Görüşü keçirilib
- 14:37 Ölkəmiz Almaniyada X Forecast Forumunda təmsil olunub
- 14:35 Gənclər Kitabxanasında Milli Mətbuat Günü münasibətilə virtual və ənənəvi kitab sərgisi hazırlanıb