XƏBƏRLƏR
MƏLUMAT
Qala Qoruğunda Xalq rəssamı Əşrəf Heybətovun “Doğma Qala” adlı fərdi sərgisi açılıb
ÜMÜMİ XƏBƏRLƏR
26/08/2025 13:54

Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksinin Qala Qəsrində Azərbaycan Xalq rəssamı Əşrəf Heybətovun “Doğma Qala” adlı fərdi sərgisi açılıb.

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən AZƏRTAC-a bildirilib ki, sərgidə rəssamın doğulduğu və yaradıcılıq ilhamı aldığı Qala kəndinə həsr edilmiş, Abşeronun təbiətini, mənzərələrini və milli-mədəni ruhunu əks etdirən 25-dən çox əsəri nümayiş olunur. Əsərlərdə rəssamın fərdi üslubu, koloristik zənginliyi və Abşeronun bədii-estetik ovqatını duymaq mümkündür.

Tədbir çərçivəsində sərginin müəllifi Şüvəlan Gənclər Evində fəaliyyət göstərən gənc rəssamlarla görüşərək ustad dərsləri keçib. Daha sonra həmin gənc fırça ustalarının əsərləri muzey kompleksinin açıq səma altında təşkil olunmuş sərgisində tamaşaçılara təqdim olunub.

Əşrəf Heybətovun “Doğma Qala” adlı fərdi sərgisi avqustun 28-dək Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksində ziyarətçilər üçün açıq olacaq.

Baxış sayı: 30