XƏBƏRLƏR
MƏLUMAT
“Musiqili Bakı” layihəsi çərçivəsində növbəti konsert keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
24/08/2025 10:37

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin və Xətai rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Musiqili Bakı” layihəsi çərçivəsində gənc müğənnilər Aygül və Alicanın konserti keçirilib.

Xətai rayon Heydər Əliyev parkında təşkil edilmiş konsertdə mədəniyyət işçiləri, rayon ictimaiyyətinin nümayəndələri, sakinlər iştirak ediblər.

Sakinlərin asudə vaxtını və istirahətini səmərəli təşkil etmək uçün keçirilən konsertdə gənc müğənnilər sevilən mahnılarını səsləndiriblər.

 

Baxış sayı: 39