
Daşkənd şəhərindəki “Turan” kitabxanasında Azərbaycanın Özbəkistandakı səfirliyi və bu qurumun tərkibində fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə Xocalı soyqırımına həsr edilən tədbir və azərbaycanlı mərhum şair Oqtay İsmayıllının müəllifi olduğu “Mələklərin soyqırımı” poemasının təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdən əvvəl Xocalı faciəsi və Qarabağ münaqişəsi ilə bağlı kitab və fotoşəkillərdən ibarət sərgiyə baxış olub.
Tədbirdə çıxış edən alim və tərcüməçi Babaxan Şərif Xocalı faciəsi haqqında məlumat verərək, soyqırımını son onilliklərdə Türk dünyasının ən böyük faciəsi kimi dəyərləndirib.
Səfir Hüseyn Quliyev 32 il əvvəl, fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələrinin həyata keçirdiyi soyqırımı haqqında danışıb. “Xocalı şəhərini mühasirəyə alan erməni işğalçıları şəhər əhalisini, qocalar, qadınlar və uşaqları xüsusi amansızlıqla qətlə yetirib. Britaniyalı jurnalist Tomas de Vaalın “Xocalıda nə baş verib” sualına Ermənistanın sabiq prezidenti, Xocalı canilərindən Serj Sarkisyan lovğalıqla belə cavab verib ki, “Xocalıya qədər azərbaycanlılar elə bilirdilər ki, bizimlə zarafat etmək olar. Arxayın idilər ki, ermənilər dinc əhaliyə əl qaldırmazlar. Lakin biz bu stereotipi sındırmağı bacardıq”. O zaman Qırmızı Xaç Komitəsi və başqa beynəlxalq təşkilatlar vasitəsilə razılıq əldə edilməsinə və dinc əhalinin çıxarılması üçün xüsusi dəhlizin yaradılması barədə razılığın olmasına baxmayaraq, ermənilər bu dəhlizdən istifadəyə imkan verməyib”, - deyə o əlavə edib.
Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov insanlığa qara ləkə olan XX əsrin dəhşətli soyqırımı - Xocalı faciəsi haqqında danışaraq, onun Xatın, Xolokost, Ruanda, Srebrenitsa kimi soyqırımlarından fərqlənmədiyini bildirib. Qeyd edib ki, bu dəhşətli insanlıq dramına dünya dövlətlərinin hüquqi qiymət verməsi önəmlidir.
Özbək alim-dosent Adxambek Alimbekov, “Kitab dünyası” qəzetinin baş redaktoru, şairə Xasiyyət Rüstəm, tarixçi alim Şuxrat Barlas, politologiya üzrə doktor Maxmud Yuldaşev və başqaları Xocalı soyqırımı və erməni təcavüzü barədə danışıblar.
Çıxışçılar Mədəniyyət Mərkəzinin layihəsi ilə nəşr olunmuş “Mələklərin soyqırımı” adlı poema haqqında da fikirlərini bölüşüblər. Əsərdə “Ulu mədəniyyət beşiyi - Azərbaycan”, “Xocalıya aparan yol”, “Azərbaycanlı ananın tərbiyəsi”, “Erməni ananın tərbiyəsi”, “Qiyamətin başlanğıcı”, “Quzğun yığnağı”, “Cənnətdə görüşərik”, “Məhşər”, “Xocalı alov içində”, “Babəkin ikinci edamı”, “Zəncirlənmiş uşaq”, “Xocalı səmasında ruhların söhbəti” və digər bölmələrdə faciənin dəhşətli səhnələri canlandırılıb.
Tədbirin sonunda Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetinin tələbələrinin, habelə Bakı Slavyan Universitetinin Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedaqoji Universitetində təcrübə keçən tələbələrinin ifasında Xocalı faciəsi ilə bağlı bədii kompozisiyalar təqdim edilib.




- 14:29 Baş İdarənin Heydər Əliyev Mərkəzlərini xarici qonaqlar ziyarət ediblər
- 12:50 Musiqi, incəsənət məktəb və mərkəzlərinə qəbul imtahanlarının nəticələri elan olunub
- 12:45 Ulu Öndər Heydər Əliyevin ilk dəfə hakimiyyətə gəlməsinin 56-cı ildönümünə həsr olunmuş "Dahi" adlı konsert proqramı təşkil edilib
- 12:08 Berlinale istedadlar proqramına müraciət açıq elan edilib
- 09:48 Bu gün teatr və kino aktrisası Sədayə Mustafayevanın doğum günüdür
- 09:34 Qazaxda “Vaqif Poeziya Günləri”nin rəsmi açılışı keçirildi!
- 09:22 Latviyanın məşhur ənənəvi bayramında ilk dəfə olaraq Azərbaycanın milli rəqsləri təqdim edilib
- 17:06 “Vaqifə məktub” esse müsabiqəsinin qalibləri məlum olub
- 16:20 Qaradağ rayon Heydər Əliyev Mərkəzinə ekskursiyalar davam edir
- 14:31 Attestasiyadan keçməyən müəllimlər üçün xüsusi müsabiqə təşkil ediləcək
- 14:27 Bakıda yerli animasiya layihələri üçün yeni imkan
- 11:52 Bakı Beynəlxalq Film Festivalına film qəbulu davam edir
- 11:51 Gənclər Kitabxanasında Tovuz döyüşlərinə həsr edilən silsilə materiallar hazırlanıb
- 10:55 “Müstəqil və qüdrətli Azərbaycanın təməl günü” adlı dəyirmi masa keçirilib
- 10:43 “Şanlı tarixin başlanğıcı” adlı tədbir keçirilib
- 10:23 “Azərbaycanın inkişaf yolunun başlanğıcı” adlı tədbir keçirilib
- 09:48 Karlovı Varıda 59-cu Beynəlxalq Kino Festivalı başa çatıb
- 09:28 Tbilisidə gənc azərbaycanlı rəssamların sərgisi açılıb
- 12:54 “Əfsanə qayıdır” filmi nümayiş olunub
- 16:00 Yaradıcı sahələr üzrə təhsil və sənaye əməkdaşlığı müzakirə olunub
- 15:36 Mədəniyyət naziri Adil Kərimlinin növbəti vətəndaş qəbulu Lerik rayonunda olub
- 15:10 Azərbaycanın daha iki abidəsi UNESCO-nun Dünya İrsinin İlkin Siyahısına daxil edildi
- 14:39 “Mədəni sferada jurnalistika” mövzusunda müsabiqənin qaliblərinin təltifolunma mərasimi keçirilib
- 12:07 Qala Əntiq Əşyalar Muzeyi bərpadan sonra ziyarətçilərin ixtiyarına verilib
- 09:45 Bakıda Opera Günlərinin bağlanış mərasimi keçirilib
- 09:33 Bu gün görkəmli şair Abbas Səhhətin vəfatından 107 il ötür
- 09:30 Azərbaycan ilə Özbəkistan arasında birgə mədəni tərəfdaşlıq
- 09:26 Türk Mədəniyyəti və İrsi Fondunda “Azərbaycan-Gürcüstan münasibətləri (1918–1922-ci illər)” kitabının təqdimatı keçirilib
- 15:55 Milli Kitabxanada “Xalq yazıçısı Sabir Əhmədli - 95” adlı sərgi açılıb
- 12:22 Gənclər Kitabxanasında Xalq yazıçısı Sabir Əhmədlinin xatirəsi yad edilib
- 09:39 Şuşa Dövlət Musiqili Dram Teatrında “Ümid işığı” tamaşasının premyerası keçirilib
- 09:35 Bu gün yazıçı Sabir Əhmədlinin doğum günüdür
- 09:29 Baku TV-nin “Söz” filminin təqdimatı keçirilib
- 09:28 “Nəvə” sənədli filminin çəkilişləri başlayır
- 09:19 Qəbələ Beynəlxalq Musiqi Festivalı başlayır
- 17:15 UNESCO gəncləri “İpək yolu gənclərin gözü ilə” 7-ci fotomüsabiqədə iştirak etməyə dəvət edir
- 14:54 “Yol əhvalatı” filmi nümayiş olunub
- 14:26 Azərbaycan-İsrail kinematoqrafçılarının birgə filmi təqdim olunub
- 14:09 “Vətən” musiqi qrupu iki nominasiya üzrə beynəlxalq festivalın qalibi olub
- 11:39 Milli Kitabxanada Seyid Əzim Şirvaniyə həsr olunmuş sərgi açılıb
- 11:15 "Azad" rəqs ansamblı "Dostluq körpüsü" adlı hesabat konserti təqdim edib
- 10:13 Bu gün şair Seyid Əzim Şirvaninin doğum günüdür
- 09:40 Bu gün Xalq şairi Nigar Rəfibəylinin anım günüdür
- 16:58 Azərbaycanda kino istehsalına yeni dövlət dəstəyi mexanizmi
- 16:44 "Kitabı sevək və sevdirək" adlı mütaliə saatı keçirilib
- 16:15 Azərbaycan və Kolumbiya milli kitabxanaları arasında qarşılıqlı əlaqələrin genişləndirilməsi müzakirə edilib
- 16:10 ARKA-da Bədii şura üzvlərinin iştirakı ilə görüş keçirilib
- 14:43 Aktyorluğu öyrən layihəsi üzrə yeni diplom tamaşaları təqdim olunub
- 14:39 UNESCO: Ümumdünya İrs Komitəsinin 47-ci sessiyasında Azərbaycanın bəyanatı təqdim olunub
- 11:33 Bu gün Xalq artisti, teatr aktyoru Zülfüqar Baratzadənin anadan olmasının 94-cü ili tamam olur
- 10:34 Vaqif Poeziya Günləri poeziyasevərləri yenidən bir araya gətirir
- 10:08 Xəzər rayon MKS-nin Mərkəzi Kitabxanası "Mütaliəni sevirik"adlı yeni layihəyə start verib
- 09:42 Qaradağ rayon Heydər Əliyev Mərkəzinə ekskursiya təşkil edilib
- 09:32 Bu gün Xalq yazıçısı Gülhüseyn Hüseynoğlunun anım günüdür
- 09:21 Milli Məclisdə tarix və mədəniyyət abidələrinin qorunması ilə bağlı ictimai dinləmə keçirilib
- 14:46 UNESCO: Azərbaycan Ümumdünya İrs Komitəsinin 47-ci sessiyasında təmsil olunur
- 14:43 Direktor və direktor müavinlərinin işə qəbulu üzrə müsabiqənin yekun nəticələri açıqlanıb
- 11:34 İƏT-in jurnalının növbəti nömrəsində ICESCO missiyasının Azərbaycanın işğaldan azad edilmiş ərazilərində fəaliyyəti barədə məqalə dərc olunub
- 09:46 Bu gün Əməkdar artist Ələkbər Hüseynovun doğum günüdür
- 09:34 Şəki “İpək Yolu” XIV Beynəlxalq Musiqi Festivalı başa çatıb