XƏBƏRLƏR
MƏLUMAT
Əməkdar artist Elza Seyidcahanın konserti keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
06/09/2025 09:49

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin və Xətai rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Musiqili Bakı” layihəsi çərçivəsində Əməkdar artist Elza Seyidcahanın konserti keçirilib.

Xətai rayon Heydər Əliyev parkında keçirilən konsertdə mədəniyyət işçiləri, ictimaiyyət nümayəndələri, rayon sakinləri iştirak ediblər.

Konsertdə Elza Seyidcahan sevilən mahnıları ilə çıxış edib. Onun ifaları tamaşaçılarda xoş əhval-ruhiyyə yaradıb.

 

Baxış sayı: 28