XƏBƏRLƏR
MƏLUMAT
Azərbaycanlı artistlər Karaqandada keçiriləcək “DosStar” festivalında çıxış edəcəklər
ÜMÜMİ XƏBƏRLƏR
03/09/2025 14:36

Karaqanda Akademik Musiqili Komediya Teatrı (Qazaxıstan) dost ölkələrin incəsənət kollektivlərini ənənəvi “DosStar” payız operetta və musiqi festivalına dəvət edir.

AZƏRTAC-ın Karaqanda vilayəti administrasiyasının mətbuat xidmətinə istinadla verdiyi xəbərə görə, festival artıq 14-cü dəfədir təşkil edilir. Bu il musiqisevərlər üçün bayram sentyabrın 19-dan 21-dək keçiriləcək.

Festivalda altı ölkədən: Qazaxıstan, Azərbaycan, Rusiya, Özbəkistan, Tacikistan və Macarıstandan olan artistlər iştirak edəcəklər.

Elşən Rüstəmov

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

 

Baxış sayı: 42