XƏBƏRLƏR
MƏLUMAT
Musiqi məktəbi görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın doğum günü münasibətilə konsert keçirib
ÜMÜMİ XƏBƏRLƏR
29/04/2022 06:58

Aprelin 28-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Leopold və Mstislav Rostropoviçlər adına 21 nömrəli onbirillik musiqi məktəbi görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın doğum günü münasibətilə konsert keçirib.

Konsertdə Baş İdarənin rəisi İbrahim Əliyev, L.və M.Rostropoviçlərin ev-muzeyinin direktoru Şeyla Heydərova, mədəniyyət, incəsənət xadimləri və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Tədbirdə gənc istedadlar Samir Əsədli V.Adıgözəlovun Xurşidbanu Natəvanın sözlərinə yazdığı “Qərənfil” romansını, Mahir Hacıyev Q.Hüseynlinin “Ay işığında” əsərini, Kamran Talıblı T.Quliyevin “Səhər nəğməsi və skertso”, Qnyaz Göyüşlü M.Axundovanın “Ana”, Firəngiz Braneva F.Əmirovun “Muğam poema”, Xəyal Əsədli A.N.Skryabinin “Etüd” əsərlərini ifa ediblər. Məktəbin simli alətlər ansamblı isə “Historia de un amor” əsərini səsləndirib. Solo partiyanı Elvin Salmanov ifa edib.

Konsert tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

Baxış sayı: 218