XƏBƏRLƏR
MƏLUMAT
“Milli Qəhrəmanlarımızı tanıyaq” layihəsi davam edir
ÜMÜMİ XƏBƏRLƏR
12/03/2024 10:14

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında “Milli Qəhrəmanlarımızı tanıyaq” layihəsi davam edir. 

İnformasiya-resurs şöbəsinin hazırladığı budəfəki videoçarx Azərbaycanın Milli Qəhrəmanları Mehdi Yusif oğlu Abbasov, Maşallah Babakişi oğlu Abdullayev, Namiq Vahid oğlu Abdullayev, Rövşən Əbdülhüseyn oğlu Abdullayev və Şövqiyar Cəmil oğlu Abdullayevə həsr olunub. Burada qəhrəman oğullarımızın həyatı, təhsili, keçdiyi döyüş yolu izləyicilərə təqdim olunub.

Videoçarx sözləri Bəxtiyar Vahabzadəyə, musiqisi Şəfiqə Axundovaya məxsus “Nədən oldu” mahnısı ilə müşayiət olunur.

Videoçarxı aşağıdakı keçidə daxil olaraq izləyə bilərsiniz:

Baxış sayı: 167