XƏBƏRLƏR
MƏLUMAT
Milli Qəhrəman Salatın Əsgərovanın doğum günü münasibətilə videoslayd hazırlanıb
ÜMÜMİ XƏBƏRLƏR
16/12/2021 01:04

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Xətai rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanası Azərbaycanın Milli Qəhrəmanı Qarabağ müharibəsi şəhidi Salatın Əsgərovanın doğum günü münasibətilə videoslayd hazırlayıb.

Videomaterialda qeyd edilib ki, Salatın Əsgərova 1961-ci il dekabrın 16-da Bakıda ziyalı ailəsində anadan olub. 1979-cu ildə Bakı şəhəri M.Müşfiq adına 18 nömrəli tam orta məktəbi bitirib, elə həmin il Azərbaycan Neft və Kimya İnstitutuna daxil olub.

Salatın Əsgərova sonralar jurnalist kimi fəaliyyət göstərib. “Molodyoj Azerbaydjana” qəzetinin əməkdaşı kimi müharibənin ilk günlərindən hərbi mövzuda yazılar yazıb, tez-tez cəbhənin qaynar nöqtələrində olub, heç nədən qorxmadan dəfələrlə erməni kəndlərinə gedib, onları yanlış yoldan geri çağırmağa çalışıb.

1991-ci il yanvarın 9-u Laçından Şuşaya yollanarkən yolun 6-cı kilometrliyindəki Qaladərəsi kəndi yaxınlığında erməni silahlı qüvvələrinin mühasirəsinə düşüb, olduğu maşın yaxın məsafədən şiddətli atəşə tutulub. Nəticədə istedadlı jurnalist, “Molodyoj Azerbaydjana” qəzetinin əməkdaşı və ən nəhayət Azərbaycanın qeyrətli qızı Salatın Əsgərova amansızcasına qətlə yetirilib.

Azərbaycan Respublikası prezidentinin 6 noyabr 1992-ci il tarixli 294 saylı fərmanı ilə Əsgərova Salatın Əziz qızına ölümündən sonra Azərbaycan Milli Qəhrəmanı adı verilib.

Videoslaydı aşağıdakı keçiddən izləyə bilərsiniz:

https://www.instagram.com/tv/CXiAAKZoT3r/?utm_medium=copy_link

Baxış sayı: 350