
Aprelin 30-da Azərbaycan Milli Konservatoriyasında Milli Muğam Müsabiqəsinin qaliblərinin adı açıqlanıb və onlar mükafatlandırılıblar.
AZƏRTAC xəbər verir ki, müsabiqə Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin, Azərbaycan Milli Konservatoriyasının dəstəyi ilə keçirilib.
Əvvəlcə müsabiqənin münsiflər heyəti təqdim olunub.
Qeyd edilib ki, Milli Muğam Müsabiqəsi xanəndə və instrumental ifaçılıq kateqoriyaları üzrə keçirilib. İnstrumental ifaçılıq üzrə münsiflər heyətinin sədri, Milli Konservatoriyanın rektoru, Xalq artisti Siyavuş Kərimi, üzvləri isə Xalq artistləri Fəxrəddin Dadaşov, Möhlət Müslümov, Əməkdar artistlər Şirzad Fətəliyev və Çinarə Heydərovadır.
Xanəndəlik üzrə münsiflər heyətinin sədri, Milli Konservatoriyanın rektoru, Xalq artisti Siyavuş Kərimi, üzvləri isə Xalq artistləri Səkinə İsmayılova, Mənsum İbrahimov, Zabit Nəbizadə və Əməkdar artist Qəzənfər Abbasovdur.
Diqqətə çatdırılıb ki, musiqi yarışmasına yaşı 18-dən 35-dək olan xanəndə və instrumental ifaçılar müraciət edib. İlkin seçim turlarından sonra müsabiqəyə 38 nəfər vəsiqə qazanıb. 38 iştirakçıdan 20-si xanəndəlik, 18-i isə instrumental ifaçılıq üzrə yarışıb. Müsabiqənin 1-ci turu aprelin 24-25-də, ikinci turu isə aprelin 26-da keçirilib. Bu gün isə müsabiqənin qalibləri elan olunacaq.
Müsabiqənin münsiflər heyətinin sədri, Azərbaycan Milli Konservatoriyasının rektoru, Xalq artisti Siyavuş Kərimi çıxış edərək Milli Muğam Müsabiqəsinin əhəmiyyətindən danışıb. Bildirib ki, neçə gündür davam edən müsabiqə yeni istedadların üzə çıxmasına təkan verib.
Bildirib ki, qədim tarixə malik Azərbaycan muğam sənəti böyük inkişaf yolu keçib. Bu sənət neçə-neçə müqtədir sənət xiridarlarının böyük zəhməti, səyi nəticəsində bu günümüzə gəlib çıxıb. Bu gün müsabiqədə iştirak edən və qalib gələn gənclər bu estafeti onlardan qəbul edərək həm yaşadır, həm də gələcək nəsillərə ötürürlər.
“Müsabiqənin münsiflər heyətinin sədri kimi deyə bilərəm ki, çox maraqlı bir yarışma idi. Lakin təəssüf hissi ilə bildirirəm ki, müsabiqəyə bir nəfər də olsun nəfəsli alətlər üzrə ifaçı qatılmadı. Biz bunu çox gözləyirdik, ümidli idik ki, nəfəsli alətlərin ifaçıları da yarışmada iştirak edəcək, amma bu olmadı. Düşünürəm ki, növbəti müsabiqələrdə bu sahədəki boşluq tam doldurulacaq və onlar da iştirak edəcəklər”,- deyə Xalq artisti bildirib.
Siyavuş Kərimi müsabiqənin təşkilində göstərdiyi dəstəyə görə Heydər Əliyev Fonduna təşəkkür edib.
Bütün qalibləri təbrik edən Xalq artisti onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
İlk olaraq səhnəyə müsabiqənin diplomantları dəvət olunaraq mükafatlandırılıb.
Münsiflərin yekdil rəyinə əsasən, xanəndəlik üzrə müsabiqəsində birinci yerə Mirəli Sarızadə layiq görülüb. Xəyal Hüseynov 2-ci, Zümrüd Məmmədova və Daşqın Kürçaylı isə 3-cü yerləri tutublar.
İnstrumental ifaçılıq kateqoriyasında isə birinci yerə Vaqif Təhməzov, 2-ci yerə Cahandar Mikayılov, 3-cü yerlərə isə Bayraməli Əliyev və Soltan Nadirov layiq görülüblər.
Xanəndə və instrumental kateqoriyalarında 1, 2 və 3-cü yerin hər bir qalibi müvafiq olaraq 7 000, 5 000 və 3 000 AZN mükafat qazanıb.
Milli Muğam Müsabiqəsinin qalibləri - xanəndə və instrumental ifa üzrə birinci yeri tutan iştirakçılar ölkəmizi “Muğam aləmi” 6-cı Beynəlxalq Muğam Festivalında təmsil edəcək.
Sonra qaliblər qala-konsert proqramı ilə çıxış ediblər.
Qeyd edək ki, son illər Azərbaycanda muğamın qorunması və inkişafı istiqamətində fundamental işlər görülüb. Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın milli mədəniyyətimizə, muğam sənətinə göstərdiyi dəstəyin və bu istiqamətdə aparılan işlərin nəticəsidir ki, Azərbaycan muğamları 2008-ci ildə UNESCO-nun Bəşəriyyətin Qeyri-maddi İrsi üzrə Reprezentativ Siyahısına daxil edilib.
Xatırladaq ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə 2009-cu ildən Milli Muğam müsabiqələri və Beynəlxalq Muğam festivalları təşkil olunur. Bu layihələr milli sərvətimiz olan muğamı dünya mədəniyyəti kontekstində bir daha nümayiş etdirmək və yaşatmaq məqsədi daşıyır.



- 16:41 Görkəmli bəstəkar Arif Məlikovun 92 illik yubileyinə həsr olunmuş konsert keçirilib
- 16:00 Süleyman Ələsgərov adına 1 nömrəli Uşaq İncəsənət Məktəbinin növbəti uğuru
- 15:54 11-ci BAKI BEYNƏLXALQ KİTAB SƏRGİSİ – REGİONUN ƏN BÖYÜK KİTAB BAYRAMINA SİZ DƏ QOŞULUN
- 15:48 Üzeyir Hacıbəylinin 140 illik yubileyi münasibətilə “Əbədi iftixarımız” bədii - sənədli filmi nümayiş olunub
- 15:26 Musiqi Məktəbində Bilik Gününə həsr olunmuş tədbir keçirilib
- 14:21 Dövlət Kukla Teatrının yaradıcı heyəti beynəlxalq festivalın qalibi olub
- 12:06 “Milli Musiqimizin Dahisi –Üzeyir Hacıbəyov ” adlı tədbir keçirilib
- 10:42 "Bilik günü"nə həsr olunmuş sərgi-tədbir keçirilib
- 09:41 Azərbaycan Mədəniyyət Elçilərinin I Forumu keçiriləcək
- 09:22 Türk Mədəniyyəti və İrsi Fondunda “Aqibətnamə” kitabının təqdimatı keçirilib
- 09:16 Üzeyir Hacıbəylinin 140 illiyi münasibətilə Roma şəhərində konsert proqramı təşkil olunacaq
- 14:33 Özbəkistanda Üzeyir Hacıbəylinin “Azərbaycan xalq musiqisinin əsasları” kitabının təqdimatı olacaq
- 11:08 Milli Kitabxanada Bilik Günü münasibətilə virtual və ənənəvi kitab sərgisi hazırlanıb
- 09:23 Milli Kitabxanada “Dilçi-alim İsmixan Rəhimov” adlı kitab sərgisi açılıb
- 09:19 Akademik Milli Dram Teatrı yeni mövsümü təntənə ilə açıq elan edib
- 15:53 Attestasiyanın nəticələrinə əsasən təlimlərin üçüncü mərhələsi başlanıb
- 10:07 Azərbaycan Milli Xalça Muzeyində “Faiq Əhməd: 2011–2024-cü illər dövrü” sərgisi açılıb
- 10:02 ICESCO Nəsimi Festivalının təşkilatçıları sırasına daxil olub
- 09:17 İncəsənət təhsilində fərqlənən müəllimlər “Üzeyir Hacıbəyli Mükafatı” ilə təltif olunacaq
- 16:43 Azərbaycan Milli Kitabxanası ilə Mərakeş Milli Kitabxanası arasında onlayn görüş keçirilib
- 16:07 Xalq yazıçısı Elçin Əfəndiyevin Fəxri xiyabanda məzarı ziyarət olunub
- 12:36 “Zamansız və məkansız” sərgisinin açılışı
- 11:24 “Uğura Gedən Yol Əngəl Tanımır” adlı tədbir keçirilib
- 09:25 Maqsud İbrahimbəyovun 90 illiyi münasibətilə ssenari müəllifi olduğu filmlər nümayiş etdirilir
- 09:22 "Köhnə Bakı açıqcalarda" sərgisi açılıb
- 16:03 Bursada “Azərbaycan günləri” keçiriləcək
- 14:43 “Zəfər salnaməmiz” adlı tədbir keçirilib
- 12:37 Azərbaycan uşaq ədəbiyyatı Türkiyədə tanıdılır
- 10:53 Musiqi məktəb və mərkəzlərinə qəbul imtahanlarının nəticələri ilə bağlı sənədlərin qeydiyyat müddəti uzadılıb
- 09:17 Dövlət Uşaq Filarmoniyası konsert proqramı ilə çıxış edəcək
- 17:32 Nəsimi festivalında “İblis” yeni təqdimatda nümayiş olunacaq
- 14:51 “Uğura Gedən Yol Əngəl Tanımır” adlı tədbir keçiriləcək
- 14:33 Azərbaycan 16-cı Yörük Türkmən Festivalında təmsil olunub
- 12:28 Xalq rəssamı Nazim Bəykişiyev vəfat edib
- 09:35 “Tərsinə kölgələr” filmi 21-ci Kazan Beynəlxalq Film Festivalında iştirak edir
- 09:27 Reza Deqati Çində beynəlxalq tədbirdə Qarabağ həqiqətlərini dünyaya çatdırıb
- 16:59 Yeni qısametrajlı melodram – “Şarlotta”
- 11:03 Bu gün görkəmli tarzən Sadıqcanın doğum günüdür
- 11:00 R.Babayev adına 25 nömrəli 11 illik Musiqi Məktəbinin növbəti uğuru
- 09:23 Azərbaycan Haaqada keçirilən beynəlxalq festivalda təmsil olunub
- 09:19 8-ci “ANİMAFİLM” Beynəlxalq Animasiya Festivalının bağlanış mərasimi keçirilib
- 09:17 İncəsənət məktəblərinə qəbul olunan şagirdlərin 7 mini dövlət sifarişi əsasında təhsil alacaqlar
- 09:49 Əməkdar artist Elza Seyidcahanın konserti keçirilib
- 12:19 “Muzeydə musiqi” layihəsi çərçivəsində yeni mövsüm Teymur Kazımovun solo konserti ilə açılıb
- 10:48 Bu gün Xalq artisti Siyavuş Aslanın anadan olmasının 90-cı ildönümü tamam olur
- 16:52 Azərbaycan Dövlət Kukla Teatrı Qazaxıstanda keçiriləcək beynəlxalq teatr festivalında iştirak edəcək
- 15:32 “Tağıyev: Neft” filmi “Oskar” mükafatına namizəd təqdim edilib
- 14:16 Yusif Səmədoğlunun 90 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
- 11:43 Milli Xalça Muzeyində “Faiq Əhməd: 2011–2024-cü illər dövrü” sərgisi açılacaq
- 09:52 “Yağışı sevməyən uşaq” adlı tamaşa nümayiş olunub
- 09:24 “Şərəf” ordeni Xalq artisti Afaq Bəşirqızına təqdim olunub
- 09:20 8-ci “ANİMAFİLM” Beynəlxalq Animasiya Festivalının açılışı olub
- 09:11 Azərbaycan Milli Kitabxanasına Mərakeş mədəniyyətini əks etdirən kitablar təqdim ediləcək
- 15:02 “Nağıl günü” adlı tədbir keçirilib
- 14:36 Azərbaycanlı artistlər Karaqandada keçiriləcək “DosStar” festivalında çıxış edəcəklər
- 14:19 "Hekayəti-müsyö Jordan və dərviş Məstəli şah" komediyası Türkiyədə səhnələşdiriləcək
- 11:36 Üzeyir Hacıbəyli XVII Beynəlxalq Musiqi Festivalı başlayır
- 10:54 Milli Gənc Tamaşaçılar Teatrında 98-ci teatr mövsümünün başlanması münasibətilə görüş keçirilib
- 09:53 Bu gün görkəmli aktyor, Xalq artisti Yaşar Nurinin doğum günüdür
- 14:22 Bakıda İƏT Mədəniyyət Festivalı və “Yaradıcı həftə” keçiriləcək