Hər il noyabrın 16-sı Beynəlxalq Tolerantlıq Günü kimi qeyd olunur. Bu gün münasibətilə Milli Kitabxanada “16 Noyabr - Beynəlxalq Tolerantlıq Günü” adlı virtual sərgi istifadəçilərə təqdim olunub.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, dini mədəniyyətin, tolerantlığın, dinlərarası və mədəniyyətlərarası əlaqələrin təbliği məqsədilə hazırlanan virtual sərgi ilə tanış olmaq istəyənlər https://anl.az/el/vsb/Beynelxalq_Tolerantliq_Gunu/index.htm linkindən istifadə edə bilərlər.
Virtual sərgidə Beynəlxalq Tolerantlıq Günü haqqında məlumatlar, tolerantlığın Azərbaycan modeli, dövlət siyasətinin əsas prioritetlərindən sayılan birgəyaşayış və multikulturalizm mövzuları haqqında dövri mətbuatda dərc olunan məqalələr, Azərbaycan və xarici dillərdə kitablar nümayiş olunur.
Qeyd edək ki, Beynəlxalq Tolerantlıq Günü 1995-ci ildə UNESCO-nun 50 illiyi münasibətilə təsis edilib. Məqsəd qurumun nizamnaməsində qeyd olunduğu kimi, dünyada hamını bir-birinə dözümlülük nümayiş etdirərək mehriban qonşular kimi yaşamağa çağırışdır.
Bu gün Azərbaycan dünyada tolerantlıq örnəyi kimi tanınır. Prezident İlham Əliyevin bu sahədə uğurlu siyasəti dünyada mükəmməl model kimi qəbul edilir. Dünyada tolerantlıq örnəyi kimi tanınan Azərbaycan sivilizasiyalararası dialoqun, beynəlxalq sülh və təhlükəsizliyin təmin olunması istiqamətində ardıcıl olaraq zəruri təşəbbüs və çağırışlarla çıxış edir. Son illər ölkəmizdə beynəlxalq humanitar forumların, dünya dini liderlərinin sammitlərinin keçirilməsi, habelə ayrı-ayrı beynəlxalq nümayəndələrin iştirakı ilə bəşəriyyəti narahat edən qlobal problemlər ətrafında birgə müzakirələrin aparılması bunun bariz nümunəsidir. Ölkəmizə gələn dünya dini liderləri (xüsusən qeyri-islam dini liderləri) birmənalı şəkildə təsdiq edirlər ki, Azərbaycan cəmiyyəti digər müsəlman ölkələri ilə müqayisədə daha tolerant və dünyəvi bir ölkədir.
Milli-mənəvi dəyərlərin qorunması və tarixi dini abidələrin bərpası prosesinə fəal surətdə qoşulan Heydər Əliyev Fondunun ölkəmizdə həyata keçirdiyi "Tolerantlığın ünvanı – Azərbaycan" layihəsi çərçivəsində də çoxsaylı layihələr həyata keçirilməkdədir.
Azərbaycan tolerantlığının ən bariz nümunələrindən biri 2020-ci ilin 27 sentyabrında başlanan 44 günlük Vətən müharibəsində bütün dünyaya bəlli oldu, 30 ilə yaxın Azərbaycan torpaqlarını işğal altında saxlayan Ermənistan silahlı birləşmələrinə qarşı müharibədə - istər Birinci Qarabağ savaşında, istərsə də İkinci Qarabağ savaşında, demək olar ki, ölkəmizdə yaşayan bütün azsaylı xalqların övladları iştirak etdilər. Dinindən, irqindən, yaşından və cinsindən asılı olmayaraq, azsaylı xalqlara məxsus bütün insanlar Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin çağırışına həmrəy oldular, 44 günlük Vətən müharibəsində tarixi Zəfərin qazanılmasında Ali Baş Komandana və Ordumuza dəstək verdilər.
- 11:51 Milli Dirçəliş Günü münasibətilə virtual kitab sərgisi hazırlanıb
- 11:32 Milli Kitabxanada Beynəlxalq Tolerantlıq Günü münasibətilə sərgi açılıb
- 10:46 Milli Xalça Muzeyində “İqlim və xalçalar” adlı sərgi açılıb
- 09:37 COP29 çərçivəsində Mədəniyyət Nazirlərinin 2-ci Yüksək Səviyyəli Görüşü keçirilib
- 09:36 Bakıdakı Rus evində “Rus dili: MDB ölkələrində oxuyuruq, dinləyirik, baxırıq” layihəsi keçiriləcək
- 17:14 Beynəlxalq Muğam Mərkəzində növbəti konsert aşıq musiqisinə həsr olunub
- 16:49 COP29 çərçivəsində “YARAT”ın təqdimatında sərgi və simpozium təşkil olunub
- 16:33 Adil Kərimli Türkiyənin mədəniyyət və turizm naziri ilə görüşüb
- 16:00 “Məhəmmədəli Mənafzada Sabit. Xatirat” kitabı çapdan çıxıb
- 15:19 Qırğızıstanın incəsənət ustaları Bakıda çıxış ediblər
- 14:34 Azərbaycanlı dizayner Ankarada mükafata layiq görülüb
- 11:36 “Gül bağçası” – məktəbyaşlı uşaqlar üçün yeni nəşr
- 10:38 Azərbaycan Dövlət Akademik Musiqili Teatrı beynəlxalq festivaldan uğurla qayıdıb
- 10:36 Bu gün Xalq artisti Xumar Zülfüqarovanın doğum günüdür
- 09:19 Amsterdamda Firəngiz Əlizadənin əsərinin premyerası olub
- 16:41 Şüvəlan qəsəbə Mədəniyyət evində “Atanın şikayəti ” adlı tamaşa təqdim olunub
- 14:56 “Heydər Əliyev – hüquqi dövlətin qurulmasında Konstitusiyanın əhəmiyyəti” adlı mühazirə oxunub
- 14:33 24 nömrəli Onbirillik Musiqi Məktəbində konsert keçirilib
- 14:14 COP29-un qonaqlarına “Oyanış” adlı konsert-tamaşa təqdim edilib
- 12:28 "Qarabağ Zəfəri" adlı tədbir keçirilib
- 12:02 5 nömrəli Uşaq İncəsənət Məktəbində Zəfər Gününə həsr olunmuş konsert təşkil edilib
- 11:44 A.Məlikov adına 11 nömrəli Onbirillik Musiqi Məktəbinin növbəti uğuru
- 11:25 Qaradağ rayon MKS-də Korrupsiyaya qarşı mübarizə ilə bağlı dəyirmi masa keçirilib
- 10:01 Azərbaycanın tarixi-mədəni irsi COP29-da təbliğ olunur
- 09:35 “Azərbaycan kəlağayısı günü” münasibətilə konsert təşkil olunacaq
- 09:31 Milli Kitabxanada “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş sərginin təqdimatı olub
- 12:53 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya Günüdür
- 10:41 Zəfər Gününə həsr olunmuş konsert keçirilib
- 10:24 9 Noyabr Azərbaycanda Dövlət Bayrağı Günüdür
- 10:35 Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsində Zəfər Günü qeyd olunub
- 16:24 Qaradağ rayon Heydər Əliyev Mərkəzində “Haqqın Zəfəri” adlı tədbir keçirilib
- 16:15 “2 əsrin 44 günlük zəfəri” adlı tədbir keçirilib
- 16:11 S.Rüstəmov adına 13 nömrəli Uşaq Musiqi Məktəbində 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
- 16:07 “Zəfərin sevincini yaşayırıq” adlı tədbir keçirilib
- 15:06 Ankarada Qarabağ müharibələrinin qəhrəmanları haqqında filmin premyerası olub
- 15:05 8 Noyabr – Zəfər Günü ilə əlaqədar tədbir keçirilib
- 14:56 Tarixi Zəfərə həsr edilmiş silsilə kitabların təqdimatı olub
- 11:58 Mədəniyyət naziri film layihələri müsabiqəsinin qalibləri ilə görüşüb
- 11:45 "Zəfər bizimdir" adlı tədbir keçirilib
- 11:41 Musiqi Məktəbində 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
- 11:33 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
- 10:35 “44 günlük Zəfər tariximiz” adlı elektron məlumat bazası hazırlanıb
- 10:06 İçərişəhərdə “Qurama Art: EKO İnstalyasiya” sərgisi açılıb
- 09:52 Yazıçı Günel Anarqızının “Sərhədsiz səma” kitabının təqdimatı olub
- 09:44 8 noyabr - Zəfər Günü ilə əlaqədar dəyirmi masa keçirilib
- 09:37 Bu gün Xalq artisti Tofiq Quliyevin anadan olmasının 107 ili tamam olur
- 09:31 Mədəniyyət naziri Akademik Musiqili Teatrda olub
- 09:23 "Zəfər günün mübarək" adlı tədbir keçirilib
- 17:36 Korrupsiyaya qarşı mübarizəyə həsr olunmuş tədbir keçirilib
- 16:29 Nəriman Nərimanovun xatirə muzeyində “Zəfərimiz Əbədidir” adlı tədbir keçirilib
- 16:08 “Zəfər salnaməmiz” adlı tədbir keçirilib
- 14:39 Kitabxanada Korrupsiyaya qarşı mübarizə ilə bağlı dəyirmi masa keçirilib
- 14:36 Azərbaycanın təbii və mədəni irsinə həsr olunmuş videoçarx hazırlanıb
- 14:26 Nərimanov rayon MKS-də Korrupsiyaya qarşı mübarizə ilə bağlı dəyirmi masa keçirilib
- 12:28 Respublika Gənclər Kitabxanasında “Zəfərə gedən yol” adlı tədbir keçirilib
- 12:03 Özbəkistanda Zəfər Günü münasibətilə kitab təqdimatı olub
- 11:21 Azərbaycan Televiziyası və Radiosu Gününə həsr olunmuş ənənəvi kitab sərgisi açılıb
- 10:45 Milli Kitabxanada Zəfər Günü münasibətilə virtual sərgilər təqdim olunub
- 09:41 “Zəfərimiz-şərəfimiz” bədii qiraət müsabiqəsi başa çatıb
- 09:34 AZƏRBAYCANDA İLK DƏFƏ "NƏSİMİ" OPERASI TƏQDİM OLUNACAQ