XƏBƏRLƏR
MƏLUMAT
Bakıdakı Rus evində “Rus dili: MDB ölkələrində oxuyuruq, dinləyirik, baxırıq” layihəsi keçiriləcək
ÜMÜMİ XƏBƏRLƏR
16/11/2024 09:36

Noyabrın 30-da Bakıdakı Rus evində rus dilinin dünyanın ən zəngin dillərindən biri kimi statusunun qorunub saxlanılması, möhkəmləndirilməsi və artırılmasına yönəlmiş “Rus dili: MDB ölkələrində oxuyuruq, dinləyirik, baxırıq” mədəni-maarif layihəsinin tədbirləri keçiriləcək.

Rusiya İnformasiya və Mədəniyyət Mərkəzindən (RİMM) AZƏRTAC-a bildirilib ki, layihə “Rossotrudniçestvo”, “Rossotrudniçestvo”nun Azərbaycan Respublikasındakı Nümayəndəliyi - Bakıdakı Rus evi (RİMM), Moskvadakı L.N. Tolstoy Dövlət Muzeyi, “KinoFokus” şirkəti, Azərbaycan Respublikasının dövlət təhsil və mədəniyyət müəssisələrinin iştirakı ilə Rusiya Federasiyasının Mədəniyyət Nazirliyi, “ROSKONSERT” Federal Dövlət Büdcə Mədəniyyət İnstitutu, Film Festivalları və Beynəlxalq Proqramlar Mərkəzi tərəfindən təşkil olunub.

Saat 17:00-da Rusiya Böyük Teatrının solistlərinin konserti olacaq. Konsertdə ümumrusiya və beynəlxalq müsabiqələrin laureatları iştirak edəcəklər. Daha sonra “Hisslərin stenoqrafiyası. Lev Tolstoy və musiqi” adlı sərgi açılacaq.

Baxış sayı: 26