XƏBƏRLƏR
MƏLUMAT
Milli Dirçəliş Günü münasibətilə virtual kitab sərgisi hazırlanıb
ÜMÜMİ XƏBƏRLƏR
16/11/2024 11:51

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında “17 Noyabr - Milli Dirçəliş Günü” adlı ənənəvi virtual kitab sərgisi təşkil edilib.

AZƏRTAC xəbər verir ki, kitabxananın rəsmi saytında yerləşdirilən (https://ryl.az/multimedia/dircelis-gunu) virtual sərgidə Milli Dirçəliş Gününün tarixinə nəzər salınır, o illərin xronologiyası bir daha canlandırılır. Həmin mürəkkəb, gərgin dövrlərdə xalqın Heydər Əliyevin ətrafında bir yumruq kimi birləşməsi, onu xilaskar kimi özünə lider seçməsi geniş, tarixi faktlar və görüntülərlə işıqlandırılır.

Hazırlanan materialda Azərbaycan xalqının azadlıq, ərazi bütövlüyü uğrunda əzmkar mübarizəsinin təntənəli nəticəsi - şanlı Zəfər tarixinin Qələbə sevincinin görüntüləri də yer alır. Virtual kitab sərgisində “Heydər Əliyev - Müstəqilliyimiz əbədidir”, “Tariximizin Heydər Əliyev zirvəsi”, “Qurtuluşdan başlanan tərəqqi”, “Meydan: 4 il, 4 ay”, “Xalq və dövlət naminə” kimi kitabların qısa annotasiyası, “Dirçəlişdən Zəfərə aparan yol”, “17 Noyabr - Milli Dirçəliş Günüdür”, “Milli dirçəlişin başlanğıcı”, “Xalqımızın istiqlal mücadiləsi” kimi qəzet məqalələrinin görüntüləri təqdim edilir.

Bundan əlavə, Milli Dirçəliş Günü ilə əlaqədar kitabxanada 40-a yaxın kitab və qəzet nümunələrini cəmləyən “17 Noyabr - Milli Dirçəliş Günü” adlı ənənəvi kitab sərgisi də təşkil edilib.

 

Baxış sayı: 31