XƏBƏRLƏR
MƏLUMAT
Milli İncəsənət Muzeyi Belarus Rəsm Muzeyi ilə əməkdaşlıq sazişi imzalayacaq
ÜMÜMİ XƏBƏRLƏR
01/04/2024 16:05

Azərbaycan Milli İncəsənət Muzeyi aprelin 1-dən 3-dək Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günləri çərçivəsində Belarus Milli Rəsm Muzeyi ilə əməkdaşlıq sazişi imzalayacaq. Bu barədə AZƏRTAC BELTA agentliyinə istinadla xəbər verir.

Belarus Milli Rəsm Muzeyinin baş direktoru Anna Kononovanın sözlərinə görə, Azərbaycan Milli İncəsənət Muzeyində “Belarus rəssamların gözü ilə” sərgisi açılacaq. Burada belaruslu rəssamlar Anton Vırvo, Anna Kononova, Qleb Oçik, Anna Sadovskaya və Vladimir Urodniçin əsərləri sərgilənəcək. “Bu rəsmlər doğma torpağa həsr olunub və əsasən mənzərə janrında çəkilib. Sərgidə, həmçinin Belarusun nasist işğalçılarından azad edilməsinin 80 illiyinə həsr olunmuş əsərlər nümayiş etdiriləcək”, - deyə baş direktor bildirib.

Bu il Belarusda Azərbaycan Mədəniyyəti Günlərinin keçirilməsinin nəzərdə tutulduğunu deyən muzeyin baş direktoru Belarusun əhəmiyyətli yerlərində Azərbaycan mədəniyyəti, o cümlədən rəngkarlıq və dekorativ-tətbiqi sənət sahəsində çoxlu nadir mədəniyyət layihələrinin həyata keçiriləcəyinə əminliyini ifadə edib.

Baxış sayı: 183