XƏBƏRLƏR
MƏLUMAT
Kitabxanada şəhid Əli Seyidovun anım gününə həsr olunan tədbir keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
04/10/2023 01:43

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında Azərbaycan Silahlı Qüvvələrin Xüsusi Təyinatlı Qüvvələrinin (XTQ) kəşfiyyatçısı müddətdən artıq xidmət edən hərbi qulluqçusu, Vətən müharibəsi şəhidi Əli Seyidovun anım gününə həsr olunan tədbir keçirilib.

Tədbirdə şəhid anaları və qaziləri ştirak ediblər. Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, torpaqlarımızın suverenliyi, ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Vətən müharibəsi şəhidi Əli Seyidova həsr olunan videoçarx nümayiş olunub.

Tədbirdə çıxış edənlər Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində ordumuzun qazandığı tarixi Qələbədən və bu zəfəri qazanmaq üçün canlarını fəda edən şəhidlərimizin göstərdikləri şücaətdən danışıblar.

Sonda189-190 nömrəli tam orta məktəbin şagirdi şəhid Əli Seyidovun xatirəsinə ehtiram olaraq "Şəhid anası" adlı şeiri səsləndirib.

Baxış sayı: 174