
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Qaradağ rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 5 nömrəli filialı öz oxucularına dünya ədəbiyyatı tarixində detektiv janrının ən görkəmli nümayəndəsi olan Aqata Kristinin doğum gününə həsr etdiyi virtual kitab sərgisini təqdim edib.
Dünya ədəbiyyatında detektiv janrının əvəzsiz ustası kimi tanınan Aqata Kristi (Agatha Christie) 1891-ci il senytabrın 15-də doğulub. Aqata Kristi detektiv janrının klassikidir.
"Staylzda müəmmalı hadisə" əsəri yazıçının ilk detektiv romanıdır. Əsər beş dəfə Britaniya nəşriyyatları tərəfindən qaytarıldıqdan sonra, nəhayət, 1920-ci ildə çap olunub. Hamının sevdiyi personaj Erkül Puaro Aqata Kristinin ilk romanından tanınıb və yazıçının 33 roman və 51 hekayəsində onun fəaliyyəti əks olunub. Bu qəhrəman onun son romanlarının birində vəfat edir. Maraqlıdır ki, bu roman nəşr olunandan 40 il əvvəl yazılıb. Amma naşirlər sevimli personajın ölümü ilə bağlı olan kitabı çap eləməkdən boyun qaçırıblar. Əsərdəki hadisələr o qədər maraqlı süjet xətti üzrə və cəlbedici gərginliklə davam edir ki, oxucu bir anda sonadək oxuyub hadisələrin nə ilə nəticələndiyini bilməyə can atır.
O, 1958-ci ildən ömrünün son gününəcən İngiltərə Detektivlər Klubunun prezidenti olub. Kraliça Yelizaveta ona zadəgan titulu verib.
70-dən çox roman, 20-dən çox pyes və hekayənin yazarı olan, əsərləri əksər dillərə tərcümə edilən ingilis yazıçısı detektiv kino yaradıcılarının da ən çox müraciət etdiyi müəlliflərdəndir (1891-1982).
Aqata Kristi əsərlərinin klassik qəhrəmanı Puaro “Şərq ekspresi”ndə səfərə çıxır və həmişəki kimi baş gicəlləndirən hadisəylə üz-üzə qalır.
Səhər tezdən birinci dərəcəli kupedə kişi meyiti aşkarlanır. Elə bu zaman qatar yolda qalaqlanmış nəhəng qar topası səbəbindən dayanmalı olur və hərəkət edə bilmir. Puaro bu qətl hadisəsini araşdırmaq məcburiyyətində qalır. İşin çətin yanı isə odur ki, qatardakı hər bir möhtərəm sərnişinin, texniki heyət üzvünün qatil çıxmaq ehtimalı var. Yalnız Puaro kimi mahir detektiv, öz parlaq istedadı və iti məntiqi sayəsində belə bir dolaşıq qətl hadisəsini açmağa yardım etmək iqtidarındadır.
Dünya detektiv əsərlərinin şedevrlərindən sayılan “Şərq ekspresində qətl” romanı müəllifin o biri əsərləri kimi çox həvəslə oxunur və oxucunun bütün diqqətini özünə çəkə bilir.
"Puaro istintaq aparır" A. Kristinin yazıçılıq karyerasının ilk dövrlərində çap olunub. Topluya 11 hekayə daxildir. Bu hekayələrin hər biri sonralar detektiv janrının klassikası hesab edilib. Bu toplunun bütün hekayələri ekranlaşdırılıb.
"Puaro istintaq aparır" hekayələr toplusunun qəhrəmanı xəfiyyə Puaro bir çox qətl hadisələrinin üstünü böyük məharətlə açır. İşdə yalnız bir şübhəli məqam varsa belə, yorulmaz detektiv onu araşdıraraq həqiqəti üzə çıxarır.
"Qara qəhvə" məşhur detektiv yazarı Aqata Kristinin seçilən əsərlərindən biridir. Yazıçı burada artıq təqaüdə çıxmış detektiv Erkül Puaronun iti zəkasının ortaya çıxardığı cinayət işindən bəhs edir. Əsərdə görkəmli fizikin zəhərlənərək öldürülməsindən danışılır. Onun qətlində şübhəli şəxslər çoxdur – oğlundan gəlininədək. Ancaq Erkül Puaro tələsik nəticələr çıxarmır və cinayətin üstünü isti izlərlə aça bilir. Bu zaman o, bir sıra maraqlı fəndlərə əl atır.
Mövzu ilə bağlı videoçarxı aşağıdakı keçidlərdən izləyə bilərsiniz :
https://www.instagram.com/p/CFI-LvQh8Sn/?igshid=r8buugi4b944
https://m.facebook.com/story.php?story_fbid=135375318268304&id=100053875086603
https://www.instagram.com/p/CFIgShahJpz/?igshid=lxtbpp38qn7j



- 09:29 2 Avqust -Azərbaycan Kinosu Günüdür
- 11:23 Bakıda Mərakeşin milli bayramı qeyd olunub
- 10:14 Bu gün Xalq artisti Vaqif Əliyevin doğum günüdür
- 17:21 39-cu Caraş Beynəlxalq Mədəniyyət və İncəsənət Festivalında Azərbaycan da təmsil olunur
- 15:32 Azərbaycan Kinematoqrafçılar İttifaqı ənənəvi mükafatın builki qaliblərini elan edib
- 14:42 Bakı bulvarında növbəti “Kino axşamı” yaxınlaşır
- 11:07 Quba Soyqırımı Memorial Kompleksinə ekskursiya təşkil olunub
- 10:59 Milli Kitabxanada Ümumdünya İnsan Alverinə qarşı Mübarizə Günü ilə əlaqədar virtual kitab sərgisi hazırlanıb
- 10:34 “Tariximizin Qərbi Azərbaycan izləri” adlı konsert və sərgi keçirilib
- 10:24 XIV Qəbələ Beynəlxalq Musiqi Festivalı başa çatıb
- 10:20 Qeyri-hökumət təşkilatları üçün infosessiya keçiriləcək
- 09:59 Litvanın “Ciurlionis” kvartetinin konserti Qəbələ festivalının izləyicilərinə növbəti hədiyyə olub
- 09:39 Qaradağ rayon Heydər Əliyev Mərkəzinə ekskursiyalar davam edir
- 09:32 “Açıq məktub” filminin 2026-cı ildə böyük ekranlara çıxarılması planlaşdırılır
- 09:29 “Rakurs” rüblük bülleteninin növbəti nömrəsi çapdan çıxıb
- 16:22 Azərbaycan Estoniyada keçirilən Beynəlxalq Folklor Festivalında təmsil olunub
- 15:58 Mədəniyyət naziri Adil Kərimli Şəmkirdə vətəndaşları qəbul edəcək
- 11:31 Gənclər Kitabxanasında “Zəngəzur dəhlizi: müasirlik tarixi kontekstdə” mövzusunda dəyirmi masa təşkil edilib
- 11:05 “Arzumun ən uca zirvəsində” adlı tədbir keçirilib
- 09:14 XIV Qəbələ Beynəlxalq Musiqi Festivalında kamera musiqisi axşamı
- 17:20 Mədəniyyət Nazirliyinin “Beyin fırtınası” layihəsi başlanır
- 15:36 “Azərbaycan – Özbəkistan ədəbi-mədəni əlaqələri” mövzusunda dəyirmi masa keçirilib
- 14:30 Gənclər Kitabxanasının layihəsi - “Oxu, öyrən, qazan”
- 14:13 ICESCO-nun Bakı ofisində ilk regional seminar keçirilir
- 11:47 “Qərbi Azərbaycan folkloru”nun növbəti cildində nələr var?
- 11:09 Ankarada “Şuşa” kitabının təqdimatı olacaq
- 10:48 Bu gün Xalq artisti Vasif Adıgözəlovun anadan olmasının 90-cı ili tamam olur
- 10:43 Milli Kitabxanada “Xalq artisti Vasif Adıgözəlov – 90” adlı kitab sərgisi açılıb
- 09:45 Qəbələ festivalında Üzeyir Hacıbəylinin 140 illiyinə həsr edilmiş konsert təqdim olunub
- 09:28 Qız qalası meydanında “Vyetnam günləri” çərçivəsində xüsusi mədəni-əyləncəli proqram təşkil olunub
- 09:23 Qəbələ festivalında “Tbilisi Big Band” musiqi qrupu enerji dolu çıxışı ilə musiqisevərləri sevindirib
- 10:40 “Buta” rəqs qrupu konsert təqdim edib
- 15:50 “İçərişəhər” Muzey Mərkəzinin Elmi Şurasının ilk iclası keçirilib
- 12:12 Azərbaycanlı rejissorun filmi Venesiya film festivalında nümayiş olunacaq
- 12:11 Cakarta Beynəlxalq Film Festivalı filmlərin qəbulunu elan edir
- 10:43 Milli Kitabxanada “Şair, publisist Məstan Günər – 90” adlı kitab sərgisi açılıb
- 09:23 XIV Qəbələ Beynəlxalq Musiqi Festivalının təntənəli açılış mərasimi olub
- 09:17 "Bir səfərin izi ilə - Fransa" sənədli filminin təqdimatı olub
- 16:37 Qız qalasında “Vyetnam günləri” - Şərqin incə zərifliyi İçərişəhərdə
- 16:23 Gənc kinematoqrafçılar beynəlxalq festivalda iştirak ediblər
- 16:16 “Heydər Əliyev və azərbaycançılıq məfkurəsi” mövzusunda dəyirmi masa keçirilib
- 15:55 “Gənclik – dövlətin gələcəyidir!” adlı dəyirmi masa təşkil olunub
- 11:31 Kino səfərləri “Kinosəyyah” proqramı ilə dəstəklənəcək
- 10:45 Bu gün XIV Qəbələ Beynəlxalq Musiqi Festivalı başlayır
- 09:33 Vaqif Poeziya Günləri Şuşada "Sözün hökmdarı" ədəbi-bədii kompozisiya ilə başa çatıb
- 09:28 “Səriştələrin ölçülməsi: Peşəkar müəllim inkişafı” mövzusunda təqdimat tədbiri keçirilib
- 17:09 Poeziya bayramında "Üzeyir bəy deyərdi ki..." adlı tamaşa nümayiş olunub
- 16:01 Şuşada Xalq yazıçısı Anarın kitabının təqdimatı olub, poeziya saatı keçirilib
- 15:19 UNESCO-nun “İpək yolu gənclərin gözü ilə” 7-ci fotomüsabiqəsinə müraciətin vaxtı uzadılıb
- 14:37 Qaradağ rayon Heydər Əliyev Mərkəzinə ekskursiyalar davam edir
- 14:18 “Qərbi Azərbaycan aşıqların dastan repertuarı” adlı kitab hazırlanır
- 12:33 Bu gün Xalq rəssamı Maral Rəhmanzadənin anadan olmasının 109-cu ili tamam olur
- 09:48 Şuşada Vaqif Poeziya Günləri çərçivəsində konsert keçirilib
- 09:44 Vaqif Sultanlının “Səhra savaşı” romanı Serbiyada nəşr olunub
- 09:31 Vaqif Poeziya Günləri Şuşa şəhərində davam edir
- 09:25 “MətbuArt” beynəlxalq incəsənət simpoziumu yekunlaşıb
- 17:01 Kitabxanada Milli Mətbuatın 150 illik yubileyinə həsr olunmuş sərgi açılıb
- 16:01 İstanbulda Türk Dünyası Kino Rəhbərlərinin II Görüşü keçirilib
- 14:37 Ölkəmiz Almaniyada X Forecast Forumunda təmsil olunub
- 14:35 Gənclər Kitabxanasında Milli Mətbuat Günü münasibətilə virtual və ənənəvi kitab sərgisi hazırlanıb