
Əfrasiyab Bədəlbəy oğlu Bədəlbəyli 19 aprel 1907-ci ildə Bakı şəhərində, xalq maarifçisi Bədəlbəy Bədəlbəyovun və məşhur Şah Qacar nəslinin təmsilçisi Rəhimə xanımın ailəsində anadan olub.
1912-ci ildə Əfrasiyab Bədəlbəyli 6-cı rus-müsəlman məktəbinə daxil olub və 1916-cı ildə, tədris olunan bütün fənlərdən “əla” qiymətlərlə məktəbi bitirib. 1917-1924-cü illər ərzində o, Bakıdakı 1-ci realnı məktəbində təhsil alıb. 1923-cü ildən 1926-cı ilə kimi Ə.Bədəlbəyli təzəcə təşkil olunmuş Azərbaycan teatr məktəbinin dinləyicisi olub və məktəbdə təşkil olunan səhnə tamaşalarında böyük həvəslə iştirak edib.
Mükəmməl bilik əldə etmək arzusu ilə, Əfrasiyab Bədəlbəyli 1924-cü ildə Azərbaycan Dövlət Türk (Azərbaycan) Musiqi Texnikumuna və eyni zamanda, Azərbaycan Dövlət Universiteti şərq fakültəsinin lisaniyyət (dilçilik) şöbəsinə daxil olub.
XX əsrin 20-ci illərində Azərbaycan opera və operettalarının səhnədən götürülməsi nəzərdə tutulub. 17 yaşlı Əfrasiyab Bədəlbəyli “Kommunist”qəzetində dərc etdirdiyi məqaləsində “Operalarımızın islahatı işində tələsməyə heç bir ehtiyac yoxdur” – deyə, buna qəti etirazını bildirib.
Musiqi texnikumunda Əfrasiyab Bədəlbəyli müəllim S.L.Bretanitskinin sinfində violin ixtisası üzrə təhsil alıb. İstedadlı gənc tez bir zamanda səlis ifa bacarığına nail olub və 1925-ci il may ayının 22-də texnikum tələbələrinin qüvvəsi ilə Üzeyir bəyin səhnəyə qoyulmuş “Arşın mal alan” operettasını müşayiət edən orkestrdə ikinci skripkaların konsertmeysteri kimi çıxış edib.
Violino ilə yanaşı tarda da mükəmməl ifa üslubuna nail olmuş Əfrasiyab Bədəlbəyli, 1926-cı ildə xalq çalğı alətləri orkestrinin Moskva və Minsk şəhərlərindəki qastrol səfərləri zamanı ikinci səs tarçılar qrupunun konsertmeysteri kimi orkestrin heyətində iştirak edib.
1928-ci il yanvar ayının 1-dən Əfrasiyab Bədəlbəyli “Kommunist” qəzetində tərcüməçi vəzifəsində çalışmağa başlayıb.
1928-ci il fevralın 16-da, musiqisi Ə.Bədəlbəyliyə məxsus C.Cabbarlının “Od gəlini”əsərinin premyerası olub. “Od gəlini” musiqisinin müvəffəqiyyətinə sevinən C.Cabbarlı bundan sonra yazdığı “Sevil” pyesinə də musiqi bəstələməyi Əfrasiyab Bədəlbəyliyə tapşırıb.
1929-cu ildə xalqımızın ulu musiqi aləti olan tarı köhnəlik əlaməti sayaraq muzeyə göndərmək, konservatoriyanın tədris proqramından çıxarmaq kimi cəfəng fıkirlərə etiraz edən Əfrasiyab Bədəlbəyli “Tar üzərinə mühakimə münasibətilə” başlığı altında məqalə ilə çıxış edib.
1930-cu il may ayının 15-də Əfrasiyab Bədəlbəyli türk operalarına dirijorluq etmək üçün M.F.Axundov adına Dövlət Opera Teatrına işə qəbul olunub.
1931-ci ildə bəstəkar C.Cabbarlının “Almaz”, daha sonra isə“1905-ci ildə” və “Yaşar” pyeslərinə, 1933-cü ildə A.Afinogenovun “Qorxu”, 1934-cü ildə M.F.Axundovun “Hacı Qara”, 1935-ci ildəisə “Müsyo Jordan” əsərlərinə musiqi bəstələyib.
Əfrasiyab Bədəlbəyli peşəkar musiqi təhsili almaq məqsədi ilə 1932-ci ildə Moskva konservatoriyasının dirijorluq fakültəsində oxumağa yola düşüb. Professor K.Saracevin sinfində təhsil alan gənc bu sənətin incəliklərinə mükəmməl yiyələnib. Ali məktəbdə oxuduğu zaman o, 8 variasiya, violonçel və fortepiano üçün sonatina, fortepiano üçün etüd, simfonik orkestr üçün üçhissəli süita, 2 violino, alt və violonçel üçün kvartet bəstələyib.
Lakin bir ildən sonra sənətkar Moskvadakı təhsilini dayandıraraq Bakıya qayıdıb və R.Qlierin “Şahsənəm” operasının yeni quruluşda, C.Cabbarlının librettosu əsasında tamaşaya hazırlanmasında iştirak edib.
1934-cü ilin payızında Ə.Bədəlbəyli Leninqrad (indiki Sankt-Peterburq) şəhərinə yola düşüb. Burada o, N.Rimski-Korsakov adına Leninqrad Dövlət Konservatoriyası nəzdindəki musiqi texnikumunun bəstəkarlıq şöbəsinə (B.Zeydmanın sinfinə) daxil olub və eyni zamanda Leninqrad Opera və Balet Teatrının baş dirijoru V.Dranişnikovun rəhbərliyi altında dirijor assistenti kimi işləməyə başlayıb.
Azərbaycan, rus və Qərbi Avropa bəstəkarlarının opera və baletlərinə dirijorluq edib. 1938-ci ildən ömrünün sоnunadək Azərbaycan Dövlət Opera və Balet Teatrında dirijоr işləyib.
1940-cı ildə“Əməkdar incəsənət xadimi”, 1960-cı ildə “Xalq artisti” fəxri adına layiq görülüb.
Əfrasiyab Bədəlbəyli 1976-cı il yanvarın 6-da dünyasını dəyişib.
- 09:29 2 Avqust -Azərbaycan Kinosu Günüdür
- 11:23 Bakıda Mərakeşin milli bayramı qeyd olunub
- 10:14 Bu gün Xalq artisti Vaqif Əliyevin doğum günüdür
- 17:21 39-cu Caraş Beynəlxalq Mədəniyyət və İncəsənət Festivalında Azərbaycan da təmsil olunur
- 15:32 Azərbaycan Kinematoqrafçılar İttifaqı ənənəvi mükafatın builki qaliblərini elan edib
- 14:42 Bakı bulvarında növbəti “Kino axşamı” yaxınlaşır
- 11:07 Quba Soyqırımı Memorial Kompleksinə ekskursiya təşkil olunub
- 10:59 Milli Kitabxanada Ümumdünya İnsan Alverinə qarşı Mübarizə Günü ilə əlaqədar virtual kitab sərgisi hazırlanıb
- 10:34 “Tariximizin Qərbi Azərbaycan izləri” adlı konsert və sərgi keçirilib
- 10:24 XIV Qəbələ Beynəlxalq Musiqi Festivalı başa çatıb
- 10:20 Qeyri-hökumət təşkilatları üçün infosessiya keçiriləcək
- 09:59 Litvanın “Ciurlionis” kvartetinin konserti Qəbələ festivalının izləyicilərinə növbəti hədiyyə olub
- 09:39 Qaradağ rayon Heydər Əliyev Mərkəzinə ekskursiyalar davam edir
- 09:32 “Açıq məktub” filminin 2026-cı ildə böyük ekranlara çıxarılması planlaşdırılır
- 09:29 “Rakurs” rüblük bülleteninin növbəti nömrəsi çapdan çıxıb
- 16:22 Azərbaycan Estoniyada keçirilən Beynəlxalq Folklor Festivalında təmsil olunub
- 15:58 Mədəniyyət naziri Adil Kərimli Şəmkirdə vətəndaşları qəbul edəcək
- 11:31 Gənclər Kitabxanasında “Zəngəzur dəhlizi: müasirlik tarixi kontekstdə” mövzusunda dəyirmi masa təşkil edilib
- 11:05 “Arzumun ən uca zirvəsində” adlı tədbir keçirilib
- 09:14 XIV Qəbələ Beynəlxalq Musiqi Festivalında kamera musiqisi axşamı
- 17:20 Mədəniyyət Nazirliyinin “Beyin fırtınası” layihəsi başlanır
- 15:36 “Azərbaycan – Özbəkistan ədəbi-mədəni əlaqələri” mövzusunda dəyirmi masa keçirilib
- 14:30 Gənclər Kitabxanasının layihəsi - “Oxu, öyrən, qazan”
- 14:13 ICESCO-nun Bakı ofisində ilk regional seminar keçirilir
- 11:47 “Qərbi Azərbaycan folkloru”nun növbəti cildində nələr var?
- 11:09 Ankarada “Şuşa” kitabının təqdimatı olacaq
- 10:48 Bu gün Xalq artisti Vasif Adıgözəlovun anadan olmasının 90-cı ili tamam olur
- 10:43 Milli Kitabxanada “Xalq artisti Vasif Adıgözəlov – 90” adlı kitab sərgisi açılıb
- 09:45 Qəbələ festivalında Üzeyir Hacıbəylinin 140 illiyinə həsr edilmiş konsert təqdim olunub
- 09:28 Qız qalası meydanında “Vyetnam günləri” çərçivəsində xüsusi mədəni-əyləncəli proqram təşkil olunub
- 09:23 Qəbələ festivalında “Tbilisi Big Band” musiqi qrupu enerji dolu çıxışı ilə musiqisevərləri sevindirib
- 10:40 “Buta” rəqs qrupu konsert təqdim edib
- 15:50 “İçərişəhər” Muzey Mərkəzinin Elmi Şurasının ilk iclası keçirilib
- 12:12 Azərbaycanlı rejissorun filmi Venesiya film festivalında nümayiş olunacaq
- 12:11 Cakarta Beynəlxalq Film Festivalı filmlərin qəbulunu elan edir
- 10:43 Milli Kitabxanada “Şair, publisist Məstan Günər – 90” adlı kitab sərgisi açılıb
- 09:23 XIV Qəbələ Beynəlxalq Musiqi Festivalının təntənəli açılış mərasimi olub
- 09:17 "Bir səfərin izi ilə - Fransa" sənədli filminin təqdimatı olub
- 16:37 Qız qalasında “Vyetnam günləri” - Şərqin incə zərifliyi İçərişəhərdə
- 16:23 Gənc kinematoqrafçılar beynəlxalq festivalda iştirak ediblər
- 16:16 “Heydər Əliyev və azərbaycançılıq məfkurəsi” mövzusunda dəyirmi masa keçirilib
- 15:55 “Gənclik – dövlətin gələcəyidir!” adlı dəyirmi masa təşkil olunub
- 11:31 Kino səfərləri “Kinosəyyah” proqramı ilə dəstəklənəcək
- 10:45 Bu gün XIV Qəbələ Beynəlxalq Musiqi Festivalı başlayır
- 09:33 Vaqif Poeziya Günləri Şuşada "Sözün hökmdarı" ədəbi-bədii kompozisiya ilə başa çatıb
- 09:28 “Səriştələrin ölçülməsi: Peşəkar müəllim inkişafı” mövzusunda təqdimat tədbiri keçirilib
- 17:09 Poeziya bayramında "Üzeyir bəy deyərdi ki..." adlı tamaşa nümayiş olunub
- 16:01 Şuşada Xalq yazıçısı Anarın kitabının təqdimatı olub, poeziya saatı keçirilib
- 15:19 UNESCO-nun “İpək yolu gənclərin gözü ilə” 7-ci fotomüsabiqəsinə müraciətin vaxtı uzadılıb
- 14:37 Qaradağ rayon Heydər Əliyev Mərkəzinə ekskursiyalar davam edir
- 14:18 “Qərbi Azərbaycan aşıqların dastan repertuarı” adlı kitab hazırlanır
- 12:33 Bu gün Xalq rəssamı Maral Rəhmanzadənin anadan olmasının 109-cu ili tamam olur
- 09:48 Şuşada Vaqif Poeziya Günləri çərçivəsində konsert keçirilib
- 09:44 Vaqif Sultanlının “Səhra savaşı” romanı Serbiyada nəşr olunub
- 09:31 Vaqif Poeziya Günləri Şuşa şəhərində davam edir
- 09:25 “MətbuArt” beynəlxalq incəsənət simpoziumu yekunlaşıb
- 17:01 Kitabxanada Milli Mətbuatın 150 illik yubileyinə həsr olunmuş sərgi açılıb
- 16:01 İstanbulda Türk Dünyası Kino Rəhbərlərinin II Görüşü keçirilib
- 14:37 Ölkəmiz Almaniyada X Forecast Forumunda təmsil olunub
- 14:35 Gənclər Kitabxanasında Milli Mətbuat Günü münasibətilə virtual və ənənəvi kitab sərgisi hazırlanıb