XƏBƏRLƏR
MƏLUMAT
“Hər Bahar gələndə” adlı bədii qiraət festivalı keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
14/03/2023 01:53

Martın 13-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsi  Şüvəlan qəsəbə Mədəniyyət  evinin və  Xəzər rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə   Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Hər Bahar gələndə”  adlı bədii qiraət  festivalı keçirilib.

Bədii qiraət  festivalının  keçirilməsində  əsas məqsəd  Azərbaycan ədəbiyyatının təbliği, istedadlı uşaqların aşkarlanması və mütaliə vərdişlərinin inkişaf etdirilməsidir.

Festivalda Xəzər rayon ərazisində yerləşən orta məktəblərin şagirdləri və  Mədəniyyət  evinin poeziya dərnəyinin üzvləri iştirak ediblər.

Münsiflər heyətinin qərarına əsasən qalib gələn məktəblilər sonda Xəzər rayon Gənclər və İdman İdarəsi tərəfindən diplomlarla təltif edilib.

Baxış sayı: 296