
Şəhriyar adına Mədəniyyət Mərkəzində “JıdırJazz” layihəsinin təşkilatçılığı ilə Azərbaycan caz səhnəsinin əsas simalarından biri olan Rafiq Babayevin anadan olmasının 88-ci ildönümü münasibətilə konsert keçirilib.
AZƏRTAC xəbər verir ki, Mərkəzin foyesində görkəmli bəstəkar və musiqiçiyə həsr olunmuş fotoşəkillərdən ibarət sərgi təşkil edilib. Buradakı eksponatlar vasitəsilə caz həvəskarları və pərəstişkarları Rafiq Babayevin həyat və yaradıcılığı haqqında ətraflı məlumat əldə edə biliblər.
Musiqili axşamın özü təkcə Rafiq Babayevin yaradıcılığını və irsini ən dərindən təqdim edən xüsusi hadisəyə çevrilmədi. Aparıcı, Əməkdar mədəniyyət işçisi Rahib Azəri səhnədən ətraf aləmin əksini öz yaradıcılıq axtarışlarında tapmış musiqiçinin həyatının müxtəlif dövrlərindən xüsusi hərarətlə danışdı. Böyük istedada malik olan bəstəkar çoxlu sayda caz parçaları, xalq və estrada mahnılarının çoxsaylı aranjemanları, iyirmidən çox kinofilm üçün musiqilər bəstələyib.
İlhamə Qasımova və Hidayət Sadıxbəylinin ifasında təqdim olunan musiqi əsərlərinin premyeraları ilə Rafiq Babayevin kamilliyə can atmaqdan yorulmayan, başqa musiqiçilərin bəstələri üzərində səhərdən axşamadək işləməyi bacaran, onların gündəlik həyatımızın ritmində yox olmasının qarşısını alan və qoruyub saxlayan, gələcək nəsillərə çatdıran əsl yaradıcı insan kimi böyük xidmətləri bir daha vurğulanıb. Tofiq Cəfərov və Ələsgər Abbasov da Rafiq Babayevə həsr olunmuş xüsusi yazılmış caz kompozisiyalarını ifa ediblər.
Musiqili gecə aktiv dünya konsert fəaliyyəti səbəbindən bir tədbirdə toplaşması çətin olan iştirakçıların tərkibi ilə zaldakı tamaşaçıları heyran edib. Səhnədə Firudin Həmidov ilə “H3 Collective” qrupu, “QAYA” ansamblı, Ənvər Sadıxovun “Qaytağı” qrupu, Ələsgər Abbasov, Teyyub Aslanov və Nicat Aslanovun triosu, Emil Əfrasiyab, “Cəngi” qrupu ilə Mircavad Cəfərov, “Savab” qrupu ilə Cəmil Əmirov, Salman Qəmbərovun “Bakustic Jazz” ansamblı, Əfqan Rəsulun triosu, Tofiq Cabbarov və “Bakuba” qrupu, Vasif Ayyanın triosu və digər musiqiçilər çıxış ediblər.
Bəstəkarın qızı Fərizə Babayeva qeyd edib: “Deyə bilərəm ki, bu, Rafiq Babayevə həsr olunmuş ən parlaq konsertdir. Hər şeydən əvvəl ona görə ki, onun “məkanına” çoxlu amillər daxil olub. Birincisi, konsert günü şəhərdə olan bütün musiqiçilər konsertdə iştirak etmək arzusunu bildirdilər. Səhnəyə çıxan on beş heyət öz sözünü deyir. İkincisi, bu konsertin artıq kiçik layihələrə imza atmış caz musiqiçilərini və müxtəlif peşə sahiblərini birləşdirən gənclər birliyi olan “JıdırJazz” layihəsinin təqdimatına çevrilməsi və onların təşkilatçı qismində çıxış etməsi çox vacibdir. Bu, “JıdırJazz”ın debütü idi və uğurlu alındı. Konsertdən əvvəl foyedə nümayiş etdirilən fotosərgi də musiqili gecə üçün uyğun ahəng və ab-hava yaratdı. Orada, foyedə rəssam Şərqiyyə Rəhmanlının gözəl əsəri sərgilənirdi - o, bu rəsmdə Rafiq Babayevin musiqisinin enerjisini çatdırıb. Xüsusilə qeyd etmək istərdim ki, konsert zamanı biz Rafiq Babayevin ifasında caz standartlarının ilk notlarını təqdim etdik. Kompozisiyalardan biri gecədə iştirak edən Fərəc Qarayev üçün sürpriz olub. Məlum faktdır ki, atamın vəfatından sonra praktiki olaraq heç bir musiqi notu qalmayıb. Onun bütün musiqiləri bu gün yalnız audio versiyada mövcuddur. Bu axşam isə Afşin Əlizadə və Pərviz Quliyevin audioyazılarından köçürülərək çap olunmuş “Bir cənub şəhərində” (F.Qarayev) və “Təxminə” (E.Sabitoğlu) filmlərinin caz təfsirlərindən ibarət dəftərlər təqdim olunub. Nəhayət, mənim üçün bu konsertin dəyərli cəhəti bir neçə nəslin iştirakı oldu. Musiqiçilər iki nəsildə ifa ediblər: Ənvər Sadıxov və onun oğlu, Ələsgər Abbasov və qızı, Teyyub Aslanov və oğlu, həm də nəzərə alsanız ki, bu layihənin təşkilində qardaşım oğlu Natiq Kələntərov və oğlum Mikayıl Hüseynzadə də iştirak edib, bu, artıq Rafiq Babayevdən sonrakı üçüncü nəsildir!”
Özünün unikal üslubu və milli caz musiqisinə böyük töhfəsi ilə seçilən Rafiq Babayev bu konsertdə müasir Azərbaycan musiqisi mədəniyyətinin əsas simalarından biri kimi təqdim olundu. Dahi bəstəkar Qara Qarayevin təbiri ilə desək, “...Rafiq Babayev demək olar ki, hər şeyə qadirdir!”





- 12:21 Baş İdarə Lənkəran Dövlət Dram Teatrında tamaşalar təqdim edəcək
- 11:32 İtalyan pianoçu ilə ustad dərsi
- 11:06 Moldovada Azərbaycan xalçalarına həsr olunmuş sərgi açılıb
- 10:33 “Kontrabas” festivaldan mükafatlarla qayıdıb
- 10:23 “Muzeylər tariximizdir” adlı tədbir keçirilib
- 09:55 "Muzeylərimiz mədəni sərvətimizdir" adlı tədbir keçirilib
- 09:33 “Azərbaycan tarının sehrli gecəsi” Romada
- 09:25 Parisdə caz festivalında azərbaycanlı pianoçunun ifası alqışlarla qarşılanıb
- 09:20 Filarmoniyada “Milli opera incilərimiz” layihəsi çərçivəsində konsert olub
- 17:06 “Musiqidə yaşayan ömür” adlı hesabat konserti təqdim edilib
- 17:41 Musiqi məktəbləri hesabat konserti təqdim ediblər
- 16:38 "Heydər Əliyev və muzey irsi" mövzusunda maarifləndirici tədbir keçirilib
- 14:37 Tanınmış bəstəkar Azər Rzayevin anadan olmasının 95 illiyi qeyd edilib
- 14:34 Bu gün Xalq artisti Arif Quliyevin anadan olmasının 75 ili tamam olur
- 11:50 Nigar Süleymanın “Zümrüd quşu” filminə bəstələdiyi saundtrek beynəlxalq mükafata layiq görülüb
- 11:25 “Suveren Azərbaycan-Heydər Əliyev ideyalarının zəfəridir” mövzusunda sərgi keçirilib
- 11:09 "Tarix yazan şəxsiyyət" adlı hesabat konserti keçirilib
- 10:51 Gənclər Kitabxanasında Əbdülrrəhim bəy Haqverdiyevin xatirəsi anılıb
- 10:04 Attestasiya proqramı çərçivəsində təhsilverənlərlə maarifləndirici görüş keçirilib
- 10:00 L. və M. Rostropoviçlər adına 21 nömrəli Onbirillik Musiqi Məktəbi hesabat konserti təqdim edib
- 09:39 İlk dəfə olaraq fortepiano ixtisası üzrə milli dərslik hazırlanır
- 09:29 Görkəmli tarzən Hacı Məmmədovun anadan olmasının 105 illiyi qeyd edilib
- 09:20 Mərakeşdə Azərbaycanı tanıtım tədbiri keçirilib
- 09:16 18 may – Beynəlxalq Muzeylər Günü ilə əlaqədar həftə ərzində Azərbaycan Milli İncəsənət Muzeyində silsilə tədbirlər keçirilir
- 17:12 Filarmoniyada Barokko musiqi axşamı təşkil olunub
- 17:10 Bakı şəhəri üzrə musiqi və incəsənət məktəblərinə alternativ qeydiyyat mərkəzləri haqqında məlumat
- 17:06 Akademik Opera və Balet Teatrı “O olmasın, bu olsun” tamaşasını təqdim edib
- 16:55 "Hüquqi dövlət quruculuğunda Ulu Öndər Heydər Əliyevin rolu" mövzusunda mühazirə oxunub
- 16:44 “Ailə cəmiyyətin təməlidir" adlı tədbir keçirilib
- 14:10 Xalq artisti Arif Babayevə Heydər Əliyev Mükafatı təqdim olunub
- 12:14 “Heydər Əliyev və muzeylərimiz” adlı layihə davam edir
- 11:35 Üzeyir Hacıbəylinin anadan olmasının 140 illiyi çərçivəsində kitabxanada silsilə materiallar hazırlanır
- 10:26 SSRİ Xalq artisti Rauf Hacıyevin anadan olmasının 103 ili tamam olur
- 10:13 “Muzeylər milli, mənəvi sərvətimizdir” adlı dəyirmi masa keçirilib
- 10:03 "Peşə təhsilinin şəhid məzunları" adlı tarixi-bioqrafik kitabın təqdimatı keçirilib
- 09:52 "Hadrut, sən azadsan" filmi nümayiş olunub
- 09:24 M.Maqomayev adına 26 nömrəli Onbirillik Musiqi Məktəbi konsert proqramı ilə çıxış edib
- 09:20 “Kəlağayı milli sərvətimizdir” adlı şeirlər kitabı işıq üzü görüb
- 09:14 Bakıda “Nesvij – dünya mədəni irsi” sərgisi açılacaq
- 16:43 Türkiyədəki “Azərbaycan Kinosu Günləri” çərçivəsində növbəti tədbir İstanbul Universitetində keçirilib
- 16:18 “Muğam aləmi” 7-ci Beynəlxalq Muğam Festivalı çərçivəsində muğam müsabiqəsi elan edilir
- 14:31 Musiqi və incəsənət məktəblərində çalışan müəllimlərin attestasiyası davam edir
- 10:55 Doqquzuncu “Muğam” Televiziya Müsabiqəsi başlayıb
- 09:33 İstanbulda Azərbaycan caz musiqisinə həsr edilən konsert təşkil olunub
- 09:26 Filarmoniyada beynəlxalq müsabiqələr laureatı Aydan Nuriyevanın solo konserti olub
- 09:25 “Avroviziya” beynəlxalq mahnı müsabiqəsinin ilk yarımfinalı başa çatıb
- 17:13 Rəssam Soltan Soltanlının əsəri nüfuzlu karikatura festivalının finalında
- 15:47 "Heydər Əliyevin Dövlət Təhlükəsizlik Orqanlarında peşəkar və milli kadrların yetişməsində xidmətləri" adlı mühazirə dinlənilib
- 14:16 “İRS” Azərbaycanı italyanca tanıtmağa davam edir
- 14:12 Kukla Teatrı ölkəmizi beynəlxalq festivalda təmsil edəcək
- 11:47 Bu gün təmsilçilərimiz "Avroviziya" səhnəsinə çıxacaqlar
- 11:28 Bu gün “Muğam” Televiziya Müsabiqəsi başlayır
- 10:58 "Əbədi zirvə" adlı tədbir keçirilib
- 10:16 Tanınmış İtalyan pianoçu ilə ustad dərsi
- 09:45 Bu gün dramaturq Hikmət Ziyanın doğum günüdür
- 17:23 Nizami rayon Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə konsert keçirilib
- 17:11 Şüvəlan qəsəbə Mədəniyyət evində tədbir keçirilib
- 17:10 Azərbaycan mədəni irsi Aşqabadda beynəlxalq festivalda təqdim olunub
- 16:51 Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102 illiyinə həsr olunmuş konsert keçirilib
- 14:32 Azərbaycan Qazaxıstanda beynəlxalq teatr festivalında təmsil olunacaq