XƏBƏRLƏR
MƏLUMAT
Dünya mədəniyyətində dərin iz qoyan məşhur italyan heykəltəraş, rəssam və memar Mikelancelo
ÜMÜMİ XƏBƏRLƏR
18/02/2021 07:22

Mikelancelo Buonarroti 6 Mart 1475-ci ildə Fransanın cənubunda yerləşən Caprese şəhərində doğulub. 1488-ci il tarixində Florensiyada rəssam Ghirlandaionun emalatxanasında işləməyə başlayıb. Freska (divar rəsmləri) hazırlamağı, məhz  burada öyrənib. Mikelancelonun məqsədi,daş kütlələrini dilə gətirə biləcək həqiqi bir heykəltəraş olmaq idi. Təsadüf nəticəsində tanış olduğu Lorenzo ilə birgə onların sarayında qalıb. Masaccionun rəsm əsərləri Mikelanceloda rəsm çəkməyə qarşı maraq yaradıb.Burada qaldığı illərdə “Pilləkənlər Madonnası” və “Kentaurosların müharibəsi ” adlı mərmər relyeflərini hazırlayıb.

1495-ci ildə Florensiyaya qayıtdıqdan sonra dini və mifologiya ilə bağlı mövzular üzərində işləməyə başlayıb. “Yatmış Eşq Tanrısı” adlı heykəli Kardinal Riari tərəfindən Romaya dəvət edilməsinə şərait yaradıb. Romada qaldığı 1496-1501-ci illərdə keçmiş Roma və Yunan heykəlləri ilə bağlı çalışmalar edib. “Sərxoş Bachus” və “Pieta” çalışmalarında donmuş bir üslub nəzərə çarpır.

Dəvət üzərinə 1501-ci ildə Florensiyaya gedən Mikelanceloya Santa Maria del Fiore kilsəsində yerləşən və 40 il öncə heykəltəraş Agostino di Duccio tərəfindən “Davud” heykəli kimi işlənəcək böyük bir mərmər hissəsi göstərilib.

Carrara ocaqlarından gətirilən mərmər ziyan edilmək qorxusu ilə heç bir heykəltəraş tərəfindən baxılmayıb. İşi tamamlamaq üçün 2 il vaxt verilməsinə baxmayaraq Mikelancelo bu əsər üzərində 4 il işləyib. Ortaya çıxan 7 metr hündürlüyündəki heykəl Leonardo da Vinçi, Bottiçelli, Filippo Lippi, Perugino və Piero di Cosimo tərəfindən çox bəyənilərək şəhərin ən əhəmiyyətli yeri olan Palazzo della Signorianın qarşısına yerləşdirilib.

1544-cü ildə tamamlamış olduğu görkəmli “Musa” heykəlinin cansız bir mərmər parçası olmasına baxmayaraq Mikelancelo, ruh qüvvətini maddə gücü şəklində o qədər mükəmməl işləyib ki, əsəri bitdikdən sonra, çəkic ilə heykəlin dizinə vurub və:

-“Danış” deyə qışqırıb.

Vatikanın Sistin Şapelinin tavanını əhatə edən Keçmiş Əhdi-Cədid də 9 fərqli səhnəni göstərən freska qrupundan biri olan “Adəmin yaradılışı” (The creation of Adam), Mikelancelo tərəfindən 4 il ərzində tamamlanan “The Last Judgement” (“Qiyamət günü”) adlı freska da öz möhtəşəmliyi, zərifliyi, obrazların canlı təsviri və ideyanın dinamik ifadəliliyi ilə fərqlənir.

Mikelancelonun qəhrəmanları görüntü və məna yükü baxımından çox vaxt birmənalı qarşılanmasa da, zaman və nəsillər görkəmli sənətkara layiqli qiymətini verib.

Baxış sayı: 622