XƏBƏRLƏR
MƏLUMAT
Bu gün Yazıçı İsi Məlikzadənin doğum günüdür
ÜMÜMİ XƏBƏRLƏR
01/05/2019 16:46

Bu gün müasir Azərbaycan ədəbiyyatının ən görkəmli nümayəndələrindən biri yazıçı, dramaturq, kinossenarist İsi Məlikzadənin doğum günüdür. 1934-cü ildə Ağcabədi rayonunda anadan olmuş ədib, M.Əzizbəyov Azərbaycan Sənaye İnstitutunun neft-kimya fakültəsini bitirib.

"Ulduz" jurnalı redaksiyasında publisistika şöbəsinin müdiri, məsul katib, Azərbaycan Dövlət Nəşriyyatında redaktor, Cəfər Cabbarlı adına "Azərbaycanfılm" kinostudiyasında ssenari redaksiya heyətinin üzvü, "Azərbaycan" jurnalı redaksiyasında nəsr şöbəsinin müdiri, "Mozalan" satirik kinojurnalında böyük redaktor, C.Cabbarlı adına "Azərbaycanfılm" kinostudiyasında baş redaktor vəzifələrində işləyib.

Ədəbi fəaliyyətə XX əsrin 60-cı illərindən başlamış İsi Məlikzadənin “Baxmadı getdi” adlı ilk hekayəsi 1960-cı ildə, “Həsrətin sonu” adlı ilk kitabı isə 1964-cü ildə çap olunub.

Ədəbiyyatımıza  yeni  qəhrəman tipi gətirmiş, “60-cılar” ədəbi nəslinin nümayəndəsi olan İsi Məlikzadə “Küçələrə su səpmişəm”, “Dədə palıd”, “Gümüşgöl əfsanəsi”, “Günəşli payız”, “Yaşıl gecə”, “Bir günün qonağı” povestlərinin, “Qırmızı yağış” romanının müəllifidir. Müstəqillik illərində yazıçının “Şehli çəmənlərin işığı” hekayələr kitabı və “Dolaşaların Novruz bayramı” povesti çap edilib.

Azərbaycan bədii nəsrinin  XX əsrdə yetirdiyi söz ustalarından olan, ədəbiyyatda heç kimə bənzəməyən, özünəməxsus fərdi deyim tərzi, yolu və üslubu olan, gözəl hekayələr müəllifi, müasir Azərbaycan povestinin yaradıcılarından biri, bədii nəsrdə ən doğruhəqiqətləri sənət dililə ifadə edən, XX əsr Azərbaycan ziyalısının, kəndlisininobrazlarını yaradan ustad nasir “Evinkişisi” (1978), “Evlənmək istəyirəm” (1983), “Kişi sözü”(1987), “Güzgü”(1990), “Pəncərə” (1991), “Ağ atlı oğlan” (1995), “Vətən mənə oğul desə”(1996) “Güllələnmə təxirə salınır!...” (2002), “Hərənin öz payı, öz tayı”(2006) və b. filmlərin ssenari müəllifi olub.

Görkəmli yazıçı İsi Məlikzadə 1995- ci il may ayının 12-də vəfat edib.

Baxış sayı: 71080