Bu gün görkəmli aktyor və rejissor, Xalq artisti, Dövlət mükafatı laureatı Sidqi Ruhullanın ad günüdür.
AZƏRTAC xəbər verir ki, anadan olmasının 138-ci ildönümü tamam olan Sidqi Ruhulla Azərbaycan teatrının inkişafına öz töhfəsini vermiş müqtədir sənətkarlardandır.
Sidqinin mənəvi inkişafında atası Molla Fətullahın da təsiri olub. Qışda Bakıda, yayda isə Buzovnada müəllimlik edən Molla Fətullah özü də elmə, şeir və sənətə çox həvəskar idi. Füzuli və Nəsimi kimi şairləri xüsusilə çox sevər və uzun qış gecələrində bu şairlərin əsərlərini oxuyub, oğluna izah edərdi. Sidqi uşaqlıq və gənclik illərini Buzovnada keçirib. 1903-cü ildə 17 yaşında ikən atası onu Bakıda varlı bir tacirin dükanına şagird verir. Qoca müəllimin məqsədi oğlunu ticarətə alışdırmaq idi. Lakin atanın xəbəri yox idi ki, onun öz oğluna təlim etdiyi kitablar, elm, şeir və sənət onun mənəviyyatını tamamilə başqa bir istiqamətə yönəldib. Onun fikri-zikri təhsilini davam etdirmək idi. Buna görə də onu "ipə-sapa yatmayan şagird" adlandırırdılar. Sidqi vaxtında dükana gəlməz, günlərinin çoxunu elm sahəsində özündən qüvvətli olan gənc ziyalı yoldaşları ilə birlikdə keçirərdi. Sidqinin gənclik yoldaşlarının çoxu maarifpərvər və inqilabçı gənclər idi.
1904-cü ildə Sidqinin atası ölür. Sidqi dostlarının və yoldaşlarının təşviqi ilə atasından qalan ev şeylərini satıb Moskvaya oxumağa gedir. Moskvada Sidqi qohumlarının köməyilə təhsilini davam etdirə biləcəyinə ümid edirdi. Lakin bu ümid boşa çıxır. Sidqi Moskvada qala bilməyib Bakıya qayıdır.
O, 1906-cı ildə birinci dəfə Azərbaycan səhnəsində böyük tragik Ərəblinskini Axundzadənin “Vəziri Xani Lənkəran” komediyasında Teymur Ağa rolunda görür. Bu andan Sidqinin gələcək taleyi həll olunur. Sidqi sanki çoxdan axtardığı bir fəaliyyət sahəsini tapır. Onda hələ uşaqlıqdan aktyor sənətinə böyük həvəs var idi. Ərəblinski ilə dostlaşan Sidqi Ruhulla səhnəyə olan həvəsini ona bildirir. O, Sidqinin səsində, qamətində, mimikasında, jestlərində böyük gələcəyi olan aktyoru əvvəlcədən görə bilir və Sidqini səhnəyə cəlb edir.
1906-cı ildə Sidqi birinci dəfə Vəzirovun "Adı var, özü yox" komediyasında Telli rolunda səhnəyə çıxır. O vaxt milli teatr səhnəsində Azərbaycan qızları olmadığından qadın rollarını kişilər ifa edirdilər.
Sidqi Bakının müxtəlif fəhlə rayonlarında çıxış edir, arabir şəhərdə də tamaşa verirdi. Sidqinin hələ ilk kiçik rolları onun fövqəladə bir istedada malik olduğunu aydın göstərirdi. Xüsusilə Ərəblinski Sidqinin istedadına çox böyük qiymət verirdi. Ərəblinski Haqverdiyevin "Dağılan tifaq" faciəsinin bir əlyazmasını Sidqiyə bağışlayıb üzərində yazmışdır: "Şagirdim Sidqi Ruhullaya".
1908-ci ildə Bakıda "Morskoe Sobranie" zalında Nəcəf bəy Vəzirovun "Müsibəti Fəxrəddin" faciəsi tamaşaya qoyulur. Burada Rüstəm bəy rolu Sidqiyə tapşırılır. Bu rolda Sidqi öz ifasının təbiiliyi, rolu dərindən hiss edib yaşaması ilə diqqəti cəlb edir. Bu tamaşadan sonra Sidqi hər şeyi buraxıb peşəkar aktyor olmağı qərara alır. Ərəblinski ilə birlikdə bir neçə ay İrəvan, Naxçıvan, Tiflis, Batumi və Vladiqafqazı gəzib tamaşalar verir. Bir neçə il sonra Sidqi Ruhulla yenə səyyar aktyor kimi İrana gedir. Sidqini bu qastrola göndərən və həvəsləndirən Ərəblinski idi.
50 illik səhnə fəaliyyəti dövründə Sidqi Ruhulla həmişə zəngin həyat təcrübəsi, müşahidə, bilik, məharət və bacarıq, gərgin əmək tələb edən 300-ə yaxın müxtəlif surətlər silsiləsi yaradıb. O, Azərbaycan yazıçılarından Cəfər Cabbarlı, Səməd Vurğun, Abdulla Şaiq, Mirzə İbrahimov, Məmməd Səid Ordubadi, Sabit Rəhman, Süleyman Rüstəm, Rəsul Rza, İlyas Əfəndiyevlə yanaşı rus klassiklərinin, qərb dramaturqlarının da əsərlərində müxtəlif rollar ifa edib.
Sidqinin səhnə fəaliyyəti ilə yanaşı, öz sənəti ilə əlaqədar olan ictimai fəaliyyətini də qeyd etmək lazımdır. Aktyor və aktrisaların yeni nəslinin tərbiyəsində, başqa görkəmli səhnə ustaları kimi, Sidqinin də müəyyən xidməti olub. Onun arxivində əksəriyyəti gənclər tərəfindən yazılmış yüzdən artıq məktub var ki, bu məktub və şeirlərin çoxunda Azərbaycan teatrının yeni qüvvələri onlara xüsusi qayğı göstərdiyi üçün öz təşəkkürlərini bildirirlər.
1931-ci ildə Sidqi Ruhulla Azərbaycan SSR-nin Əməkdar artisti, 1938-ci ildə Azərbaycan SSR Xalq artisti, 1949-cu ildə SSRİ Xalq artisti adını alıb.
Sidqi Ruhulla 1959-cu ildə 73 yaşında vəfat edib.
- 17:18 Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti ilə Vaqif Mustafazadə adına 2 nömrəli Uşaq İncəsənət Məktəbi ilə əməkdaşlıq görüşü keçirilib
- 16:35 Baş İdarənin Heydər Əliyev Mərkəzlərinə ekskursiyalar davam edir
- 15:07 Müəllimlərin bilik və bacarıqlarının ölçülməsi prosesi ilə bağlı mətbuat konfransı keçirilib
- 11:48 Bu gün Əməkdar artist Ayşad Məmmədovun doğum günüdür
- 10:00 Azərbaycan Vaşinqtonda keçirilən 11-ci Beynəlxalq Qış Sərgisində təmsil olunub
- 09:30 Milli Xalça Muzeyində “Sehrli xalça” adlı yeni kolleksiyanın təqdimatı olub
- 09:26 Milli teatr sənətimizin yorulmaz əsgəri
- 09:19 Bu gün rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramıdır
- 09:17 Beynəlxalq Muğam Mərkəzində Motsartın ölməz əsərləri səsləndirilib
- 09:15 “Tablolarda nağıllar” sərgi-müsabiqəsinin yekun tədbiri Rəssamlar İttifaqında olacaq
- 16:15 Bu gün Əməkdar incəsənət xadimi Sadıq Şərifzadənin anadan olmasının 112-ci ili tamam olur
- 15:29 Şuşa Teatrında “Əlibaba və qırx quldur” tamaşası nümayiş olunacaq
- 15:28 Azərbaycanın tanınmış şairinin kitabı ingilis dilində nəşr olunub
- 14:15 “Memarlıq keramikasının bərpası. Texnologiyalar. Nümunələr.” adlı mühazirə keçirilib
- 11:59 Romantik və realist aktyor məktəbinin estetik prinsiplərini yaşadan sənətkar
- 09:52 “Gənclər Paytaxtı” Şuşada təşkil olunan “G-HUB” sammitində islam ölkələrində oyun sənayesinin imkanları müzakirə olunub
- 09:38 Bu gün Beynəlxalq Könüllülər Günüdür!
- 09:23 “Bakı” Müəllif Mahnıları Klubu 50 illik yubileyini qeyd edəcək
- 09:19 Azərbaycan Yazıçılar Birliyində görkəmli yazıçı İsmayıl Qarayevin yaradıcılığına həsr olunmuş tədbir keçirilib
- 19:27 Beynəlxalq Əlillər Günü ilə əlaqədar Şağan Reabilitasiya Pansionatına ziyarət təşkil edilib
- 17:21 Azərbaycan-Yəmən mədəni əlaqələri müzakirə olunub
- 16:46 21-ci Ankara Kitab Sərgisi çərçivəsində Türk Mədəniyyəti və İrsi Fondunun nəşrləri təqdim olunub
- 15:50 Azərbaycan Mərakeşdə beynəlxalq tədbirdə təmsil olunub
- 15:23 “Füzulinin yaradıcılığı işığında” adlı tədbir keçirilib
- 14:49 Mədəniyyət naziri Adil Kərimli TİKA-nın başqanı ilə görüşüb
- 12:28 İslam Əməkdaşlıq Təşkilatının (İƏT) “Gənclər Paytaxtı” Şuşa şəhərində yaradıcılıq marafonunun qalibləri açıqlanıb
- 11:35 Yasamal rayon Heydər Əliyev Mərkəzinə ekskursiya təşkil olunub
- 11:30 “Ulduz” jurnalının xüsusi nömrəsi Məhəmməd Füzulinin 530 illiyinə həsr olunub
- 11:06 “Mədəniyyət incisi” layihəsi çərçivəsində estrada müğənnisi Xatun Əliyeva ilə görüş keçirilib
- 09:27 “Azərbaycan Atabəyləri” bədii-sənədli filminin qala-premyerası olub
- 09:25 Azərbaycanın daha bir mədəni elementi UNESCO Siyahısına daxil edildi
- 17:28 İbrahim Əbilov adına Mədəniyyət Mərkəzində “Biz birlikdə güclüyük” adlı tədbir keçirilib
- 16:54 Musiqili Teatrda “Əliqulu bu gün evlənir” komediyasının premyerası olacaq
- 15:43 KOHA Avtomatlaşdırılmış Kitabxana-İdarəetmə Sisteminin tətbiqi təkmilləşdirilir
- 15:35 Şəhid və qazi musiqiçilərə həsr olunmuş kitab - “Nəğmə də bir silahdır”
- 14:30 Bakıda “Resurslar və mədəniyyət. Arxeologiyadan yeni texnologiyaya” mövzusunda beynəlxalq konfrans keçirilib
- 11:25 3 dekabr-Beynəlxalq Əlillər Günüdür
- 11:10 “Məktəb psixoloqları ilə uşaqların məişət zorakılığından müdafiəsi” mövzusunda dəyirmi masa keçirilib
- 11:05 Milli Kitabxanada Beynəlxalq Əlillər Günü münasibətilə kitab sərgisi açılıb
- 11:04 Gənclər Kitabxanasında Beynəlxalq Əlillər Günü ilə əlaqədar silsilə materiallar hazırlanıb
- 10:59 İslam ölkələrinin gəncləri arasında “Şuşa Yaradıcılıq Marafonu” keçirilir
- 10:53 CulTech İnkubasiya proqramına qəbul davam edir!
- 09:36 Qahirə ənənəvi beynəlxalq kitab sərgisinə ev sahibliyinə hazırlaşır
- 17:34 Mədəniyyət naziri Adil Kərimli Kürdəmirdə vətəndaşları qəbul edəcək
- 16:39 Yazıçı-publisist Əlisəfa Azayev ilə görüş keçirilib
- 16:11 3 dekabr-Beynəlxalq Əlillər Günü ilə əlaqədar tədbir keçirilib
- 12:41 Orqan musiqisini sevənlər üçün iki konsert proqramı təqdim olunacaq
- 10:03 Yasamal rayon Heydər Əliyev Mərkəzinə ekskursiya təşkil edilib
- 09:33 Ankarada dahi Füzulinin yaradıcılığına həsr olunmuş tədbir keçirilib
- 09:30 IV Şəki Beynəlxalq Teatr Festivalının rəsmi açılış mərasimi olub
- 09:26 Mədəniyyət naziri Adil Kərimli Xırdalan şəhərində vətəndaşları qəbul edib
- 17:00 Uralskda Azərbaycan Mədəniyyət Günləri keçirilib
- 15:30 Görkəmli şair İlyas Tapdığın 90 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
- 15:22 Türkiyə Milli Kitabxanasındakı Azərbaycan fondu yeni nəşrlərlə zənginləşdirilib
- 14:21 Şair İlyas Tapdığın 90 illiyi münasibətilə elektron məlumat bazası hazırlanıb
- 12:38 Xalq rəssamı Rafiq Nəsirov vəfat edib
- 09:58 Berlində Azərbaycan caz musiqisi təqdim olunub
- 09:45 Ankarada “Şirvanşahların minilliyi” kitabının təqdimatı olub
- 09:33 Bu gün Xalq rəssamı Tahir Salahovun anadan olmasının 96 ili tamam olur
- 09:12 Azərbaycan Mərakeşdə beynəlxalq film festivalında iştirak edəcək