XƏBƏRLƏR
MƏLUMAT
“Heydər Əliyev və Azərbaycanda muzeylərin təşəkkülü” adlı tədbir keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
17/05/2024 15:01

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Yasamal rayon Heydər Əliyev Mərkəzində “Heydər Əliyev və Azərbaycanda muzeylərin təşəkkülü” adlı tədbir keçirilib.

18 may-Beynəlxalq Muzeylər Gününə həsr olunan tədbirdə Zəngilan rayon 21 nömrəli tam orta məktəbin kollektivi iştirak ediblər.

Tədbirdə “Ulu Öndər Heydər Əliyevin Azərbaycanda muzey işinin inkişafında rolu”  adlı mühazirə dinlənilib. Məktəb şagirdləri şagirdlər dahi şəxsiyyətə həsr olunan şeirlər və  Ulu Öndərin müdrik kəlamlarını səsləndiriblər. 

Sonra tədbir iştirakçıları Mərkəzin foyesində Azərbaycan Dövlət Pedaqoji Kollecinin tələbələrinin əl işlərindən ibarət sərgi ilə tanış olublar.

Sonda  Ümummilli lider Heydər Əliyevin siyasi fəaliyyətindən bəhs edən film nümayiş olunub.

Baxış sayı: 222