XƏBƏRLƏR
MƏLUMAT
Bu gün şəhid Niyaməddin Musayevin doğum günüdür
ÜMÜMİ XƏBƏRLƏR
10/03/2022 01:17

Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsinin şəhidi, Niyaməddin Zirəddin oğlu Musayev 1997-ci il martın 10-da Şəmkir rayonunun Mahmudlu kəndində anadan olub. 2003–2014-cü illərdə Y. Əsgərov adına Koltəhnəli kənd tam orta məktəbində təhsil alıb.

Niyaməddin Musayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə könüllü olaraq savaşıb. Niyaməddin Musayev oktyabrın 27-də Füzuli döyüşləri zamanı şəhid olub. Şəmkir rayonunun Mahmudlu kəndində dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən Niyaməddin Musayev ölümündən sonra "Vətən uğrunda", "Döyüşdə fərqlənməyə görə",

"Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.

Baxış sayı: 481