
Noyabrın 23-ü dahi bəstəkar Üzeyir Hacıbəylinin anım günüdür.
Bu gün Üzeyir bəyin ruhu şaddır. Ona görə ki, bəstəkarın boya-başa çatdığı, millətimizin qürur rəmzi olan Şuşa düşmən tapdağından azad edilib. Artıq Üzeyir Hacıbəylinin ruhunun dolaşdığı hər məkanda, vətən torpağının hər qarışında muğam sədaları eşidilməkdədir.
AZƏRTAC xəbər verir ki, bu gün dahi bəstəkar, Azərbaycan professional musiqi sənətinin banisi, musiqişünas-alim, ictimai xadim Üzeyir Hacıbəylinin vəfatından 76 il ötür.
Üzeyir Hacıbəyli bəstəkar, alim, yazıçı, publisist, ictimai və siyasi xadim kimi çoxşaxəli fəaliyyəti ilə yanaşı, Şərqdə ilk operanın banisidir. Məhz onun fədakar əməyi sayəsində Azərbaycan milli opera sənətinin tarixi 115 il bundan öncə tamaşaya qoyulan “Leyli və Məcnun” operası ilə başladı. Operanın ilk dirijoru Əbdürrəhim bəy Haqverdiyev, rejissoru Hüseyn Ərəblinski olub. Məcnun rolunda ölməz sənətkar Hüseynqulu Sarabski, Leyli rolunda isə aşpaz şagirdi Əbdürrəhim Fərəcov çıxış ediblər. İlk tamaşa 1908-ci il yanvarın 12-də (25-də) Bakıda Hacı Zeynalabdin Tağıyevin teatrında oynanılıb.
Qoca Şərqin opera tarixi məhz o gündən başlayıb. İlk operanın uğurlarından ruhlanan Üzeyir bəy bir-birinin ardınca “Şeyx Sənan”, “Rüstəm və Söhrab”, “Şah Abbas və Xurşidbanu”, “Əsli və Kərəm”, “Harun və Leyla” kimi milli operalar yazıb.
Üzeyir Hacıbəyli yaradıcılığının zirvəsi “Koroğlu” operasıdır. “Koroğlu” təkcə Azərbaycan mədəniyyətində deyil, dünya operalarının sırasında əzəmətlə dayanan parlaq nümunələrdən biridir. “Koroğlu” operası Moskva tamaşaçılarını da məftun etmişdi. Bu əsər keçmiş sovet respublikalarının opera və balet teatrlarında da dəfələrlə göstərilib.
Üzeyir Hacıbəylinin “Füruzə” adlı yarımçıq qalmış bir operası da olub. Xalq rəvayətləri əsasında hazırlanan bu operanın musiqi parçaları arasında “Füruzə”nin ariyası xüsusilə diqqətəlayiqdir. Bəlkə elə buna görədir ki, opera yarımçıq qalsa da, ariya uzun illər müğənnilər tərəfindən məharətlə ifa edilib.
Şərqdə ilk operetta janrının yaranması da Üzeyir Hacıbəylinin adı ilə bağlıdır. Dahi bəstəkarın ilk musiqili komediyası üç pərdədən ibarət “Ər və arvad”dır. Bu əsər Azərbaycanda musiqili komediyanın ilk nümunəsidir. Əsərin ilk tamaşası 1910-cu ildə olub. Rollarda H.Sarabski (Mərcan bəy), Ə.Ağdamski (Minnət xanım) və başqaları çıxış ediblər.
Müəllifin ikinci musiqili komediyası “O olmasın, bu olsun”dur. Əsərin ilk tamaşası 1911-ci ilin aprelində Bakıda olub. Sonralar musiqili komediya müxtəlif dillərə tərcümə olunaraq səhnələşdirilib.
Ölməz sənətkarın üçüncü və sonuncu musiqili komediyası “Arşın mal alan” olub. Bu operetta 70-ə yaxın xarici dilə tərcümə edilib, 100-dən çox teatrın səhnəsində oynanılıb. “Arşın mal alan” beş dəfə ekranlaşdırılıb, dəfələrlə qrammofon valına yazılıb. Bu musiqili komediya əsasında ilk bədii film 1916-cı ildə çəkilib. Bu, səssiz film olub.
Üzeyir Hacıbəylinin ədəbi irsi də çox zəngin və qiymətlidir. Bütün ömrü boyu Azərbaycan mədəniyyətinə, musiqisinə xidmət edən bu unudulmaz şəxsiyyət 300-dən çox xalq mahnısını nota salıb, marş, kantata, fantaziya, mahnı və romanslar, kamera və xor əsərləri yazıb. Maraqlıdır ki, həm Azərbaycan Xalq Cümhuriyyətinin, həm də sovet Azərbaycanının himnləri dahi sənətkara məxsus olub. Müstəqilliyimizi bərpa etdikdən sonra xalqımıza azadlıq şərafəti çatdıran ilk himni biz bu gün yenə də məhəbbətlə səsləndiririk.
Üzeyir Hacıbəyli təkcə musiqi bəstələmirdi, həm də xalq musiqisinin nəzəri əsaslarını gələcək nəslə çatdırmaq üçün müxtəlif vəsaitlər hazırlayırdı. 1945-ci ildə nəşr edilmiş “Azərbaycan xalq musiqisinin əsasları” adlı elmi əsəri Üzeyir Hacıbəylinin musiqişünas-alim olaraq mükəmməl fəaliyyətinin yadigarı kimi bu gün də musiqi dərsliyi kimi istifadə edilir.
Bu gün adını çox iftixarla qeyd etdiyimiz Üzeyir Hacıbəyli Azərbaycan musiqi mədəniyyəti tarixində yeni inkişaf yollarının və milli bəstəkarlıq məktəbinin özülünü qoymaqla yanaşı, Azərbaycan musiqisi tarixində ilk opera, ilk musiqili komediya və bir sıra digər janrlarda ilk nümunələrin yaradıcısı kimi xatırlanır. Onun işıqlı xatirəsi xalqının qəlbində əbədi olaraq daim yaşayacaq.
- 14:29 Baş İdarənin Heydər Əliyev Mərkəzlərini xarici qonaqlar ziyarət ediblər
- 12:50 Musiqi, incəsənət məktəb və mərkəzlərinə qəbul imtahanlarının nəticələri elan olunub
- 12:45 Ulu Öndər Heydər Əliyevin ilk dəfə hakimiyyətə gəlməsinin 56-cı ildönümünə həsr olunmuş "Dahi" adlı konsert proqramı təşkil edilib
- 12:08 Berlinale istedadlar proqramına müraciət açıq elan edilib
- 09:48 Bu gün teatr və kino aktrisası Sədayə Mustafayevanın doğum günüdür
- 09:34 Qazaxda “Vaqif Poeziya Günləri”nin rəsmi açılışı keçirildi!
- 09:22 Latviyanın məşhur ənənəvi bayramında ilk dəfə olaraq Azərbaycanın milli rəqsləri təqdim edilib
- 17:06 “Vaqifə məktub” esse müsabiqəsinin qalibləri məlum olub
- 16:20 Qaradağ rayon Heydər Əliyev Mərkəzinə ekskursiyalar davam edir
- 14:31 Attestasiyadan keçməyən müəllimlər üçün xüsusi müsabiqə təşkil ediləcək
- 14:27 Bakıda yerli animasiya layihələri üçün yeni imkan
- 11:52 Bakı Beynəlxalq Film Festivalına film qəbulu davam edir
- 11:51 Gənclər Kitabxanasında Tovuz döyüşlərinə həsr edilən silsilə materiallar hazırlanıb
- 10:55 “Müstəqil və qüdrətli Azərbaycanın təməl günü” adlı dəyirmi masa keçirilib
- 10:43 “Şanlı tarixin başlanğıcı” adlı tədbir keçirilib
- 10:23 “Azərbaycanın inkişaf yolunun başlanğıcı” adlı tədbir keçirilib
- 09:48 Karlovı Varıda 59-cu Beynəlxalq Kino Festivalı başa çatıb
- 09:28 Tbilisidə gənc azərbaycanlı rəssamların sərgisi açılıb
- 12:54 “Əfsanə qayıdır” filmi nümayiş olunub
- 16:00 Yaradıcı sahələr üzrə təhsil və sənaye əməkdaşlığı müzakirə olunub
- 15:36 Mədəniyyət naziri Adil Kərimlinin növbəti vətəndaş qəbulu Lerik rayonunda olub
- 15:10 Azərbaycanın daha iki abidəsi UNESCO-nun Dünya İrsinin İlkin Siyahısına daxil edildi
- 14:39 “Mədəni sferada jurnalistika” mövzusunda müsabiqənin qaliblərinin təltifolunma mərasimi keçirilib
- 12:07 Qala Əntiq Əşyalar Muzeyi bərpadan sonra ziyarətçilərin ixtiyarına verilib
- 09:45 Bakıda Opera Günlərinin bağlanış mərasimi keçirilib
- 09:33 Bu gün görkəmli şair Abbas Səhhətin vəfatından 107 il ötür
- 09:30 Azərbaycan ilə Özbəkistan arasında birgə mədəni tərəfdaşlıq
- 09:26 Türk Mədəniyyəti və İrsi Fondunda “Azərbaycan-Gürcüstan münasibətləri (1918–1922-ci illər)” kitabının təqdimatı keçirilib
- 15:55 Milli Kitabxanada “Xalq yazıçısı Sabir Əhmədli - 95” adlı sərgi açılıb
- 12:22 Gənclər Kitabxanasında Xalq yazıçısı Sabir Əhmədlinin xatirəsi yad edilib
- 09:39 Şuşa Dövlət Musiqili Dram Teatrında “Ümid işığı” tamaşasının premyerası keçirilib
- 09:35 Bu gün yazıçı Sabir Əhmədlinin doğum günüdür
- 09:29 Baku TV-nin “Söz” filminin təqdimatı keçirilib
- 09:28 “Nəvə” sənədli filminin çəkilişləri başlayır
- 09:19 Qəbələ Beynəlxalq Musiqi Festivalı başlayır
- 17:15 UNESCO gəncləri “İpək yolu gənclərin gözü ilə” 7-ci fotomüsabiqədə iştirak etməyə dəvət edir
- 14:54 “Yol əhvalatı” filmi nümayiş olunub
- 14:26 Azərbaycan-İsrail kinematoqrafçılarının birgə filmi təqdim olunub
- 14:09 “Vətən” musiqi qrupu iki nominasiya üzrə beynəlxalq festivalın qalibi olub
- 11:39 Milli Kitabxanada Seyid Əzim Şirvaniyə həsr olunmuş sərgi açılıb
- 11:15 "Azad" rəqs ansamblı "Dostluq körpüsü" adlı hesabat konserti təqdim edib
- 10:13 Bu gün şair Seyid Əzim Şirvaninin doğum günüdür
- 09:40 Bu gün Xalq şairi Nigar Rəfibəylinin anım günüdür
- 16:58 Azərbaycanda kino istehsalına yeni dövlət dəstəyi mexanizmi
- 16:44 "Kitabı sevək və sevdirək" adlı mütaliə saatı keçirilib
- 16:15 Azərbaycan və Kolumbiya milli kitabxanaları arasında qarşılıqlı əlaqələrin genişləndirilməsi müzakirə edilib
- 16:10 ARKA-da Bədii şura üzvlərinin iştirakı ilə görüş keçirilib
- 14:43 Aktyorluğu öyrən layihəsi üzrə yeni diplom tamaşaları təqdim olunub
- 14:39 UNESCO: Ümumdünya İrs Komitəsinin 47-ci sessiyasında Azərbaycanın bəyanatı təqdim olunub
- 11:33 Bu gün Xalq artisti, teatr aktyoru Zülfüqar Baratzadənin anadan olmasının 94-cü ili tamam olur
- 10:34 Vaqif Poeziya Günləri poeziyasevərləri yenidən bir araya gətirir
- 10:08 Xəzər rayon MKS-nin Mərkəzi Kitabxanası "Mütaliəni sevirik"adlı yeni layihəyə start verib
- 09:42 Qaradağ rayon Heydər Əliyev Mərkəzinə ekskursiya təşkil edilib
- 09:32 Bu gün Xalq yazıçısı Gülhüseyn Hüseynoğlunun anım günüdür
- 09:21 Milli Məclisdə tarix və mədəniyyət abidələrinin qorunması ilə bağlı ictimai dinləmə keçirilib
- 14:46 UNESCO: Azərbaycan Ümumdünya İrs Komitəsinin 47-ci sessiyasında təmsil olunur
- 14:43 Direktor və direktor müavinlərinin işə qəbulu üzrə müsabiqənin yekun nəticələri açıqlanıb
- 11:34 İƏT-in jurnalının növbəti nömrəsində ICESCO missiyasının Azərbaycanın işğaldan azad edilmiş ərazilərində fəaliyyəti barədə məqalə dərc olunub
- 09:46 Bu gün Əməkdar artist Ələkbər Hüseynovun doğum günüdür
- 09:34 Şəki “İpək Yolu” XIV Beynəlxalq Musiqi Festivalı başa çatıb