XƏBƏRLƏR
MƏLUMAT
Bu gün Azərbaycanı poetic yaradıcılığı ilə Rusiyada uğurla təmsil edən şair Eldar Əhədovun 60 yaşı tamam olur
ÜMÜMİ XƏBƏRLƏR
19/07/2020 02:30

Eldar Əhədov 1960-cı il iyulun 19-da Bakıda anadan olub. 1983-cü ildə Leninqrad dağ-mədən institutunu bitirib. 1986-cı ildənKrasnoyarskda yaşayır.

Eldar Əhədov yaradıcılıq fəaliyyəti ilə yanaşı ixtisası üzrə də işləyir. Qütbarxası sahələrdən tutmuş monqol çöllərinə qədər, YamaldanTıvayadək tayqanın və tundranın bütün əlçatmaz yerlərində olub. 10 il ərzində Krasnoyarsk Diyar Xalq Yaradıcılığı Dövlət Mərkəzi Ədəbiyyat Birliyinin və görmə imkanları məhdud insanlar üçün “Bılina” ədəbiyyat studiyasına rəhbərlik edib.

Eldar Əhədov 2010-cu ildə “Mirı Eldara” saytını və “Ozareniye” beynəlxalq rusdilli poetik müsabiqəsini yaradıb. Yazıçının əsərləri “Molodaya qvardiya” (Moskva), “Murzilka” (Moskva), “Kukumber”, “Sibirskiye oqni” (Novosibirsk), “Neizvestnaya Sibir” (Novosibirsk), “Den i noç” (Krasnoyarsk), “Obskaya raduqa” (Salexard), “Yamalskiy meridian” (Salexard), “Sibiryaçok” (İrkutsk), “Deti Ra” (Moskva) jurnallarında və digər nəşrlərdə dərc edilib.

E.Əhədov poeziya və nəsrin müxtəlif janrlarında yazılmış 30-dan çox kitabın, o cümlədən “Moya azbuka”, “Veşşiy son”, “Skrijali vetra”, “Kamennaya azbuka”, “Posmotri mne v qlaza”, “Molitva o tebe”, “Derjavnıy panteon”, “Slavyanskiy panteon”, “Nemetskiy panteon”, “Kniqa lyubvi”, “Puteşestviye oçarovannıx starikov”, “Kuyumba”, “Vasilkovoye nebo”, “Dobrıye skazki”, “Severnıye rasskazı i povesti”, “Na Kraynem Severe” və digər kitabların müəllifidir. 2012-ci ildə E.Əhədovun beşcildlik seçilmiş əsərləri işıq üzü görüb.

Yazıçının iki kitabı ABŞ-da, bir çox əsərləri isə Bolqarıstan, İsrail, Almaniya, Ukrayna, Qazaxıstan, Belarus və Azərbaycanda nəşr edilib.

Eldar Əhədov milli-regional komponent üzrə “Krasnoyarsk diyarına səyahət” adlı unikal məktəb vəsaitinin müəllifidir. Onun yaradıcılığına D.Krupskaya, A.Karpenko, V.Antikina, Y.Liquzova, N.Lixtenfeld (Almaniya, Berlin), O.Ruçinski (Ukrayna), İ.Jurakovskaya (Ukrayna) və Y.Tuçiyev kimi ədəbiyyatşünas və tənqidçilərin məqalələri həsr olunub. “Neizvestnaya Sibir” jurnalı  Eldar Əhədovu Rusiyanın ən istedadlı yazıçılarından biri adlandırıb. Onun “Sənə dua edirəm” əsəri dünyanın 1313 dilinə, o cümlədən ərəb, yunan, ingilis, ispan, Çin dillərinə tərcümə olunub. 

2010-cu il noyabrın sonunda Rusiya Milli Şöhrət Mərkəzi müqəddəs Apostol Andrey Pervozvannıy adına Fondun dəstəyi ilə Eldar Əhədovu “Svyatost materinstva” Ümumrusiya Ədəbiyyat Müsabiqəsinin qalibi elan edib.     

“Derjavnıy panteon” poeması Milli Şöhrət Mərkəzinin 2011-ci ilin noyabrında nəşr etdiyi “İstoriya Rossii v semeynıx predaniyax” kitabına daxil edilib.

Sibir Yazıçılarının IV Qurultayının (2002) nümayəndəsi olub. Sibir Yazıçıları Assosiasiyasının Krasnoyarsk Diyar Yazıçılar Təşkilatının (1998), Rusiya Ədəbiyyat Fondunun üzvü, Rusiya Yazıçılar İttifaqının Krasnoyarsk regional bölməsinin (2003-2008) üzvüdür. Rusiya Markşeyderlər İttifaqının üzvüdür.

Baxış sayı: 254