XƏBƏRLƏR
MƏLUMAT
Bu gün Azərbaycan yazıçısı İsi Məlikzadənin doğum günüdür
ÜMÜMİ XƏBƏRLƏR
01/05/2020 02:50

İsi Abbas oğlu Məlikzadə1934-cü il mayın 1-də Azərbaycanın Ağcabədi rayonunda anadan olub. Burada Xalfərəddin orta məktəbini bitirdikdən sonra M.Əzizbəyov adına Azərbaycan Sənaye İnstitutunun Neft-kimya fakültəsində təhsil alıb.

Yazıçı­nın ilk mət­bu ya­zı­la­rı 1950-ci illərin sonu 1960-cı illərin birinci yarısına aid­dir. O, ədə­biy­ya­ta “Kir­pi” jur­na­lın­da çıxan sa­ti­rik ya­zılarla gəlib, jur­nal­da ça­lı­şan Sa­lam Qə­dir­za­də ilə dost­laşıb. İlk he­ka­yə­si “Peş­man­çı­lıq” adı ilə 1957-ci il­də “Ağ­ca­bə­di pam­bıq­çısı” qə­ze­tin­də dərc olun­ub. Son­ra­lar uşaq­lar üçün yaz­dığı he­ka­yə­lə­ri “Pio­ner” qə­ze­tində, “Pio­ner” jur­na­lın­da çap olunub. Yazıçı 1960-cı il­lə­rin ikin­ci ya­rı­sın­dan cid­di möv­zu­la­ra da­ha çox bağ­lanıb.

O, "Əzizbəyovneft" mədənlər idarəsində operator, yerüstü avadanlıq ustası (1957-1961), Azərbaycan Kommunal Təsərrüfatı Nazirliyi Başqaz idarəsində böyük mühəndis, şöbə rəisinin müavini (1961-1966), "Ulduz" jurnalı redaksiyasında publisistika şöbəsinin müdiri, məsul katib (1966-1973), Azərbaycan Dövlət Nəşriyyatında redaktor, Cəfər Cabbarlı adına "Azərbaycanfılm" kinostudiyasında ssenari-redaksiya heyətinin üzvü (1974-1976), "Azərbaycan" jurnalı redaksiyasında nəsr şöbəsinin müdiri (1976-1980), "Ulduz" jurnalı redaksiyasında nəsr şöbəsinin müdiri (1980-1981), "Mozalan" satirik kinojurnalında böyük redaktor (1981-1983), C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında baş redaktor vəzifələrində işləyib (1983-1985). 

Sonra bir müddət yaradıcılıqla məşğul olub. Azərbaycan Dövlət Akademik Dram Teatrında ədəbi hissə müdiri (1988-1990) işləyib. Sonra ömrünün sonunadək "Azərbaycan" jurnalında publisistika şöbəsinin müdiri (1994-cü ildən), Azərbaycan Mədəniyyət Fondunun Qarabağ fılialının sədri (1990-cı ildən) vəzifələrində çalışıb.

İsi Mə­lik­za­də­nin ilk ki­ta­bı olan “Həs­rə­tin so­nu” 1964-cü il­də, sonun­cu − onun­cu ki­ta­bı “Do­la­şa­la­rın Nov­ruz bay­ra­mı” ki­ta­bı isə 1992-ci il­də çıx­ıb. Təx­mi­nən otuz il ər­zin­də yazıçı­nın on ki­ta­bı çıxıb­ və on­la­rın ara­sın­da 3-4 il ara ol­ub. “Köv­rək qa­nad­lar” (“Gənc­lik”, 1973), “Kü­çə­lə­rə su səp­mi­şəm” (“Gənc­lik”, 1977), “Yaşıl ge­cə” (“Yazıçı”, 1979), “Gü­nəş­li pa­yız” (“Yazıçı”, 1982), “Də­də pa­lıd” (“Yazıçı”, 1984), “Gümüş­göl əf­sa­nə­si” (“Yazıçı”, 1987), “Şeh­li çə­mən­lə­rin işığı” (“Yazıçı”, 1991), “Do­la­şala­rın Novruz bay­ra­mı” (“Gənc­lik”, 1992).

İsi Mə­lik­za­də 1968-ci il­dən Yaz­ıçı­lar İttifaqı­nın üzvü olub.

1995-ci il dekabrın 5-də vəfat edib.

Baxış sayı: 580