XƏBƏRLƏR
MƏLUMAT
Bu gün Azərbaycan Xalq yazıçısı Sabir Əhmədlinin doğum günüdür
ÜMÜMİ XƏBƏRLƏR
10/07/2024 09:30

Sabir Əhmədli 1930-cu il iyulun 10-da Cəbrayıl rayonunda anadan olub. Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsində təhsil alıb. 1955-ci ildən Azərbaycan Yazıçılar İttifaqının üzvü seçilib, Azərbaycan Yazıçılar İttifaqının Mirzə Fətəli Axundov adına ədəbi mükafat komissiyasının sədri olub. Yazıçının “Poçtalyon” hekayəsi 1951-ci ildə “Pioner” jurnalında çap edilib. 1961-ci ildə “Bir payız axşamı” kitabı, 1989-cu ildə “Azərnəşr”də ikicildlik əsərləri çap edilib. “Aran”, “Pillələr”, “Yamacda nişanə”, “Toğana,“Dünyanın arşını”, “Yasaq edilmiş oyun. Gülməli kişinin axırı”, “Kütlə”, “Axirət sevdası”, “Şəhid ruhu” və s. kitabları nəşr edilib. Qarabağ hadisələrinə həsr etdiyi irihəcmli ədəbi-publisistik məqalələri — “Qarabağın gecikmiş yazı”, “Qarabağın qarlı səngərləri” “Ədəbiyyat və incəsənət” qəzetində dərc olunub. Sabir Əhmədli “Əməkdar İncəsənət xadimi”, “Xalq yazıçısı” fəxri adlarına, “Qızıl sünbül” ədəbi mükafatına layiq görülüb. “Əmək şöhrətinə görə” medalı, “Xalqlar dostluğu”, “Qırmızı əmək bayrağı” ordenləri ilə təltif olunub.

Sabir Əhmədli 2009-cu ildə vəfat edib.

Baxış sayı: 189