XƏBƏRLƏR
MƏLUMAT
Bu gün Aprel şəhidi Vaqif Bayramovun doğum günüdür
ÜMÜMİ XƏBƏRLƏR
25/12/2020 02:30

Vaqif Bayramov 25 dekabr 1979-cu ildə Naftalan şəhərində anadan olub. Kapitan Vaqif Bayramov 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid olub.

Aprelin 11-i  Vaqif Bayramov doğulduğu Naftalan şəhərində son mənzilə yola salınıb. Dəfn mərasiminə minlərlə şəhər sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatılıb.

Vaqif Bayramov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə ”Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli  medalı ilə təltif edilib.

Ailəli idi, bir oğlu və iki qızı yadigar qalıb.

Qeyd edək ki, Vaqif Bayramovun qardaşı Mehman Bayramov 1992-ci il 1 iyulda Qarabağ müharibəsində şəhid olub.

Baxış sayı: 179