XƏBƏRLƏR
MƏLUMAT
Bakıda “Disney”in məşhur animasiyalarının musiqi nömrələri səsləndiriləcək
ÜMÜMİ XƏBƏRLƏR
17/04/2024 16:10

Aprelin 20-də Azərbaycan Dövlət Filarmoniyasının Kamera və Orqan Musiqisi zalında “RED EVENTS & Distribution ltd” musiqi layihəsi - “Mystery Ensemble”in növbəti konserti keçiriləcək.

Filarmoniyadan AZƏRTAC-a bildirilib ki, konsert proqramında “Disney” studiyasından olan məşhur animasiyaların təkrarolunmaz, maraqlı musiqi nömrələri ifa ediləcək.

Tədbirdə “Aslan Kral”, “Gözəl və Bədheybət”, “Bembi”, “101 dalmatyalı”, “Pinokyo”, “Yatmış gözəl”, “Ağca və yeddi cırtdan” və digər cizgi filmlərdən musiqilər səslənəcək.

Baxış sayı: 178