XƏBƏRLƏR
MƏLUMAT
Azərbaycanın Əməkdar artisti Salam İsmayılovun 70 yaşı tamam olur
ÜMÜMİ XƏBƏRLƏR
23/04/2021 03:35
Salamulla Xeyrulla oğlu İsmayılov 1951-ci ilin 23 aprelində Gəncə şəhərində dünyaya gəlib.

1974-cü ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun aktyorluq fakültəsini bitirib. Bir müddət "Azərbaycanfilm" kinostudiyasında rejissor köməkçisi vəzifəsində çalışıb.

1977-ci ildən isə Gəncə Dövlət Dram Teatrında aktyor kimi fəaliyyət göstərir. Ötən müddət ərzində Salam İsmayılov Cəfər Cabbarlının "Solğun çiçəklər", Nəriman Həsənzadənin "Atabəylər", Şıxəli Qurbanovun "Sənsiz" əsərlərində və digər tamaşalarda irili və xırdalı rollar ifa edib. 

Salam İsmayılov "Bizim küçənin oğlanları" (film, 1973), "Qocalar, qocalar... " (film, 1982), "Yük" (film, 1995), "Bir anın həqiqəti" (film, 2003), "Koroğlu" (film, 2003), "Acılar bitməz" (film, 2009), "Cavad xan" (film, 2009), "Aktrisa" (film, 2011), "Çölçü" (film, 2012), "Tək olanda qorxma..." (teleserial, 2013), "Qırmızı bağ" (film, 2016), "Yuxu kimi" (teleserial, 2019) kimi ekran əsərlərində çəkilib.

30 dekabr 2015-ci il tarixində Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adına layiq görülüb.

Salam İsmayılov eyni zamanda Teatr Xadimləri İttifaqının üzvü, "Qızıl dərviş" mükafatı laureatıdır.

Baxış sayı: 133