Onilliklərlə Əmir Teymur şəxsiyyəti həm elmi, həm də bədii ədəbiyyatda qərəzlə işıqlandırılıb. Çar hakimiyyəti dövründə Əmir Teymur zalım istilaçı kimi qələmə verilib. Elə bu illərdə alimlərin tədqiqatlarında böyük sərkərdə “Tamerlan”, “Topal Teymur” adı ilə qeyd olunub. Sonraki illərdə sovet tarixşünaslığında da onu qəddar işğalçı kimi xarakterizə ediblər.
Azərbaycanda Əmir Teymura xüsusi münasibət yaranmışdı. Azərbaycan ədəbiyyatı və incəsənətində Əmir Teymur obrazına bütün türk dünyasının əzəmət simvolu kimi baxılıb.
XX əsrin əvvəllərində Əmir Teymur obrazına müraciət edənlərdən biri Hüseyn Cavid olub. “Topal Teymur” dramı Azərbaycan müəlliflərinin Əmir Teymura həsr etdikləri əsərlər sırasında ən qiymətlisidir desək, yanılmarıq.
Hüseyn Cavid Azərbaycanın mədəni həyatında böyük nüfüza malik bir şəxs olduğuna görə dramın səhnələşdirilməsinə icazə verilir. Dramdakı Əmir Teymur obrazı sovet ideologiyasına uyğun gəlmirdi – müəllif onu qəddar, zalım axsaq kimi yox, böyük sərkərdə, türk dünyasını birləşdirən, elmin, incəsənətin, ticarətin hamisi kimi təqdim edir.
1926-cı ildə əsər Bakıda teatrın səhnəsində göstərilir. Baş rolu dramatik planlı aktyor Sidqi Ruhulla ifa edib. Tamaşa böyük maraqla qarşılansa da tezliklə əsərə qadağa qoyulub. Cavidə və teatrın rəhbərliyinə təkidlə məsləhət görülüb ki, Əmir Teymur obrazı xoşagələn tərzdə verilməsin.
1937-ci ildə Hüseyn Cavid həbs olunarkən ona qarşı irəli sürülən ittihamlardan biri də Əmir Teymur şəxsiyyətini təbliğ etməyi idi.
1983-cü ildə Azərbaycan Televiziyası dramı ekranlaşdırır. Uzun illərdən sonra Azərbaycan tamaşaçısı görkəmli sərkərdənin siyasi sifarişlərdən uzaq bir obrazını görür.
Xalq artisti Ramiz Həsənoğlunun quruluş verdiyi bu tamaşada Topal Teymur obrazını qısa ömür yaşasa da, yaddaqalan obrazları ilə qəlblərdə yeri olan Hamlet Xanızadə ifa edib. Hər dəfə bu televiziya tamaşasına baxanda onun oynadığı Topal Teymurun qəddar görkəmi uzun zaman tamaşaçıların yaddaşından silinmir. Özünəməxsus dəsti-xətti, səsi, ifa tərzi, mimika və səhnə hərəkəti ilə qəhrəmanının daxili aləmini tamaşaçıya tam şəkildə təqdim etməklə, ona müxtəlif rakurslarla yanaşıb, tamaşanın iç dünyasına nüfuz edib, tamaşaçıya qəhrəmanına müxtəlif yöndən baxmağa çağırır.
Tamaşanın bir özəlliyi də aktyorun qrimidir. Beləki, Ramiz Həsənoğlu müsahibələrindən birində tamaşa çəkilməmişdən əvvəl müxtəlif mənbələrə, arxivlərə üz tutduğunu bildirib. Araşdırmalarda məşhur antropoloq Gerasimovun Teymurun kəlləsi əsasında onun üz cizgilərini bərpa etdiyini öyrənib və Hamlet Xanızadənin portret qrimi onun əsasında qurulub.
Bəlkə də Əmir Teymuru tamaşaçıya doğmalaşdıran bir cəhət də bu adil olduğu qədər də qəzəbli, müdrik hökmdarın obrazının gerçəkliyə yaxın olması və ədib-rejissor-rəssam-aktyor birliyinin təkrarsız ustalığıdır.
- 17:51 Mədəniyyət naziri Adil Kərimli Ağdamda vətəndaşları qəbul edəcək
- 09:57 “Bız bakıttı balamız “ adlı çoxjanrlı beynəlxalq müsabiqə keçirilib
- 13:05 31 Mart-Azərbaycanlıların Soyqırımı Günündən 108 il ötür
- 13:38 “Akinak” filmi may ayından etibarən kinoteatrlarda nümayiş olunacaq
- 10:15 “Könlümü şeirə vermişəm” adlı tədbir keçirilib
- 14:43 “Novruz bayramı -Baharın rəngi” adlı tədbir keçirilib
- 18:30 Ramazan bayramı qeyd olunub
- 08:23 “Səma” rəqs ansamblı “Bahar sevinci” adlı konsert proqramı ilə çıxış edib
- 15:20 Qocalar evində Ramazan bayramı qeyd olunub
- 13:00 M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasına “Bösendorfer” konsert royalları təqdim olunub
- 17:42 Azərbaycanda ilk dəfə Bakı və regionları əhatə edən genişmiqyaslı mədəni qastrol proqramı həyata keçiriləcək
- 12:34 “Zamanda səyahət” tamaşası nümayiş olunub
- 12:12 Teatr Xadimləri İttifaqı və Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının təşkilatçılığı ilə təntənəli tədbir keçirilib
- 23:46 “Mədəniyyət İncisi” layihəsi çərçivəsində növbəti konsert təqdim olunub
- 20:02 8 Mart-Beynəlxalq Qadınlar Günü qeyd olunub
- 19:46 Xanım İsmayılqızının 70 illik yubileyinə həsr olunmuş görüş keçirilib
- 15:48 Bəstəkar Sevda Rəhimova “Ömür yollarının sədası” adlı müəllif konserti təqdim edib
- 16:54 “Ürək deyir, yaşa hələ” adlı ədəbi-bədii gecə keçirilib
- 12:14 Mədəniyyət naziri Adil Kərimli Hacıqabulda vətəndaşları qəbul edəcək
- 21:51 Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar film təqdim olunub
- 21:46 “Torpağı sanı yaşayasan” qısametrajlı bədii film nümayiş olunub
- 21:35 Qaradağ rayon Heydər Əliyev Mərkəzində film nümayiş edilib
- 21:25 Mədəniyyət Nazirliyinin kollektivi Xocalı soyqırımı abidəsini ziyarət edib
- 21:10 “Tarixin susmayan harayı: Xocalı” adlı tədbir keçirilib
- 18:03 Yubilyar mədəniyyət xadimləri nazirliyin Fəxri diplomu ilə təltif olunub
- 17:38 Millət vəkilləri və incəsənət xadimləri attestasiya prosesini müşahidə ediblər
- 17:11 2026/2027-ci tədris ili üzrə incəsənət məktəb və mərkəzlərinə təhsilalanların qəbulu elan olunur
- 16:58 “Sənin üçün” qısametrajlı bədii filminin nümayişi keçirilib
- 15:45 “Ögey ana” filmi nümayiş olunub
- 16:00 “Qızıl uçurum” filmi nümayiş olunub
- 16:35 Mədəniyyət naziri Adil Kərimli Qax rayonunda vətəndaşların müraciətlərini dinləyib
- 11:40
- 12:06 Berlində Azərbaycan Kino Günləri keçirilib
- 09:05 Mədəniyyət Nazirliyinin 2025-ci ildəki fəaliyyətinə dair genişləndirilmiş kollegiya iclası keçirilib
- 09:22 Honq Konq Konservatoriyasında Azərbaycanın simfonik və populyar musiqisindən bəhs olunub
- 09:53 “İncəsənət Müəllimlərinin Qış Məktəbi” layihəsi həyata keçiriləcək
- 10:38 Əməkdar artist Cabir Abdullayev ilə görüş keçirilib
- 09:41 Ölkədə mədəni irsin korlanması və məhv edilməsi ilə bağlı məsuliyyəti sərtləşdirən yeni qaydalar qüvvəyə minir
- 09:22 Tofiq Quliyev adına 12 nömrəli Onbirillik Musiqi Məktəbinin şagirdi Cavidan Babazadənin solo konserti keçirilib
- 11:43 Sevilən müğənni Leyla Rəhimli ilə görüş keçirilib
- 10:08 2026-cı il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
- 09:48 “Üzeyir Hacıbəyli Mükafatı” qaliblərinin təltifetmə mərasimi keçirilib
- 09:34 “20 Yanvar-Milli yaddaşımızın iradə gücü” adlı anım tədbiri keçirilib
- 14:36 “Azərbaycan Mədəniyyəti – 2040” Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
- 14:22 “Mədəniyyəti – 2040” Konsepsiyasının Mədəniyyət Nazirliyinin qurumları üçün təqdimatı keçirilib
- 17:05 Mədəniyyət naziri Adil Kərimli Ağsuda vətəndaşları qəbul edəcək
- 17:02 Azərbaycanlı şairin “Bəxt ulduzu” kitabı Kazanda tatarca işıq üzü görüb
- 09:18 Azərbaycanlı rəssamın əsəri Pekin Beynəlxalq Biennalesində nümayiş olunur
- 15:42 Hərbi Hissədə bayram konserti keçirilib
- 12:33 “Həmrəyliyin rəngləri” adlı rəsm sərgisi təşkil edilib
- 11:56 "Qış nağılı" adlı tamaşa nümayiş edilib
- 11:36 Şövkət Ələkbərova adına 20 nömrəli Onbirillik Musiqi Məktəbində konsert keçirilib
- 11:07 24 nömrəli Onbirillik Musiqi Məktəbində bayram konserti keçirilib
- 09:30 “Mən dünyaya aktrisa olmaq üçün gəldim…” – Xalq artisti Amalya Pənahovanın 80 illik yubiley gecəsi
- 21:15 Baş İdarə hərbi liseydə bayram tədbiri keçirib
- 16:38 Gənclər Kitabxanasında “Xalq artisti Tofiq Bakıxanov - 95” adlı elektron baza hazırlanıb
- 11:07 Milli Kitabxanada “Akademik Yusif Məmmədəliyev – 120” adlı sərgi açılıb
- 10:18 “Suveren dövlət, həmrəy xalq” adlı tədbir keçirilib
- 09:27 Pantomim Teatrında “Romeo və Cülyetta” tamaşası nümayiş olunub
- 18:40 “Qar Kraliçası” yenidən səhnədə