XƏBƏRLƏR
MƏLUMAT
Asiya mətbəxindən Funçoza salatı
ÜMÜMİ XƏBƏRLƏR
03/03/2021 04:26

Funçoza Asiya mətbəxində (Çin, Koreya,Yapon) istifadə olunan, xüsusi nişastadan hazırlanan əriştə növüdür. Bu əriştə şəffaf olması ilə fərqlənir. Bu resept funçozadan hazırlanan bir salat reseptidir. Amma isti yemək kimi də yeyilə bilər. Çox dadlı və tutumludur.

Tərkibi:

200 qr funçoza  əriştə.

3 ədəd müxtəlif rəngli bolqar bibəri.

1 ədəd təzə xiyar.

2 ədəd yerkökü.

3 diş sarımsaq.

2 çay qaşığı uksus.

bitki yağı.

Soya sousu.

Hazırlanma qaydası:

Əriştənin üzərinə soyuq su töküb, 10 dəqiqə kənarda saxlayın. Soyuq suyu süzün və əriştənin üzərinə qaynar su töküb 5 dəqiqə saxlayın.

Əriştənin suyunu süzün və axar suyun altında yaxalayıb süzün.

Kök və bibərləri samanvari doğrayın və bitki yağında yüngül qovurun.

Sarımsağı xırda doğrayıb qovrulan kök və bibərlərin üzərinə töküb 2-3 dəqiqə daha qovurub ocaqdan götürün. Bir qabda bişmiş və soyumuş tərəvəzləri, xiyar və əriştəylə qarışdırın.

Üzərinə soya sousu, uksus və duz töküb qarışdırın.

Nuş olsun!

Baxış sayı: 942