
Azərbaycan Dövlət Akademik Musiqili Teatrının Kiçik səhnəsində tanınmış rusiyalı yazıçı, dramaturq, şair və ssenarist Zinovi Saqalovun “Aysedora Dunkanın üç həyatı” pyesi əsasında səhnələşdirilmiş “Aysedora” monotamaşasının premyerası olub.
AZƏRTAC xəbər verir ki, tamaşanın quruluşçu rejissoru və ədəbi redaktoru teatrın baş rejissoru Cavid İmamverdiyev, musiqi tərtibatçısı baş dirijor, Əməkdar artist Fəxrəddin Atayev, quruluşçu rəssamı Əməkdar rəssam Nabat Səmədova, baletmeysteri Əməkdar artist Nigar Şahmuradova, bədii rəhbəri Əməkdar İncəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, teatrın direktoru Əliqismət Lalayevdir.
Müasir rəqs üslubunun yaranması cəsarətli qız Aysedora Dunkanın adı ilə bağlıdır. O, XX əsrin əvvəlində xoreoqrafiya aləmini dəyişə və ona modern üslub gətirə bilib. Onu məhz “ayaqyalın rəqqasə” adlandırıblar.
Tamaşanın süjet xəttində Aysedoranın həyatının müxtəlif mərhələlərində onun taleyi ilə bu və ya digər şəkildə təmasda olan insanların obrazları keçir, onlar bir-birini tamamlayır. Qəhrəmanın özü məşhur teatr xadimi Qordon Kreq, "lüksün adamı" Peris Yucin Zinger və evləndiyi böyük rus şairi Sergey Yesenin haqqında xatirələrində səmimidir. Tamaşa boyu belə istedadlı və gözəl bir qadının gündəlik həyatda niyə bu qədər uğursuzluqlara və çətinliklərə dözdüyünə təəccüb etməmək mümkün deyil.
Tamaşada Sergey Yeseninin şeirləri və dünya şöhrətli bəstəkarlar Sergey Raxmaninov, Lüdviq van Bethoven, Frederik Şopen, Entoni Nyuli, Artur Hamilton, Lesli Brikas, Astor Piazzolla, Corc Qerşvin, İqor Stravinski, Tomas Albinoni, İsaak Şvarts (Bulat Okucavanın sözlərinə) və Xalq artisti Sərxan Sərxanın (sözləri Yuri Rubtsov) əsərləri səsləndirilib.
Cavid İmamverdiyev AZƏRTAC -ın müxbiri ilə söhbətində qeyd edib: “Bunu gizlətməyəcəyəm, amma Aysedora Dunkanın şəxsiyyəti əvvəlcə mənim üçün o qədər də maraqlı deyildi. Bir sənətkarın... aktrisanın taleyindən bəhs edən tamaşa axtarırdım... Və məni maraqlandıran əsas postulat insanın həyatında ən vacib amillərin yaradıcılıq və sevgi olması mesajı oldu. Valentina Reznikovanın məsləhəti ilə bu pyesi oxuyanda, əsər mənə maraqlı gəldi. Orada həmin iki təməl başlanğıc var idi. Aysedora Dunkan diqqəti daha çox cəlb etdi, çünki onun adı Sergey Yeseninlə bağlıdır. Əslində, ideya belə yarandı. İstədim ki, aktrisa öz taleyindən danışsın. O, eyni zamanda, mahnı oxumalı və tamaşada xoreoqrafik elementlər olmalı idi. Təbii ki, redaktə etdiyim bu dramatik materialı mənə göstərdilər. Tamaşanın təxminən otuz faizi qaldı, çünki mən musiqili birnəfərlik tamaşa hazırlamaq istəyirdim və fikrimcə, buna nail oldum”.
İstedadlı gənc aktrisa Olqa Georgiyevanın ifasında təqdim edilən etiraf xarakterli tamaşada tamaşaçı gözlənilmədən vaxtilə gənc Aysedoranın düşünüb tapdığı və gündəliyinin səhifələrini doldurduğu xüsusi dilin şifrəsinin açılması açarını əldə etdiyi təəssüratını alır. Eynilə, burada da həmin əsas mesaj özünü büruzə verir - dünyada heç bir şey yaradıcılıq və sevgidən daha vacib ola bilməz! Bəs hədsiz dərəcədə istedadlı yaradıcı insan xoşbəxt ola bilərmi? O, şöhrəti nəyin bahasına əldə edir?
Dunkan dahi adına layiq görülməyə, həmçinin yeni dövrlərin və üslubların yaradıcıları ilə müqayisə edilməyə nail oldu. Bir çox tənqidçilər Aysedoranın həm rəqsdə, həm də gündəlik həyatda inqilab etdiyini söylədilər. O, konsertlərində klassik musiqidən istifadə edib. Bethoven və Çaykovskinin əsərlərini rəqslə təqdim edən rəqqasə tamaşaçıda böyük emosional təsir yaratmağa nail olub. Onun çıxışları anşlaqla keçirdi. Dunkanın ifaları həmişə ictimaiyyət arasında ajiotaj doğurub.




- 17:06 “Vaqifə məktub” esse müsabiqəsinin qalibləri məlum olub
- 16:20 Qaradağ rayon Heydər Əliyev Mərkəzinə ekskursiyalar davam edir
- 14:31 Attestasiyadan keçməyən müəllimlər üçün xüsusi müsabiqə təşkil ediləcək
- 14:27 Bakıda yerli animasiya layihələri üçün yeni imkan
- 11:52 Bakı Beynəlxalq Film Festivalına film qəbulu davam edir
- 11:51 Gənclər Kitabxanasında Tovuz döyüşlərinə həsr edilən silsilə materiallar hazırlanıb
- 10:55 “Müstəqil və qüdrətli Azərbaycanın təməl günü” adlı dəyirmi masa keçirilib
- 10:43 “Şanlı tarixin başlanğıcı” adlı tədbir keçirilib
- 10:23 “Azərbaycanın inkişaf yolunun başlanğıcı” adlı tədbir keçirilib
- 09:48 Karlovı Varıda 59-cu Beynəlxalq Kino Festivalı başa çatıb
- 09:28 Tbilisidə gənc azərbaycanlı rəssamların sərgisi açılıb
- 12:54 “Əfsanə qayıdır” filmi nümayiş olunub
- 16:00 Yaradıcı sahələr üzrə təhsil və sənaye əməkdaşlığı müzakirə olunub
- 15:36 Mədəniyyət naziri Adil Kərimlinin növbəti vətəndaş qəbulu Lerik rayonunda olub
- 15:10 Azərbaycanın daha iki abidəsi UNESCO-nun Dünya İrsinin İlkin Siyahısına daxil edildi
- 14:39 “Mədəni sferada jurnalistika” mövzusunda müsabiqənin qaliblərinin təltifolunma mərasimi keçirilib
- 12:07 Qala Əntiq Əşyalar Muzeyi bərpadan sonra ziyarətçilərin ixtiyarına verilib
- 09:45 Bakıda Opera Günlərinin bağlanış mərasimi keçirilib
- 09:33 Bu gün görkəmli şair Abbas Səhhətin vəfatından 107 il ötür
- 09:30 Azərbaycan ilə Özbəkistan arasında birgə mədəni tərəfdaşlıq
- 09:26 Türk Mədəniyyəti və İrsi Fondunda “Azərbaycan-Gürcüstan münasibətləri (1918–1922-ci illər)” kitabının təqdimatı keçirilib
- 15:55 Milli Kitabxanada “Xalq yazıçısı Sabir Əhmədli - 95” adlı sərgi açılıb
- 12:22 Gənclər Kitabxanasında Xalq yazıçısı Sabir Əhmədlinin xatirəsi yad edilib
- 09:39 Şuşa Dövlət Musiqili Dram Teatrında “Ümid işığı” tamaşasının premyerası keçirilib
- 09:35 Bu gün yazıçı Sabir Əhmədlinin doğum günüdür
- 09:29 Baku TV-nin “Söz” filminin təqdimatı keçirilib
- 09:28 “Nəvə” sənədli filminin çəkilişləri başlayır
- 09:19 Qəbələ Beynəlxalq Musiqi Festivalı başlayır
- 17:15 UNESCO gəncləri “İpək yolu gənclərin gözü ilə” 7-ci fotomüsabiqədə iştirak etməyə dəvət edir
- 14:54 “Yol əhvalatı” filmi nümayiş olunub
- 14:26 Azərbaycan-İsrail kinematoqrafçılarının birgə filmi təqdim olunub
- 14:09 “Vətən” musiqi qrupu iki nominasiya üzrə beynəlxalq festivalın qalibi olub
- 11:39 Milli Kitabxanada Seyid Əzim Şirvaniyə həsr olunmuş sərgi açılıb
- 11:15 "Azad" rəqs ansamblı "Dostluq körpüsü" adlı hesabat konserti təqdim edib
- 10:13 Bu gün şair Seyid Əzim Şirvaninin doğum günüdür
- 09:40 Bu gün Xalq şairi Nigar Rəfibəylinin anım günüdür
- 16:58 Azərbaycanda kino istehsalına yeni dövlət dəstəyi mexanizmi
- 16:44 "Kitabı sevək və sevdirək" adlı mütaliə saatı keçirilib
- 16:15 Azərbaycan və Kolumbiya milli kitabxanaları arasında qarşılıqlı əlaqələrin genişləndirilməsi müzakirə edilib
- 16:10 ARKA-da Bədii şura üzvlərinin iştirakı ilə görüş keçirilib
- 14:43 Aktyorluğu öyrən layihəsi üzrə yeni diplom tamaşaları təqdim olunub
- 14:39 UNESCO: Ümumdünya İrs Komitəsinin 47-ci sessiyasında Azərbaycanın bəyanatı təqdim olunub
- 11:33 Bu gün Xalq artisti, teatr aktyoru Zülfüqar Baratzadənin anadan olmasının 94-cü ili tamam olur
- 10:34 Vaqif Poeziya Günləri poeziyasevərləri yenidən bir araya gətirir
- 10:08 Xəzər rayon MKS-nin Mərkəzi Kitabxanası "Mütaliəni sevirik"adlı yeni layihəyə start verib
- 09:42 Qaradağ rayon Heydər Əliyev Mərkəzinə ekskursiya təşkil edilib
- 09:32 Bu gün Xalq yazıçısı Gülhüseyn Hüseynoğlunun anım günüdür
- 09:21 Milli Məclisdə tarix və mədəniyyət abidələrinin qorunması ilə bağlı ictimai dinləmə keçirilib
- 14:46 UNESCO: Azərbaycan Ümumdünya İrs Komitəsinin 47-ci sessiyasında təmsil olunur
- 14:43 Direktor və direktor müavinlərinin işə qəbulu üzrə müsabiqənin yekun nəticələri açıqlanıb
- 11:34 İƏT-in jurnalının növbəti nömrəsində ICESCO missiyasının Azərbaycanın işğaldan azad edilmiş ərazilərində fəaliyyəti barədə məqalə dərc olunub
- 09:46 Bu gün Əməkdar artist Ələkbər Hüseynovun doğum günüdür
- 09:34 Şəki “İpək Yolu” XIV Beynəlxalq Musiqi Festivalı başa çatıb
- 09:27 “ƏSA” Teatrından növbəti yenilik: hibrid tamaşa
- 17:33 Bakıda “Şən Hazırcavablar” Yunior Liqası Festivalı uğurla başa çatıb
- 17:22 Şəki “İpək yolu” XIV Beynəlxalq Musiqi Festivalına start verilib
- 16:06 İşğaldan azad edilən ərazilərdə 44 yeni abidə dövlət mühafizəsinə götürüldü
- 14:55 Bakıda inklüziv rəqs tamaşasının premyerası olub
- 14:37 Mədəniyyət Nazirliyində mərakeşli jurnalistlərlə görüş keçirilib
- 10:51 “Heydər Əliyev və muzeylərimiz” adlı layihə davam edir