XƏBƏRLƏR
MƏLUMAT
34 nömrəli uşaq musiqi məktəbi “2 Fevral-Gənclər Günü”nə həsr olunmuş onlayn tədbir keçirib
ÜMÜMİ XƏBƏRLƏR
08/02/2021 05:58

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin 34 nömrəli uşaq musiqi məktəbi “2 Fevral-Gənclər Günü”nə həsr olunmuş onlayn tədbir keçirib.

Tarixən hər bir xalq özünün xoşbəxt gələcəyə olan ümidlərini ilk növbədə gənc nəsillə bağlayır. Bu baxımdan sağlam düşüncəli və savadlı nəslin yetişdirilməsi hər bir ölkə üçün ən başlıca məsələdir. Gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması onun mənsub olduğu xalqın rifahının, ölkənin çiçəklənməsinin rəmzidir. Bu gün böyük iftixarla demək olar ki, müasir Azərbaycan gəncliyi milli mənəvi dəyərlərimizi, doğma ana dilimizi, ata-babalardan qalan gözəl adət-ənənələrimizi göz bəbəyi kimi qoruyub yaşadır.

Bu əlamətdar tarixi gün gənclərə həmişə böyük diqqət və qayğı ilə yanaşan ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. 1997-ci ildə ulu öndər Heydər Əliyevin "2 fevral - Azərbaycan gəncləri gününün elan edilməsi haqqında" Sərəncamı nəinki gənclərin, eləcə də bütün ölkə vətəndaşlarının böyük ruh yüksəkliyinə səbəb olub.

Bu gün Azərbaycanda həm mənəvi, həm də fiziki cəhətdən sağlam gənclər yetişir. Onlar elm, mədəniyyət, səhiyyə, sənaye və digər sahələrdə uğurlu nailiyyətlər əldə edir, mötəbər idman yarışlarında, olimpiya oyunlarında ölkəmizin şərəfini qoruyaraq Azərbaycan bayrağını yüksəklərə qaldırırlar.

Daim Azərbaycan gənclərinin yanında olan Prezident İlham Əliyev  və Birinci vitse-prezident , Azərbaycanın  birinci xanımı  Mehriban Əliyevanın gənclərin fəaliyyətinə yüksək diqqət verməsi, müxtəlif sahələrdə böyük uğurlar qazanan, fədakarlıq göstərən gəncləri təltif etməsi, onları  daha böyük nailiyyətlər əldə etməyə həvəsləndirir. Azərbaycan gəncləri ona göstərilən etimadı layiqincə doğrultmağa çalışır.

Vətənin müstəqilliyi və suverenliyi uğrunda canlarını qurban vermiş qəhrəman şəhidlərin ruhu qarşısında baş əyirik.

Hər bir vətənpərvər azərbaycanlı fəxr edir ki, o, müstəqil Azərbaycan Respublikasının vətəndaşıdır. Ölkəmizin hərtərəfli inkişafında gənclərimizin çox böyük rolu vardır. Gənclər müxtəlif sahələrdə  uğurla fəaliyyət göstərərək ölkəmizin ümumi inkişafına böyük töhfə verirlər.

Özünü gənc hesab edən hər  kəsi “Gənclər günü” münasibətilə təbrik edir, möhkəm cansağlığı, təhsildə və əməkdə yeni-yeni uğurlar arzulayırıq.

34 nömrəli uşaq musiqi məktəbinin istedadlı şagirdlərinin iştirakı ilə “Gənclər günü”nə həsr olunmuş onlayn konserti izləmək üçün aşağıdakı keçidə daxil ola bilərsiniz:

https://www.facebook.com/101591001652517/posts/206498971161719/

Baxış sayı: 136