
26 avqust - Beynəlxalq Azərbaycan Muğamı Günü və İpək Yolu üzərində yerləşən ölkələrin musiqisi günü elan olunub. Qərar Kanadanın Niaqara şəhərinin meriyası və ənənəvi olaraq hər il keçirilən Beynəlxalq Niaqara musiqi festivalının rəhbərliyi tərəfindən qəbul olunub. Muğam Azərbaycanın qədim musiqisi olub, 1975-ci ildə UNESCO tərəfindən “Musiqi mənbələri” seriyasına daxil edilib.
Azərbaycanın müstəqilliyi dövründə milli muğam ifaçılığı yeni inkişaf mərhələsinə qədəm qoyub. Yüzilliklərlə cilalanan, zaman-zaman üslub, obraz, məzmun, ifaçılıq mahiyyəti zənginləşən Azərbaycan muğamının müasir tarixində Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə həyata keçirilən çoxşaxəli silsilə tədbirlər müstəsna rol oynayıb. Bu fəaliyyətin nəticəsidir ki, son illər muğam ifaçılığı ən müxtəlif aspektlərdən hərtərəfli dəstək alaraq, sözün əsl mənasında, intibah dövrünü yaşayır.
Bakıda Heydər Əliyev Fondunun təşəbbüsü və təşkilati dəstəyi ilə, dünyada ilk dəfə olaraq, “Muğam aləmi” Beynəlxalq Muğam Festivalının keçirilməsi xüsusi olaraq qeyd edilməlidir. Festival çərçivəsində keçirilən Respublika Muğam Müsabiqəsi, Beynəlxalq Muğam Müsabiqəsi və Beynəlxalq Elmi Simpoziumda muğamsevərlər, elmi tədqiqatçılar və dünyanın bir çox ölkələrindən dəvət olunmuş xarici qonaqlar iştirak ediblər.
Son illərdə “Qarabağ xanəndələri” albomu buraxılıb, “Muğam” jurnalı, “Muğam ensiklopediyası” nəşr edilib. Muğama dair müasir texnologiyalara əsaslanan və 8 diskdən ibarət “Azərbaycan muğamı” multimedia toplusu ilk tədris vəsaiti kimi hazırlanıb.
Bəşəriyyətin şifahi və mənəvi irsinin bənzərsiz xəzinələrindən olan muğam ötən əsrin əvvəllərindən başlayaraq dünya mədəniyyəti məkanına daxil olmağa başlayıb. 1971-ci ildə UNESCO 50 albomdan ibarət olan “Dünya ənənəvi musiqisinin antologiyası” kolleksiyasına “Şərqin musiqi antologiyası” seriyasında çıxan “Azərbaycan musiqisi” plastinkasını da daxil edib. Azərbaycan muğamı Andrey Tarkovskinin bütün dünya ekranlarını dolaşan “Stalker” filmində də səslənib.
Bütün bunlarla yanaşı muğamlarımız təkcə Yer kürəsi sakinlərini deyil, həm də göy cisimlərini özünə cəlb edib. ABŞ Milli Kosmik Agentliyi (NASA) Azərbaycanın milli sərvəti olan muğam musiqi nümunəsini 1977-ci ildə peyklə kosmosa göndərib.
Muğam Şərqin ən qədim musiqi janrlarından biri olduğu üçün dünya musiqişünaslarının, sənətsevərlərin daim diqqətini cəlb edib. Qədim və orta əsr Şərq musiqi mədəniyyətinin, folklorunun öyrənilməsində bu janr əsas amillərdən biri kimi tədqiqatçıların təhlil obyektinə çevrilib.
UNESCO-nun qərarı ilə muğamın dünya mədəniyyətinin qeyri-maddi irsinin bəşəri əhəmiyyətə malik sərvətləri sırasına daxil edilməsi təkcə xalqımızın deyil, bütün bəşəriyyətin misilsiz mədəni sərvətinin ayrılmaz hissəsi kimi qiymətləndirilməsinə bariz nümunədir.
Bu gün Azərbaycan muğam sənətinin nüfuzlu simaları dünya miqyasında Azərbaycan muğam sənətini təbliğ edərək bu sənəti nadir əsər tək tamaşaçılara çatdırırlar. Demək olar ki, bu gün Azərbaycan muğamı dünyanı fəth edib. Bu sənətin qocaman, yaşlı, gənc sənətkarları hər zaman öyrənir, öz üzərlərində çalışır və Azərbaycan muğamını çoxsaylı tamaşaçılara təqdim edirlər. Belə bir sənət növü ilə hər bir azərbaycanlı qürurlanmaqda haqlıdır.
- 12:36 "Əlvida, Şmidt!" bədii filmi nümayiş olunub
- 09:29 2 Avqust -Azərbaycan Kinosu Günüdür
- 11:23 Bakıda Mərakeşin milli bayramı qeyd olunub
- 10:14 Bu gün Xalq artisti Vaqif Əliyevin doğum günüdür
- 17:21 39-cu Caraş Beynəlxalq Mədəniyyət və İncəsənət Festivalında Azərbaycan da təmsil olunur
- 15:32 Azərbaycan Kinematoqrafçılar İttifaqı ənənəvi mükafatın builki qaliblərini elan edib
- 14:42 Bakı bulvarında növbəti “Kino axşamı” yaxınlaşır
- 11:07 Quba Soyqırımı Memorial Kompleksinə ekskursiya təşkil olunub
- 10:59 Milli Kitabxanada Ümumdünya İnsan Alverinə qarşı Mübarizə Günü ilə əlaqədar virtual kitab sərgisi hazırlanıb
- 10:34 “Tariximizin Qərbi Azərbaycan izləri” adlı konsert və sərgi keçirilib
- 10:24 XIV Qəbələ Beynəlxalq Musiqi Festivalı başa çatıb
- 10:20 Qeyri-hökumət təşkilatları üçün infosessiya keçiriləcək
- 09:59 Litvanın “Ciurlionis” kvartetinin konserti Qəbələ festivalının izləyicilərinə növbəti hədiyyə olub
- 09:39 Qaradağ rayon Heydər Əliyev Mərkəzinə ekskursiyalar davam edir
- 09:32 “Açıq məktub” filminin 2026-cı ildə böyük ekranlara çıxarılması planlaşdırılır
- 09:29 “Rakurs” rüblük bülleteninin növbəti nömrəsi çapdan çıxıb
- 16:22 Azərbaycan Estoniyada keçirilən Beynəlxalq Folklor Festivalında təmsil olunub
- 15:58 Mədəniyyət naziri Adil Kərimli Şəmkirdə vətəndaşları qəbul edəcək
- 11:31 Gənclər Kitabxanasında “Zəngəzur dəhlizi: müasirlik tarixi kontekstdə” mövzusunda dəyirmi masa təşkil edilib
- 11:05 “Arzumun ən uca zirvəsində” adlı tədbir keçirilib
- 09:14 XIV Qəbələ Beynəlxalq Musiqi Festivalında kamera musiqisi axşamı
- 17:20 Mədəniyyət Nazirliyinin “Beyin fırtınası” layihəsi başlanır
- 15:36 “Azərbaycan – Özbəkistan ədəbi-mədəni əlaqələri” mövzusunda dəyirmi masa keçirilib
- 14:30 Gənclər Kitabxanasının layihəsi - “Oxu, öyrən, qazan”
- 14:13 ICESCO-nun Bakı ofisində ilk regional seminar keçirilir
- 11:47 “Qərbi Azərbaycan folkloru”nun növbəti cildində nələr var?
- 11:09 Ankarada “Şuşa” kitabının təqdimatı olacaq
- 10:48 Bu gün Xalq artisti Vasif Adıgözəlovun anadan olmasının 90-cı ili tamam olur
- 10:43 Milli Kitabxanada “Xalq artisti Vasif Adıgözəlov – 90” adlı kitab sərgisi açılıb
- 09:45 Qəbələ festivalında Üzeyir Hacıbəylinin 140 illiyinə həsr edilmiş konsert təqdim olunub
- 09:28 Qız qalası meydanında “Vyetnam günləri” çərçivəsində xüsusi mədəni-əyləncəli proqram təşkil olunub
- 09:23 Qəbələ festivalında “Tbilisi Big Band” musiqi qrupu enerji dolu çıxışı ilə musiqisevərləri sevindirib
- 10:40 “Buta” rəqs qrupu konsert təqdim edib
- 15:50 “İçərişəhər” Muzey Mərkəzinin Elmi Şurasının ilk iclası keçirilib
- 12:12 Azərbaycanlı rejissorun filmi Venesiya film festivalında nümayiş olunacaq
- 12:11 Cakarta Beynəlxalq Film Festivalı filmlərin qəbulunu elan edir
- 10:43 Milli Kitabxanada “Şair, publisist Məstan Günər – 90” adlı kitab sərgisi açılıb
- 09:23 XIV Qəbələ Beynəlxalq Musiqi Festivalının təntənəli açılış mərasimi olub
- 09:17 "Bir səfərin izi ilə - Fransa" sənədli filminin təqdimatı olub
- 16:37 Qız qalasında “Vyetnam günləri” - Şərqin incə zərifliyi İçərişəhərdə
- 16:23 Gənc kinematoqrafçılar beynəlxalq festivalda iştirak ediblər
- 16:16 “Heydər Əliyev və azərbaycançılıq məfkurəsi” mövzusunda dəyirmi masa keçirilib
- 15:55 “Gənclik – dövlətin gələcəyidir!” adlı dəyirmi masa təşkil olunub
- 11:31 Kino səfərləri “Kinosəyyah” proqramı ilə dəstəklənəcək
- 10:45 Bu gün XIV Qəbələ Beynəlxalq Musiqi Festivalı başlayır
- 09:33 Vaqif Poeziya Günləri Şuşada "Sözün hökmdarı" ədəbi-bədii kompozisiya ilə başa çatıb
- 09:28 “Səriştələrin ölçülməsi: Peşəkar müəllim inkişafı” mövzusunda təqdimat tədbiri keçirilib
- 17:09 Poeziya bayramında "Üzeyir bəy deyərdi ki..." adlı tamaşa nümayiş olunub
- 16:01 Şuşada Xalq yazıçısı Anarın kitabının təqdimatı olub, poeziya saatı keçirilib
- 15:19 UNESCO-nun “İpək yolu gənclərin gözü ilə” 7-ci fotomüsabiqəsinə müraciətin vaxtı uzadılıb
- 14:37 Qaradağ rayon Heydər Əliyev Mərkəzinə ekskursiyalar davam edir
- 14:18 “Qərbi Azərbaycan aşıqların dastan repertuarı” adlı kitab hazırlanır
- 12:33 Bu gün Xalq rəssamı Maral Rəhmanzadənin anadan olmasının 109-cu ili tamam olur
- 09:48 Şuşada Vaqif Poeziya Günləri çərçivəsində konsert keçirilib
- 09:44 Vaqif Sultanlının “Səhra savaşı” romanı Serbiyada nəşr olunub
- 09:31 Vaqif Poeziya Günləri Şuşa şəhərində davam edir
- 09:25 “MətbuArt” beynəlxalq incəsənət simpoziumu yekunlaşıb
- 17:01 Kitabxanada Milli Mətbuatın 150 illik yubileyinə həsr olunmuş sərgi açılıb
- 16:01 İstanbulda Türk Dünyası Kino Rəhbərlərinin II Görüşü keçirilib
- 14:37 Ölkəmiz Almaniyada X Forecast Forumunda təmsil olunub