XƏBƏRLƏR
MƏLUMAT
Kitabxanada “Yubileylər silsiləsi” layihəsi davam edir
ÜMÜMİ XƏBƏRLƏR
29/02/2024 12:28

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanası “Yubileylər silsiləsi” layihəsi çərçivəsində Azərbaycanın mütəfəkkir yazıçısı, publisist və ədəbiyyat tənqidçisi, Əli bəy Hüseynzadənin anadan olmasının 160 illiyinə həsr olunmuş videoməlumat hazırlayıb.

Kitabxananın sosial şəbəkə istifadəçiləri üçün nümayiş etdirilən videoməlumatda Əli bəy Hüseynzadənin həyatı, gənclik illəri, təhsili, elm və maarifləndirmə yolunda apardığı mübarizəsi öz əksini tapıb. Videoməlumatda ədibin müxtəlif illərdə çəkilmiş fotoşəkilləri də nümayiş olunur.

Videoməlumatla aşağıdakı YouTube kanalından tanış ola bilərsiniz:

Baxış sayı: 176