XƏBƏRLƏR
MƏLUMAT
M.Maqomayev adına 26 nömrəli onbirillik musiqi məktəbi "Unudulmaz Bakı" adlı konsert keçirib
ÜMÜMİ XƏBƏRLƏR
31/05/2019 09:06

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin M.Maqomayev adına 26 nömrəli onbirillik musiqi məktəbinin Şövkət Məmmədova adına Opera Studiyasında "28 May-Respublika Günü"nə həsr olunmuş "Unudulmaz Bakı" adlı konserti keçirilib.

Konsertdə M.Maqomayev adına 26 nömrəli onbirillik musiqi məktəbinin vokal sinifinin Beynəlxalq və Respublika müsabiqələri laureatı adına layiq görülmüş şagirdləri, məktəbin xor kollektivi, xalq çalğı alətləri ansamblı və "Fantaziya" skripkaçılar ansamblının ifalarında Bakımızı tərənnüm edən bəstəkarlar F.Əmirovun, R.Hacıyevin, T.Quliyevin, C.Cahangirovun, O.Zülfüqarovun, V.Adıgözəlovun, O.Rəcəbovun, O.Kaziminin, V.Mustafazadənin, X.Mirzəzadənin, P.Bülbüloğlunun və B.Nəsibovun əsərləri səslənib. 

Sonda Binəqədi rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva və  musiqi məktəbinin direktoru Gülşən Quliyeva çıxış edərək Azərbaycan xalqının həyatına böyük və əlamətdar hadisə kimi daxil olmuş, Şərqdə ilk demokratik dövlət quruluşunu yaratmış Azərbaycan Xalq Cümhuriyyətinin istiqlaliyyətimizi elan edərək xalqımızın müstəqillik əzmini nümayiş etdirdiyini və xalqımızın yeni tarixi şəraitdə öz dövlət müstəqilliyini bərpa etdikdən sonra ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi altında Xalq Cümhuriyyətinin ənənələrini əsas tutaraq, müstəqil Azərbaycan dövlətini yaratdığını bildiriblər. Qədim və zəngin mədəni tarixə malik, müasir, son dərəcə ecazkar və füsünkar Bakımızın mədəniyyətlər beşiyi olduğunu qeyd ediblər.

 

Baxış sayı: 12233