XƏBƏRLƏR
MƏLUMAT
Ulu Öndərin doğum günü münasibətilə geniş konsert proqramı hazırlanıb
ÜMÜMİ XƏBƏRLƏR
26/04/2024 14:02

Mayın 1-də Azərbaycan Milli Konservatoriyasının nəzdində Musiqi Kollecinin tələbələrinin Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş konserti keçiriləcək.

AZƏRTAC xəbər verir ki, konsertdə Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin (bədii rəhbər və baş dirijor, Xalq artisti Ağaverdi Paşayev, Əməkdar artist, dirijor İlahə Hüseynova) müşayiəti ilə gənc istedadlar öz ifalarını dinləyicilərə təqdim edəcəklər.

Konsert proqramında Azərbaycan və Avropa bəstəkarlarının əsərləri səslənəcək.

Baxış sayı: 125