XƏBƏRLƏR
MƏLUMAT
Bibiheybət Mədəniyyət evi Səbail MKS-lə birgə bayram tədbiri keçirib
ÜMÜMİ XƏBƏRLƏR
29/05/2019 08:34

Mayın 27-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Bibiheybət Mədəniyyət evi Səbail rayon MKS-in 4 saylı filialı birlikdə 28 May Respublika Gününə həsr olunmuş “Azərbaycan deyəndə” adlı bayram tədbiri keçirib.

Bibiheybət Mədəniyyət evində keçirilən tədibrdə metodist İ.Nəcəfova hər kəsi salamlayaraq, bayram münasibətilə təbrik edib. 28 may Respublika günü haqqında ətraflı məlumat verib.

Mədəniyyət evinin poeziya dərnəyinin üzvləri “Azərbaycan deyəndə”, “Vətən”  adlı ədəbi-bədii kompozisiyalarını təqdim ediblər.

Mədəniyyət evinin “Sabahın ulduzları” adlı rəqs kollektivinin üzvləri maraqlı rəqs nömrələri ilə çıxış ediblər.

Mədəni-kütləvi tədbirlərdə fəal iştirak etdiklərinə görə Mədəniyyət evinin üzvləri fəxri fərman və diplomlarla təltif ediliblər.

Tədbir qəsəbə sakinləri tərəfindən maraqla qarşılanıb.

Baxış sayı: 23478