XƏBƏRLƏR
MƏLUMAT
Binəqədi Mərkəzi Mədəniyyət Evində 28 May Respublika Gününə həsr olunmuş konsert proqramı təşkil olunub
ÜMÜMİ XƏBƏRLƏR
27/05/2019 08:34

Mayın 24-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Binəqədi Mərkəzi Mədəniyyət Evində 28 May Respublika gününə həsr olunmuş konsert proqramı təşkil olunub.

Tədbir Mədəniyyət Evinin “Rəsm” dərnəyi üzvlərinin “28 May Respublika Günü”nə həsr olunmuş əl işlərindən ibarət sərgi ilə açılıb.

Daha sonra tamaşa zalında davam edən tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başlanıb.

Mədəniyyət Evinin direktoru Şahin Səmədov çıxış edərək qonaqları salamlayıb və bayram münasibətilə təbrik edib. Qonaqların sırasında Binəqədi Qəsəbə YAP-ın sədri Ağabala Musayev, Binəqədi MKS-nin direktoru Rəna Biləndərli, Xocahəsən Mədəniyyət Evinin direktoru Taleh Ocuyev, qəsəbə sakinləri və “N” saylı hərbi hissənin zabit və əsgər heyəti iştirak ediblər.

Tədbirdə Mədəniyyət Evinin oğlanlar və qızlardan ibarət rəqs dərnəyi üzvlərinin ifasında bir-birindən maraqlı rəqslər və "Yanardağ" nağara qrupunun ifasında "Azərbaycan ritmləri" təqdim olunub. Müğənnilərdən Vəfa Çingizqızı, Tural Mehri, Ruslan Zülfüqarov və saksafon ifaçısı Fərid Ağayevin ifaları tədbiri daha da şənləndirib.

 

Baxış sayı: 54951