XƏBƏRLƏR
MƏLUMAT
Xalq artisti Zaur Rzayevin 70 illik yubileyi keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
26/06/2022 09:52

Bakı Şəhər Mdədniyyət Baş İdarəsinin Ə.Əmirov adına Mədəniyyət Sarayı iyunun 24-də Azərbaycan Respublikasının Xalq artisti Zaur Rzayevin 70 illik yubileyinə həsr olunmuş təntənəli gecə təşkil edib.

Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev və rayon ictimaiyyəti iştirak edib.

Tədbiri Əməkdar artist Azad Şükürov açıb və yubilyarı səhnəyə dəvət edib. Xalq artisti özünün ən sevilən ifalarını canlı olaraq səsləndirib. Daha sonra respublikanın tanınmış mədəniyyət və incəsənət xadimləri, Xalq artistləriAftandil İsrafilov, Vamiq Məmmədəliyev, Möhlət Müslümov, Əməkdar artist Firuzə İbadova, Cavanşir Məmmədov, Gülüstan Əliyeva, faytonçu Nazim, Razi Şükürov, Ağsaqqallar Şurasının sədri Cavanşir Qurbanov, nəfəs alətlərinin mahir ifacısı, professor Abbasqulu Nəcəfzadə, Hicran Şərifov və başqaları Xalq artistini 70 illik yubileyi münasibəti ilə təbrik ediblər. 

Sonda sarayın direktoru Leyla Süleymanlı tədbirin yüksək səviyədə təşkilinə görə mükafatlandırılıb.

Baxış sayı: 299