XƏBƏRLƏR
MƏLUMAT
Uşaqların baxa biləcəyi Azərbaycan filmləri
ÜMÜMİ XƏBƏRLƏR
24/09/2020 07:50

Uşaqların həyatında cizgi filmlərinin, kinoların rolu böyükdür. Bu ekran əsərləri uşaqların psixoloji durumunda böyük rol oynayır, onların gələcək inkişafına müsbət təsir göstərir.

Dünya kinosunun təşəkkül tarixi ilə üst-üstə düşən Azərbaycan kinematoqrafiyasında uşaq filmlərinin xüsusi yeri var. Bu filmlərdən “Asif, Vasif, Ağasif”, “Qaraca qız”, “Mən mahnı qoşuram”, “Qərib cinlər diyarında”, “Şərikli çörək”, “Ögey ana”, “Skripkanın sərgüzəştləri”, “Bir qalanın sirri”, “Sehrli xalat” , “Pəncərə”, “Musiqi müəllimi” , “Bir ovuc torpaq”  və sairlərinin adlarını çəkmək olar.

Bu gün də geniş tamaşaçı auditoriyası tərəfindən sevilə-sevilə baxılan bu filmlərin ictimai məzmun və əhəmiyyəti, mənəvi-tərbiyəvi rolu böyükdür.

Baxış sayı: 185