XƏBƏRLƏR
MƏLUMAT
“Qırmızı papaq və Canavar Conik” kukla tamaşası təqdim olunub
ÜMÜMİ XƏBƏRLƏR
06/08/2025 10:25

Avqustun 5-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin və Xətai rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Xətai rayon Heydər Əliyev parkında uşaqların sevimli nağıllarından və dünya uşaq ədəbiyyatının klassik nümunələrindən biri olan “Qırmızıpapaq və Canavar Conik” kukla tamaşası nümayiş olunub.

Tamaşanın bədii tərtibatı və kukla ustalarının ifası xüsusi peşəkarlıqla icra olunub, uşaqlar tərəfindən rəğbətlə qarşılanıb.

Tamaşanın əsas məqsədi uşaqlarda yaxşılıq, ehtiyatlılıq və ailə dəyərləri kimi mövzuları aşılamaqla yanaşı, onların estetik zövqünü inkişaf etdirməkdir.

Baxış sayı: 28