XƏBƏRLƏR
MƏLUMAT
“Dövlət dəstəyi ilə istehsal ediləcək film layihələri” müsabiqəsinin növbəti mərhələsi başa çatıb
ÜMÜMİ XƏBƏRLƏR
05/08/2025 16:21

Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Kino Agentliyinin təşkilatçılığı ilə həyata keçirilən 2025-ci il üzrə “Dövlət dəstəyi ilə istehsal ediləcək film layihələri” müsabiqəsinin növbəti mərhələsi başa çatıb.

Bu barədə AZƏRTAC-a Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bildirilib ki, müsabiqəyə 88 layihə təqdim olunub. Bu layihələr 41 yerli film istehsalçısı və prodüser şirkəti tərəfindən təqdim edilib. Layihələrin qəbulu iyunun 12-dək davam edib.

Təqdim olunmuş layihələr Seçim Komissiyası tərəfindən oxunub və müsabiqənin reqlamentində nəzərdə tutulan meyarlar əsasında qiymətləndirilib. Qiymətləndirmə nəticəsində adları qeyd olunan layihələr pitçinq mərhələsinə keçib.

Pitçinq mərhələsinin keçiriləcəyi tarixlər barədə iştirakçılara əlavə məlumat rəsmi şəkildə təqdim olunacaq. Eyni zamanda, müsabiqənin reqlamentinə əsasən tammetrajlı bədii film layihələri üzrə - storibord və tizer, digər layihələr üzrə isə yalnız storibord pitçinq mərhələsindən 3 (üç) iş günü öncəyə qədər Azərbaycan Respublikası Kino Agentliyinə rəsmi e-poçt vasitəsilə təqdim olunmalıdır.

Baxış sayı: 39