XƏBƏRLƏR
MƏLUMAT
“Şuşaya bayraq asan cəngavər” kitabının təqdimatı olub
ÜMÜMİ XƏBƏRLƏR
05/07/2024 12:24

Səməd Vurğunun ev-muzeyində hərbçi, şairə, Əməkdar mədəniyyət işçisi, Həzi Aslanov adına Ordu İdeoloji Mərkəzinin kitabxana müdiri Zəminə Xınalının “Şuşaya bayraq asan cəngavər” kitabının təqdimatı keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbir çərçivəsində, həmçinin Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) polkovniki Rəşad Aslanovla görüş də reallaşıb.

Görüşdə çıxış edən natiqlər Vətən müharibəsində qazanılmış tarixi Qələbənin xalqımıza böyük sevinc bəxş etdiyini bildiriblər.

Tədbirdə H.Aslanov adına Ordu İdeoloji Mədəniyyət Mərkəzinin solistləri Mətləb Ağayev, Elçin Məmmədov hərbi vətənpərvərlik mövzusunda marşlar ifa ediblər.

 

 

Baxış sayı: 111