XƏBƏRLƏR
MƏLUMAT
“Tıq-tıq xanım” tamaşası təqdim edilib
ÜMÜMİ XƏBƏRLƏR
08/07/2024 12:09

İyulun 7-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Xətai rayonunda yerləşən Heydər Əliyev Parkında azyaşlıların asudə vaxtının səmərəli təşkili məqsədilə tamaşa nümayiş olunub.

“Tıq-tıq xanım” adlanan tamaşa H.Abbasov adına Mədəniyət Mərkəzinin “Kilimarası" Kukla teatrının yaradıcı kollektivinin ifasında təqdim edilib.

Tamaşadan əvvəl nağıl qəhrəmanlarını canlandıran maskotlar uşaqlarla əyləncəli oyunlar təşkil ediblər.

Azyaşlı teatrsevərlər “Tıq-tıq xanım” tamaşasını maraqla izləyiblər.

Baxış sayı: 269