XƏBƏRLƏR
MƏLUMAT
“Şəhidlik bəşərilik yolunu işıqlandırır” rubrikasında Məhəmməd Hüseynov
ÜMÜMİ XƏBƏRLƏR
28/10/2021 01:50

Məhəmməd Hüseynov 1993-cü il oktyabrın 28-də Beyləqanda anadan olub. Əslən Cəbrayıl rayonundan olub. Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının baş çavuşu olan Məhəmməd Hüseynov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Məhəmməd Hüseynov oktyabrın 5-də Cəbrayıl döyüşləri zamanı şəhid olub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulan tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 15 dekabrtarixli Sərəncamına əsasən Məhəmməd Hüseynov ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.

Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan  Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 24 dekabrtarixli Sərəncamına əsasən Məhəmməd Hüseynov ölümündən sonra “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilib.

Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan RespublikasınınPrezidenti İlham Əliyevin 2020-ci il 29 dekabrtarixli Sərəncamına əsasən Məhəmməd Hüseynov ölümündən sonra “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilib.

Baxış sayı: 66