
“Qarabağ” ordenli şəhid Mehman Yusifova həsr olunmuş “Ömür karvanım” kitabının təqdimat mərasimi keçirilib. Kitabın müəllifi şəhidin bacısı Zəkiyyə Musaqızıdır.
Tədbirdən əvvəl Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva qəhrəman şəhidimiz, baş gizir Mehman Yusifovun anası Gülsüm xanım və şəhidin bacısı Zəkiyyə xanımla görüşərək onların qayğıları ilə maraqlanıb.
AZƏRTAC xəbər verir ki, “Azərkitab” nəşriyyatında keçirilən tədbirin aparıcısı, “Alaş” beynəlxalq ədəbiyyat mükafatı laureatı Əkbər Qoşalı “Ömür kitabım” və şəhid baş gizirin həyat yolu haqqında məlumat verib.
Sonra Vətən üçün canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Qənirə Paşayeva bildirib ki, Mehman Yusifov müstəqil Azərbaycanın ən yüksək ordenlərindən biri ilə təltif edilib. Mehman kimi Vətən övladları unudulmur, bir evdən çıxıb bütün xalqın övladına, fəxarət və qürur yerinə çevrilən oğullar həmişə xatırlanacaq.
Milli Məclisin deputatı Arzu Nağıyev Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin baş giziri olmuş qəhrəman şəhidimizin 2016-cı ilin Aprel döyüşlərində də mərdliklə döyüşdüyünü xatırladıb, 44 günlük müharibənin ilk günlərindən Cəbrayıl, Füzuli istiqamətlərində döyüşlərdə xüsusi şücaət göstərdiyini bildirib.
“Regional hüquqi və iqtisadi Maarifləndirmə” İctimai Birliyinin sədri Arzu Bağırova, Əməkdar mədəniyyət işçisi, tarix üzrə fəlsəfə doktoru, “Şöhrət” ordeni laureatı Tahir Əmiraslanov, şəhidin döyüş yoldaşları və digərləri hərbçimizin qəhrəmanlığından danışıb, kitab haqqında fikirlərini bölüşüblər.
Sonda kitabın müəllifi Zəkiyyə Musaqızı tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkürünü bildirib, “Ömür karvanı” kitabını oxucular üçün imzalayıb.
Qeyd edək ki, Mehman Yusifovun həyat və döyüş yoluna işıq salan “Ömür karvanım” Zəkiyyə Musaqızının ilk kitabıdır. Kitabın redaktoru Azərbaycan Yazıçılar Birliyinin üzvü, Əlimərdanlı Aşıq Nəcəf ocağının nümayəndəsi Məzahir Alıyev, məsləhətçisi tanınmış şair-publisist Vaqif İsaqoğludur. Kitab “İmza” Nəşrlər evində bu ilin mayında işıq üzü görüb.
Xatırladaq ki, baş gizir Mehman Yusifov 1979-cu il iyulun 18-də Tovuzun Bayramlı kəndində anadan olub. O, 2020-ci il sentyabrın 27-də Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan əks-hücum əməliyyatı zamanı fədakarlıqla vuruşaraq Cəbrayıl rayonu uğrunda gedən döyüşlər zamanı qəhrəmancasına şəhid olub. Ölümündən sonra “Qarabağ” ordeni, həmçinin “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib.


- 09:46 Qarabağ və Şərqi Zəngəzurun dirçəlişinə həsr olunmuş sənədli film çəkiləcək
- 17:20 Azərbaycanın iki animasiya filmi beynəlxalq festivalda nümayiş olunacaq
- 16:16 Xalq yazıçısı Elçin Əfəndiyev son mənzilə yola salınıb
- 14:45 Elçin İlyas oğlu Əfəndiyev
- 11:15 Bu gün Xalq artisti Ramiz Məlikin anadan olmasının 82-ci ili tamam olur
- 09:39 Türkmənistanda “Azərbaycan Milli Günü” keçiriləcək
- 16:40 Xalq yazıçısı Elçin Əfəndiyev vəfat edib
- 12:36 "Əlvida, Şmidt!" bədii filmi nümayiş olunub
- 09:29 2 Avqust -Azərbaycan Kinosu Günüdür
- 11:23 Bakıda Mərakeşin milli bayramı qeyd olunub
- 10:14 Bu gün Xalq artisti Vaqif Əliyevin doğum günüdür
- 17:21 39-cu Caraş Beynəlxalq Mədəniyyət və İncəsənət Festivalında Azərbaycan da təmsil olunur
- 15:32 Azərbaycan Kinematoqrafçılar İttifaqı ənənəvi mükafatın builki qaliblərini elan edib
- 14:42 Bakı bulvarında növbəti “Kino axşamı” yaxınlaşır
- 11:07 Quba Soyqırımı Memorial Kompleksinə ekskursiya təşkil olunub
- 10:59 Milli Kitabxanada Ümumdünya İnsan Alverinə qarşı Mübarizə Günü ilə əlaqədar virtual kitab sərgisi hazırlanıb
- 10:34 “Tariximizin Qərbi Azərbaycan izləri” adlı konsert və sərgi keçirilib
- 10:24 XIV Qəbələ Beynəlxalq Musiqi Festivalı başa çatıb
- 10:20 Qeyri-hökumət təşkilatları üçün infosessiya keçiriləcək
- 09:59 Litvanın “Ciurlionis” kvartetinin konserti Qəbələ festivalının izləyicilərinə növbəti hədiyyə olub
- 09:39 Qaradağ rayon Heydər Əliyev Mərkəzinə ekskursiyalar davam edir
- 09:32 “Açıq məktub” filminin 2026-cı ildə böyük ekranlara çıxarılması planlaşdırılır
- 09:29 “Rakurs” rüblük bülleteninin növbəti nömrəsi çapdan çıxıb
- 16:22 Azərbaycan Estoniyada keçirilən Beynəlxalq Folklor Festivalında təmsil olunub
- 15:58 Mədəniyyət naziri Adil Kərimli Şəmkirdə vətəndaşları qəbul edəcək
- 11:31 Gənclər Kitabxanasında “Zəngəzur dəhlizi: müasirlik tarixi kontekstdə” mövzusunda dəyirmi masa təşkil edilib
- 11:05 “Arzumun ən uca zirvəsində” adlı tədbir keçirilib
- 09:14 XIV Qəbələ Beynəlxalq Musiqi Festivalında kamera musiqisi axşamı
- 17:20 Mədəniyyət Nazirliyinin “Beyin fırtınası” layihəsi başlanır
- 15:36 “Azərbaycan – Özbəkistan ədəbi-mədəni əlaqələri” mövzusunda dəyirmi masa keçirilib
- 14:30 Gənclər Kitabxanasının layihəsi - “Oxu, öyrən, qazan”
- 14:13 ICESCO-nun Bakı ofisində ilk regional seminar keçirilir
- 11:47 “Qərbi Azərbaycan folkloru”nun növbəti cildində nələr var?
- 11:09 Ankarada “Şuşa” kitabının təqdimatı olacaq
- 10:48 Bu gün Xalq artisti Vasif Adıgözəlovun anadan olmasının 90-cı ili tamam olur
- 10:43 Milli Kitabxanada “Xalq artisti Vasif Adıgözəlov – 90” adlı kitab sərgisi açılıb
- 09:45 Qəbələ festivalında Üzeyir Hacıbəylinin 140 illiyinə həsr edilmiş konsert təqdim olunub
- 09:28 Qız qalası meydanında “Vyetnam günləri” çərçivəsində xüsusi mədəni-əyləncəli proqram təşkil olunub
- 09:23 Qəbələ festivalında “Tbilisi Big Band” musiqi qrupu enerji dolu çıxışı ilə musiqisevərləri sevindirib
- 10:40 “Buta” rəqs qrupu konsert təqdim edib
- 15:50 “İçərişəhər” Muzey Mərkəzinin Elmi Şurasının ilk iclası keçirilib
- 12:12 Azərbaycanlı rejissorun filmi Venesiya film festivalında nümayiş olunacaq
- 12:11 Cakarta Beynəlxalq Film Festivalı filmlərin qəbulunu elan edir
- 10:43 Milli Kitabxanada “Şair, publisist Məstan Günər – 90” adlı kitab sərgisi açılıb
- 09:23 XIV Qəbələ Beynəlxalq Musiqi Festivalının təntənəli açılış mərasimi olub
- 09:17 "Bir səfərin izi ilə - Fransa" sənədli filminin təqdimatı olub
- 16:37 Qız qalasında “Vyetnam günləri” - Şərqin incə zərifliyi İçərişəhərdə
- 16:23 Gənc kinematoqrafçılar beynəlxalq festivalda iştirak ediblər
- 16:16 “Heydər Əliyev və azərbaycançılıq məfkurəsi” mövzusunda dəyirmi masa keçirilib
- 15:55 “Gənclik – dövlətin gələcəyidir!” adlı dəyirmi masa təşkil olunub
- 11:31 Kino səfərləri “Kinosəyyah” proqramı ilə dəstəklənəcək
- 10:45 Bu gün XIV Qəbələ Beynəlxalq Musiqi Festivalı başlayır
- 09:33 Vaqif Poeziya Günləri Şuşada "Sözün hökmdarı" ədəbi-bədii kompozisiya ilə başa çatıb
- 09:28 “Səriştələrin ölçülməsi: Peşəkar müəllim inkişafı” mövzusunda təqdimat tədbiri keçirilib
- 17:09 Poeziya bayramında "Üzeyir bəy deyərdi ki..." adlı tamaşa nümayiş olunub
- 16:01 Şuşada Xalq yazıçısı Anarın kitabının təqdimatı olub, poeziya saatı keçirilib
- 15:19 UNESCO-nun “İpək yolu gənclərin gözü ilə” 7-ci fotomüsabiqəsinə müraciətin vaxtı uzadılıb
- 14:37 Qaradağ rayon Heydər Əliyev Mərkəzinə ekskursiyalar davam edir
- 14:18 “Qərbi Azərbaycan aşıqların dastan repertuarı” adlı kitab hazırlanır
- 12:33 Bu gün Xalq rəssamı Maral Rəhmanzadənin anadan olmasının 109-cu ili tamam olur